324
Dünyada «off-şor» zonaları içində ən tanınmış bölgə–Kayman adalarıdır.
Burada qeydiyyata alınmış bankların sayı 580-dir və onların aktivlərinin dəyəri
500 milyard dollardır. Karib dənizinin şərq hissəsində Sent-Vinsent adalarında
15 bank və 7 min transnasional şirkət, Dominikada – 5800 şirkət, Naue ada-
larında isə 3 min şirkət qeydiyyatdan keçmişdir. Halbuki bu adada yaşayanların
sayı 2 mindir.
Dünya iqtisadiyyatında Men, Qernsi və Cersi adalarının, Banam adasının,
Sent-Kristofer və Nevis Federasiyasının, Niderland Antil adalarının, Arubı
( taliya mafiyasının ənənəvi sığınacağı), Kayman adasının, Britin Virginiya
adaları, Panama (”Off-Şor” biznesin beşiyi) və nəhayət, Kipr ”Off-Şor” bank-
ları daha böyük əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, son zamanlar xüsusi sveçrə bankları kimi tanınan ”Off--
Ş
or” biznes çox geniş inkişaf etmişdir.
Kayman adalarında 500-dən çox ofşor banklar və 1300 sığorta kompani-
yası qeydə alınmışdır. Belə ki, dünyanın 50 iri bankının 43-nün burada bölmə
və törəmə bankları var. Kayman adalarında bankların bölmələrinin məcmu
depozit qoyuluşunun məbləği astronomik rəqəmə – 150 mlrd. dollara çatmışdır.
Honkonqda xarici bankların 1,5 mindən çox bölməsi fəaliyyət göstərir.
Demək olar ki, ”Off-Şor” banklar transmilli bankların daha bir əsas təbə-
qəsini yaratmışdır. Müasir şəraitdə praktiki olaraq dünyada heç bir transmilli
kapitalın finans sxemi bunsuz keçinə bilmir.
XXI əsrin əvvəllərində şaxələnmiş, çoxqatlı və çoxfunksiyalı TMB siste-
mi formalaşmışdır. TMB sistemi transmilli kapitalın əsas tələbatlarını ödəyir və
dünya maliyyə bazarlarının fəaliyyətinin institusional əsasını təşkil edir.
Lakin investorlar üçün cənnət sayılacaq məkan – Banam adalarıdır. Bu-
rada 36 ölkə mənşəli 418 bank, 580 investisya fondları, 60 sığorta şirkətləri və
100 min transnasional şirkətlər fəaliyyət göstərir. Bunların dövriyyəsi təqribən
350 milyard dollar səviyyəsindədir.
”Off-Şor” bankçılıq üçün gərəkli olan struktural şərtləri üçün aşağıdakılar
tələb olunur:
1. iqtisadi və maliyyə üstünlükləri;
2. iqtisadi və siyasi sabitlik;
3. texniki şərtlər;
4. hüquqi şərtlər;
5. bankçılıq sirrinin maksimum ölçüdə qorunması.
9.3. Azə
rbaycan Respublikası müvə
kkil banklarının açıq valyuta mövqeyi
limitlə
rinin müə
yyə
n edilmə
si və
tə
nzimlə
nmə
si
Bir bankın aktivindəki çeşidli valyuta varlıqları ilə passivindəki valyuta
mənşəli öhdəliklər bir bütün olaraq o bankın valyuta mövqeyini verir. Bank-
ların aktivindəki valyuta hesablarını vəsaitlər və alacaqlar, passivdəki valyuta
325
hesablarını isə öhdəliklər və borclar təşkil edir. Bu qruplar içində yer alan
başlıca hesablar aşağıdakılardır:
1. ölkəxarici müxbirlərin nəzdindəki cari və depo hesablarındakı valyuta
vəsaitləri;
2. ölkədaxili müxbirləri nəzdindəki cari hesablar, valyuta hesabatların-
dakı və ya depo hesablarındakı valyuta vəsaitləri;
3. Mərkəzi Bank nəzdindəki hesablarda olan valyuta vəsaitləri;
4. kassalardakı hesab;
5. valyuta üzərindən qiymətli kağız portfeli.
Valyuta öhdəlikləri və valyuta borcları:
1. akkreditiv öhdəliklər;
2. geri ödənilməsinə zəmanət verilmiş öhdəliklər;
3. ölkədaxili və ölkəxarici və ya ödənilməsinə zəmanət verdikləri digər
valyuta kreditləri.
Valyuta borcları:
1. banklarda açılmış valyuta hesabı;
2. valyuta kreditləri;
3. xarici mühafizə hesabı olaraq saxlanmış fondlar.
Bir qayda olaraq, banklar beynəlxalq iş həyatında gərəkli ödənişlər apara
bilmək üçün yetərli qədər valyuta mənbəyinə sahib olmalıdırlar.
Başabaş mövqe. Aktiv toplamının passiv toplamına bərabər olması:
Aktivlər=öhdəliklər+kapital=başabaş.
Uzun mövqe. Aktivlər > passivlər= uzun mövqe. Uzun mövqedə bank,
ehtiyacından çox valyuta saxlayır. Bu durumun bank üçün mənfəətli olub-ol-
madığını anlamaq üçün aşağıdakı misala baxaq: tutaq ki, bank ehtiyacından çox
saxladığı bu valyutaları manatla ödəyərək almışdır. Deyək ki, 1$= 0, 80 manat
ikən dollar alıb gözləsək və günlərin birində manat dollar qarşılığında dəyər
itirirsə, 1$= 1,10 manat olursa, heç bir əməliyyat aparmadan, bank dollar başına
30 qəpik qazanmış olur.
Qısa mövqe. Aktivlər
valyuta qazancından daha yüksək isə, qısa mövqe tutmaq daha sərfəlidir. Val-
yutadan zərər etsək belə, manatın saxlayacağı faizdən yararlanmaq bankı daha
qazanclı çıxaracaqdır. Ancaq daha qazanclı olmasına baxmayaraq, bu sərfəli
yol olmadığından açıq mövqeyə düşməmək tövsiyə edilməməkdədir.
Azərbaycan Respublikası Müvəkkil Banklarının Açıq Valyuta Mövqeyi
Limitlərinin Müəyyən Edilməsi Və Tənzimlənməsi Haqqında Qaydalar “Azər-
baycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında” və
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası qanunlarına müvafiq
surətdə işlənib hazırlanmışdır. Qaydalar müvəkkil banklar tərəfindən aparılan
xarici valyuta əməliyyatları üzrə məzənnə risklərinin tənzimlənməsinə xidmət
edir.