Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
73
xınlığında hər iki dövlətin prezidentləri H.Ə.Əliyev və E.A.Şe-
vardnadzenin iştirakı ilə yeni körpünün açılış mərasimi olmuş,
açılışda Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri
və Respublika Olimpiya Mərkəzinin direktoru və digər rəsmi
şəxslər iştirak etmişlər.
2000-2005-ci illərdə də Gürcüstan idmançıları Azərbaycan-
da H.Aslanovun xatirəsinə həsr olunmuş cüdo, Ə.Coudrinin ku-
boku uğrunda və əməkdar idman ustası, əməkdar məşqçi, bey-
nəlxalq dərəcəli hakim A.Ağalarovun xatirəsinə həsr edilmiş
gənclər arasında beynəlxalq boks turnirində, “20 yanvar” şəhidi,
idman ustası M.İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş
üzrə yeniyetmələrin beynəlxalq turnirində, taekvondo üzrə gənc-
lərin Avropa birinciliyində, otüstü hokkey üzrə yoldaşlıq yarış-
larında, idman rəqsləri üzrə Azərbaycan çempionatında, Azər-
bay
Həsənov Yusifəli Lətif oğlu
74
cilikdə, 5-6 oktyabrda Borjomidə keçirilmiş beynəlxalq krossda,
29-30 yanvar 2005-ci ildə Tiflisdə kişilər arasında “A” kateqo-
riyalı beynəlxalq turnirdə, 21-25 dekabrda Tiflisdə üzgüçülük
üzrə beynəlxalq turnirdə idmançılarımız ölkəmizi layiqincə təm-
sil etmişdilər.
İdmançılarımız SSRİ dövründə olduğu kimi müstəqillik illə-
rində Azərbaycan Respublikası ilə mehriban qonşuluq əlaqələri
saxlayan ölkələrin, o cümlədən qardaş Ukraynanın idman tədbir-
lərində də yaxından iştirak etmişlər. Ukraynanın gənclər və id-
man üzrə dövlət qurumları ilə əməkdaşlıq etmək məqsədilə hələ
1995-ci ildə Ukraynanın keçmiş Gənclər və İdman Nazirliyinə
müraciət olunmuş, zəruri sənədlər göndərilmiş, bununla da əla-
qələrin ilkin əsası qoyulmuşdur [39, v.7]. İki ölkə arasında meh-
riban əlaqələrin inkişafı və dərinləşməsində ümummilli lideri-
miz H.Ə.Əliyev və Ukraynanın o zamankı prezidenti L.Kuçma
xüsusi rol oynamışdılar. Müstəqilliyin ilk illərindən bu günə
qədər ölkələrimiz arasında münasibətlər strateji əməkdaşlıq sə-
viyyəsinə yüksəlmişdir. Ukrayna prezidenti L.Kuçma Azərbay-
can Respublikasının yüksək mükafatı olan “İstiqlal” ordeninə,
müasir Azərbaycan dövlətinin banisi H.Ə.Əliyev isə Ukraynanın
yüksək mükafatı olan “Yaroslav Mudrı” ordeninə layiq görül-
müşdülər. Hazırda dost və qardaş Ukraynada H.Ə.Əliyevin adını
daşıyan nüfuzlu institut fəaliyyət göstərir. Hökumət başçılarının
qarşılıqlı səfərləri zamanı çoxlu sayda dövlətlərarası və höku-
mətlərarası müqavilələr imzalanmışdır ki, bu da ölkələrimiz ara-
sında çoxtərəfli əməkdaşlığın inkişafında sanballı hüquqi baza
yaratmışdır. Ölkələrimizin nümayəndələri Azərbaycan və Uk-
raynada keçirilən müxtəlif gənclər və idman tədbirlərinin iştirak-
çısı olmuşlar [39, v.1-40]. 1997-1998-ci illərdə Ukrayna şahmat-
çıları beynəlxalq Bakı turnirlərində iştirak etmiş, 1998-ci ilin pa-
yızında Xarkovda fəaliyyət göstərən “Xətai” Azərbaycan mədə-
niyyət mərkəzinin futbol komandası Bakıda görüşlər keçirmiş,
Ukraynada 2001-ci ilin martında gənc idmançılar arasında keçi-
rilən beynəlxalq turnirdə su polosu üzrə komandamız müvəffə-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
75
qiyyətlə çıxış etmiş və yeddi komanda arasında birinci yerə çıx-
mışdı. Bunlardan başqa, karate-kontakt üzrə idmançılarımız 2-6
iyul 1998-ci ildə Kiyevdə keçirilən beynəlxalq turnirdə iştirak
etmiş, 4-14 sentyabr 2001-ci ildə isə Kiyevdə MDB ölkələri üz-
rə zəhmətkeşlərin beynəlxalq oyunlarında ölkəmiz 28 nəfərlik
nümayəndə heyəti ilə təmsil olunmuşdur.
16 oktyabr 2001-ci ildə Bakıda “Azərbaycan Respublikası
Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında gənclər siyasə-
ti və idman sahəsində əməkdaşlıq haqqında saziş”in imzalanma-
sı ölkələrimiz arasında bu sahədə əməkdaşlıqda mühüm hadisə
olmuşdur [39, “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna
Nazirlər kabineti arasında gənclər siyasəti və idman sahəsində
əməkdaşlıq haqqında saziş”]. Saziş əsasən iki ölkə arasında qeyd
olunan sahələrdə əlaqələrin qurulmasına, mübadilələrə və birgə
tədbirlərin keçirilməsinə əlverişli şəraitin yaradılmasını nəzərdə
tuturdu. Bununla əlaqədar olaraq 2002-ci ilin mayında MDB öl-
kələrinin Düşənbədə keçirilmiş gənclər nazirləri klubunun növ-
bəti iclasında Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparılmış
və Azərbaycan Respublikası tərəfindən birgə tədbirlər planının
layihəsi müzakirəyə təqdim olunmuşdur [39, v.48]. Bu saziş çər-
çivəsində Ukrayna İdman Komitəsi heyətinin 2002-ci ilin sen-
tyabrında Azərbaycana səfəri zamanı “Azərbaycan Respublikası
Gənclər, İdman və Turizm Nazirliyi və Ukrayna Bədən Tərbiyə-
si və İdman Dövlət Komitəsi arasında 2002–2003-cü illərdə bə-
dən tərbiyəsi və idman sahəsində ikitərəfli əməkdaşlıq protoko-
lu” imzalanmışdır [39, “Azərbaycan Gənclər, İdman və Turizm
Nazirliyi və Ukrayna Bədən Tərbiyəsi və İdman Dövlət Komi-
təsi arasında 2002–2003-cü illərdə bədən tərbiyəsi və idman sa-
həsində ikitərəfli əməkdaşlıq protokolu”; 102]. Bu protokol id-
man mütəxəssislərinin mübadiləsinin genişləndirilməsini, idman
tədbirlərində hər iki tərəfin idmançılarının qarşılıqlı iştirakını
asanlaşdırmışdı [39, v.50]. Nəticədə iki idarənin elmi tədqiqat
mərkəzləri arasında, habelə Gənclər, İdman və Turizm Nazirliyi-
nin Gəncə şəhər Baş İdarəsi ilə Çerniqov Vilayətinin Gənclər və
Dostları ilə paylaş: |