Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə10/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

_____________Milli Kitabxana________________ 
44 
 
K o x a 
Səlim bəy. 
 
N ə b i 
 Aha... 
 
K o x a 
 
Belədir, and olsun o bir Allah. 
 
N ə b i 
 
Kəs səsini! 
 
(Kərimə) 
 
Qardaş, nəçisən, kimsən?  
 
Q u r d  K ə r i m 
 
Zindandan qaçmışam bu dağlara mən.  
İzimə düşərək tutdular nıəni, 
Getdi ağrılarım görüncə səni.  
Pənah gətirmişəm adına, Nəbi!  
Yetiş mən yazığın dadına, Nəbi! 
 
N ə b i 
 
Bir dayan, mən səni tanıdım, qoçaq, 
                               Sən də çox yemisən bəylərdən şallaq, 
 
Q u r d  K ə r i m 
 
Qoydu ürəyimdə kamımı fələk, 
Ömür xırmanımı sovurdu külək. 
  
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
45 
 
N ə b i 
 
   Tək əldən səs çıxmaz, yadında saxla. 
 
(Koxanı göstərir.) 
 
   Onu öz əlinlə ağaca bağla! 
 
K o x a 
 
    Sən nə danışırsan, qurbanın olum... 
 
N ə b i 
 
   Bağlayın! 
K o x a 
 
Hər yandan bağlandı yolum.  
 
             
 Onu ağaca bağlayırlar. 
 
Qurd Kərim 
 
İndi çək cəzanı! 
 
K o x a 
 
Günahım nədir? 
 
V ə l i 
 
Sıpanın belinə gəlməyir kəndir. 
 
M e h d i 
 
   Vurun, qardaşlarım, ölüncə vurun! 
  
 
 
 
K o x a 


_____________Milli Kitabxana________________ 
46 
 
 
Vay öldüm, yazığam, vurmayın... 
 
M e h d i 
 
Vurun!.. 
 
N ə b i 
 
 Açin, kifayətdir, itilib getsin. 
  
K o x a 
 
Allah ömrünüzü çox uzun etsin... 
 
N ə b i 
 
 Mən mərdlik naminə buraxdım səni. 
 
K o x a 
 
Özünə borclu bil qəbrəcən məni. 
 
N ə b i 
 
Koxa, Səlim bəyə sən çatdır bunu:  
Xalqın intiqamı gözləyir onu. 
 
K o x a 
 
Baş üstə, deyərəm... Daha nə deyim? 
 
M e h d i 
 
(Zarafatla) 
 
Ağrısını alım, gözünü yeyim. 
 
Gülüş, Koxa gedir. 
 
 


_____________Milli Kitabxana________________ 
47 
 
 
V ə l i 
 
Adam da düşməni buraxar əldən? 
 
Q ə h r ə m a n 
 
Nəbinin işinə məəttələm mən.  
 
M e h d i 
 
Haqlısan a Vəli, o haramzadə 
Bir gün görərsən ki, dönüb cəllada
Əlində qılıncı vurur boynunu. 
 
Q ə h r ə m a n 
 
Mehdi qardaşımız düz deyir bunu.  
 
Bu halda qaçaqlar tacirləri və başqa yoldan ötənləri gətirirlər. 
 
T a p d ı q 
 
Budur, bu tacirlər, bu da malları. 
 
V ə l i 
 
Tacirin çox olur dövləti, varı. 
 
M e h d i 
 
Mən yanılmıramsa bunlardır ki, var 
                                  Aclıq törədənlər, ölüm yayanlar. 
 
(Tacirlərə) 
 
Qoyub başınızı qızılın üstə,  
Kağız pulun üstə, ağ pulun üstə  
Kefə baxırsınız eldən xəbərsiz, 
                                  İndicə hesabı çürüdərək biz. 
  


_____________Milli Kitabxana________________ 
48 
 
N ə b i 
 
(Görünür) 
 
"Hörmətli" qonaqlar, xoş gördük sizi,  
Qorxmayın, sıxmayın ürəyinizi,  
Silahmız varsa tez atın yerə!.. 
 
X ə l i l 
 
And olsun Allaha və peyğəmbərə,  
Silahımız yoxdur. 
 
Onları axtarırlar. 
 
M e h d i 
 
  Yalan deyirsən. 
 
                         (Onun cibindən tapança çıxarır.) 
 
X ə l i l 
 
    Məndən peşkəş götür şoqəribi sən. 
 
V ə l i 
 
   Niyə titrəyirsən, a tacirbaşı? 
 
X ə l i l 
 
Əzəldən sevmərəm dava-dalaşı.  
Mallar sizin olsun, bizə dəyməyin! 
 
V ə l i 
 
    Onsuz da bizimdir, zəhmət çəkməyin. 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
49 
 
M e h d i 
 
(Tacirə) 
 
Sənin öz cibindən varmı xəbərin? 
 
(Onun sinəsini yoxlayır.) 
 
Mən səhv etmirəmsə qızıldır dərin. 
 
(Qızıl torbasını çıxarır.) 
 
X ə l i l 
 
Onlara dəyməyin, çatlayar bağrım.  
Allah, nə pis oldu mənim axırım? 
 
M e h d i 
 
 Kəndlilər çılpaqdır, acdır... 
 
X ə l i l 
 
Bizə nə? 
 
M e h d i 
 
Vicdansızın biri, dilin var yenə? 
Qurd kimi daraşıb hər bədənə siz 
Qanını soraraq kökəlirsiniz. 
 
X ə l i l 
 
Mən yaxşı adamam, oğlum, qulaq as.  
 
M e h d i 
 
Cidanı çuvalda gizlətmək olmaz.  
  
 
 


_____________Milli Kitabxana________________ 
50 
 
X ə l i l 
                                 
Barı, öldürməyin. 
 
V ə l i 
 
   Bəsdir, az ula! 
 
N ə b i 
 
 Bunları salamat ötürün yola. 
 
X ə l i l 
 
   Çıxmaz bu yaxşılıq yadımdan, Nəbi, 
                               Görüm var olasan, qəhrəman Nəbi! 
 
Tacirləri ötürürlər. Uzaqdan bayatı səsi gəlir. 
 
S ə s 
 
Əzizim, neylim sənə,  
Düşübdür meylim sənə,  
Mən dönsəm könül dönməz,  
Sən dönsən, neylim sənə. 
 
Bir dəstə kəndli gəlir. 
 
Səfər 
 
Xoşgördük,ayNəbı. Nəbi 
Salam, omi can, Sizniyəgəldiniz? 
 
Səfər 
 
     Bilərsən, dayan...  
  
 
 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə