|
Microsoft Word turklib ru docТуркестанская Библиотека - www.turklib.ru – Turkistan Library
|
səhifə | 12/46 | tarix | 25.06.2018 | ölçüsü | 1,12 Mb. | | #51945 |
|
Туркестанская Библиотека - www.turklib.ru – Turkistan Library
Döşü qalın ormanlı-
Şah dağı tək, Kəpəz tək,
Əziz bilirəm onu.
Mən Talış dağlarıyla
Əkiz bilirəm onu!
Torpaqları çörəkli,
Bağları barlı edən,
Kəndləri, şəhərləri
Axar- baxarlı edən
Bir çayın sahilindən
Yolum düşürsə haçan,
Deyirəm ki, o, Kürdür,
Axıb gedir yanımdan.
Nə dildə qanad açsa
Şirin bir nəğmə əgər;
Onunla şadlanarsa,
Qəmlənərsə ürəklər,
Oxşayarsa insanın
Xəyalını, ruhunu,
Azərbaycan nəğməsi
Zənn edirəm mən onu
Azərbaycan torpağı,
Öpüm, öpüm səni, gəl!
Axı səndə görmüşəm
Hər şeyi əvvəl- əvvəl.
Axı səndə bilmişəm
Nə var, nə yox dünyada,
Axı səndə görmüşəm
Hər şeyin qəşəngini-
Bağçaların barını,
Çayların axarını,
Üfüqlərin rəngini,
Dostluğu, sədaqəti,
Sevgini, məhəbbəti.
Səndən ayırsa belə
Dənizlər, dağlar məni,
Nə xoş gəlsə gözümə,
Qoynuna bağlar məni.
Dünya mənə xoş gəlir
Həyatın hər bir çağı.
Sən bir dünyasan demək,
Azərbaycan torpağı!
VƏTƏN
Туркестанская Библиотека - www.turklib.ru – Turkistan Library
Mən gözümü bu torpaqda açmışam,
Mənim dilim bu torpaqda söz tutub.
İməkləmiş, yerimişəm, qaçmışam-
Dizlərimi qanadanda daş- kəsək
İlk yaram da bu torpaqda göz tutub.
Tarixində adım- sanım yox onun,
Hardan olsun, neyləmişəm axı mən?
Ancaq Vətən mənim kimi çoxunun
Zəhmətini çox çəkmişdir əzəldən.
Əllərimdən tuta- tuta aparmış,
Məni həyat yollarına çıxarmış.
Bu yerdədir, rişələrim, köklərim-
Ulu babam bu torpaqda uyuyur.
Vətən- mənim al şəfəqli səhərim,
Onsuz günəş gözlərimdə soyuyur.
Vətənsizin nə günəşi, nə ayı?..
Vətən yoxsa- hər şey hədər, havayı.
Qarış- qarış dolansam da cahanı,
Gözəlsə də yad ellərə səyahət,
Heyran - heyran seyr etsəm də hər yanı,
Səyahətim burda bitər, nəhayət.
Ağuşuna çəkər məni torpağım.
Harda olsam, harda gəzib dolansam,
Burda tapar əks- səda sorağım.
Bir- birindən hər şey qopar, ayrılar-
Ayrılmayan bəs nə var?
Mən,
Vətən!
QULAMRZA SƏBRİ TƏBRİZİ
BÜTÖV AZƏRBAYCAN
Biri Arazın o tayında,
Biri bu tayında.
Aralarında tikanlı sərhəd
məftilləri.
Amma Xəzər birləşdirir
sularıyla.
Toxunuram suya bu sahildə,
Туркестанская Библиотека - www.turklib.ru – Turkistan Library
Duyuram ruhumu o sahildə.
Bir də ay, səma birləşdirir,
Günəş birləşdirir.
Havanın, küləyin ətri birləşdirir.
Necə bir Vətənə
iki deyəsən?
FİKRƏT QOCA
ADDIM- ADDIM
Azadlıq qurbansız olmur.
Neyləyəsən, qansız olmur.
Vətən üçün, ana üçün
Hər birimiz bir oğuluq.
Oğul üçün, nəvə üçün
Azadlığa gedən yoluq.
Yola dönüb bu torpağa
Döşənirik, uzanırıq.
Qanımızın bahasına
Biz azadlıq qazanırıq.
Azadlığa gedən yolda
Bir addımdı mənim adım.
Azadlığa gedir Vətən
Şəhid- şəhid, addım- addım!
ANAM MƏNİM
Torprağım mənim,
Tarixim, ulu babalarımın
müqəddəs örtüsü,
Keçmişimin gələcəyə körpüsü
Torpağım mənim,
Pozulmayan yaddaşım,
çörəyim, qızılım,
düşmənə atılan daşım.
Torpağım mənim,
basacaqsan məni bağrına ana kimi.
Adınla çırpınacaq ürəyim,
ürəyim özü torpaq olana kimi.
Hansı torpaq üstə gəzsəm,
Туркестанская Библиотека - www.turklib.ru – Turkistan Library
Ürəyim pıçıldayır:
Mən Azərbaycan torpağıyam.
Sarı buğdasıyam, şirin nar bağıyam.
Dilimdə üzümünün şirinliyi,
səsimdə sularının səsi.
Gözlərim Xəzərimin iki giləsi.
Mən bu torpaqdan cücərmişəm, ucalmışam.
Mənəm, məniməm deməyə
İxtiyarım yoxdur.
Özümü bu torpaqdan borc almışam.
Yad ellərdə ölə bilmərəm,
Torpağıma borcum var.
Nəslimdən biri torpaqsız qalar.
Öz torpağını tapmaq üçün
dünyanı gəzər diyar - diyar.
ƏLİAĞA KÜRÇAYLI
VƏTƏN
Mən səndən bir yaşıl budaq istədim,
Sən mənə bəxş etdin zümrüd meşələr.
Mən səndən kiçik bir otaq istədim,
Sən mənə bəxş etdin dilbər guşələr.
Mən səndən adicə həyat istədim,
Sən məni çıxardın min- min səhərə.
Mən səndən kiçik bir qanad istədim,
Sən məni uçurdun ənginliklərə.
Mən səndən bir dəstə çiçək istədim,
Mənimçün dörd fəsli yaz elədin sən.
Mən səndən ilhamlı ürək istədim,
Sən mənə təb verdin milyon ürəkdən.
Mən səndən kiçik bir sevinc istədim,
Sən mənə bəxş etdin bütöv səadət,
Mən səndən bir parça bürünc istədim,
Sən mənə bəxş etdin xəzinə, dövlət.
Mən səndən istədim açıq bir alın,
Sən mənə bəxş etdin əzəmət, vüqar,
Dostları ilə paylaş: |
|
|