467
Xüsusilə, onların fikrincə islam kredit-bank və maliyyə institutları
özlərinin rəsmi statusuna görə şirkət və məhdud məsuliyyətli cəmiyyət (limited-
liability-company) ola bilməzlər, çünki valyuta sazişlərini, investisiya müqa-
vilələrini, maliyyə tranzaksiyalarını və ödəniş haqqında sazişləri bağlayan
həmdin müsəlmanlar arasında etibar, qarşılıqlı öhdəliklər və təminatlar hər
zaman şərtsiz və qəti olmalıdır. nvestisiya əməliyyatının istənilən iştirakçısı
şə
xsi məsuliyyətdən (“şəxsi öhdəliklərdən”) azad edilə bilməz, onun əvvəl üzə-
rinə götürdüyü öhdəliklərin tam yerinə yetirilməsi şərtsiz olmalıdır. Bank ins-
titutları isə öz növbəsində əksinə müştəri və kontragentlərlə bağlanmış depozit
və investisiya müqavilələri üzrə, ümumiyyətlə, əmlak məsuliyyətini daşıma-
malı (öz şəxsi aktivləri, fondları və əmlakı hesabına) və həmin münasibətləri ilk
növbədə tam və şərtsiz qarşılıqlı etibar və birgə maddi məsuliyyət əsasında
(borc alan investorla maliyyələşdirən bank arasında həyata keçirilmiş inves-
tisiya layihələri üzrə mənfəətin və zərərin pay bölgüsü əsasında) qurmalıdırlar.
ranın kredit sistemi öz başlanğıcını 1906-1907-ci illərdən götürür, həmin
dövrdə konstitusiya ölkənin pul təsərrüfat idarəsində feodal üsullarını ləğv
etmiş və şahın ölkənin milli sərvəti üzərində nəzarətsiz sərəncamına son qoy-
muşdur. Lakin, həqiqətdə 20-ci əsr boyu konstitusiyanın vəziyyəti arabir dek-
larativ (rəsmi) xüsusiyyət daşıyırdı.
Kredit-pul təsərrüfat islahatını keçirmək üçün “neytral” xarici müşa-
virlərin dəvətedilmə təşəbbüsü uğursuz oldu. 1911-ci ildə rana Morqan
Ş
usterin başçılığı ilə Amerika ekspertlər dəstəsi gəlmişdir; onun 1916-cı ildə
istefasından sonra kredit-maliyyə idarələrində, ölkəyə zorla son dərəcə ağır
şə
rtlərlə saziş qəbul etdirmiş ingilis təlimatçıları rəhbərlik edirdi, həmin sazişə
ə
sasən ingilis məmuru ran hökumətinin baş maliyyə müfəttişinin funksiya-
larını yerinə yetirirdi; 1921-ci ildə ngiltərə - ran sazişi ləğv edilmişdir.
Eyni zamanda randa müstəmləkə əsasları qorunub saxlanılırdı. 1907-ci
ildə ngiltərə ilə Rusiya arasında bağlanmış sazişə əsasən ran-Rusiya impe-
riyası və Böyük Britaniyanın təsir sahələrinə bölünmüşdür. Nəticədə kon-
sessiya sazişləri siyasəti möhkəmlənmişdir (32 belə sazişlərdən 32-si Rusiyanın
payına düşürdü): bank, yol, nəqliyyat-sığorta, dağ-mədən. ngilis sahibkarları
banknotların emissiyası və xəzinədarlıq funksiyalarının yerinə yetirilməsi
hüququ ilə Şahənşah bankının təşkili üçün konsessiya almışdır. Rusiya ranın
Hesablama-borc bankının təşkili üçün konsessiyaya nail oldu.
1921-ci ildə sovet hökuməti ranın, ona çar hökuməti tərəfindən
verilmiş borcların, ödəməsindən imtina etdi. Eyni zamanda ran dövlətinə rus
kredit institutları, o cümlədən ranın Hesablama-əmanət bankı (əvvəllər He-
sablama-borc bankı) adlandırılan Rusiya imperiyasının Dövlət bankının kredit
müəssisələri də havayı verilmişdir.
Bu bankın əsas kapitalının mənbəyi ran hökumətinin Şahənşah ban-
kındakı hesablarında saxladığı xarici valyutada olan azad yığılmış vəsait, həm-
468
çinin gümüşü kranlarla (1930-cu ildə rial ilə dəyişilən sikkə pul) pul ehtiyatları
olmuşdur.
Milli siyasətin vacib istiqamətlərindən biri 1928-ci ildə ranın Milli
bankının təsis edilməsi olmuşdur. Artıq Milli bank mövcudluğunun ilk illərində
kreditin ucuzlaşmasına istiqamətlənən diskont siyasəti sayəsində ranın kredit-
pul sistemində aparıcı yer tutmuşdur. Uçot dərəcələri 6% kimi azalmışdır, bu
yalnız çox saylı sərrafların təcrübəsinə deyil, həm də 12% və daha çox faiz
tutan Şahənşah bankının əməliyyatlarına təsir etmişdir. Dünya böhranı zamanı
gümüş və qızılın dəyərinin nisbətinin əlverişsizliyi ilə əlaqədar olaraq gümüş
kranın faciəli qiymətdən düşməsi baş vermişdir. Kranın və funt-sterlinqin
valyuta pariteti 2 dəfədən də çox aşağı düşmüşdür.
1925-ci ildə Ticarət haqqında Qanunla ran hökuməti kredit əməliyyat-
larının istehsal nizamının şəriət şərhinə son qoymuş, xüsusi bankir sənəti
fəaliyyətinin hüquqi əsasını müasirləşdirmişdir. Lakin, əvvəlcə çox saylı
sərrafların və bir sıra ticarət kontorlarının geniş məşğul olduqları sələm krediti
hələ xüsusi kommersiya banklarının bələdiyyə mülkiyyəti formasında ifadə
edilmirdi.
1930-cu ildə ran bimetallik standartdan qızıla keçdi, hansının ki, əsa-
sında sterlinq dövriyyəsinin ingilis sistemi yerləşirdi. Sikkə vahidi kimi qızıl
real oldu. ranın Milli bankı ölkədə pul dövriyyəsinin tənzimçisi oldu.
1931-1932-ci illərdə xüsusi borc kapitalı səhmdar kredit cəmiyyətlə-
rində(bank tipli şirkətlər) yığılmağa başlamışdır. 1939-cu ildə randa dövlət
ə
manət kassaları açılmışdır.
kinci Dünya müharibəsinin əvvəllərinə randa növbəti milli kredit
institutları fəaliyyət göstərirdi: Milli bank, Kənd təsərrüfatı, Sənaye, poteka
bankları. Beləliklə, konsessial Şahənşah bankının ran pul-kredit bazarında
monopoliya hüququ zəifləyirdi.
Bundan başqa, baxılan dövrdə randa xarici kapital ilə daha iki bank:
“Ruspersbank” (“Rusfarsbank”) və Ottoman bankı var idi. “Ruspersbank”
1923-cü ildə əsasən Sovet- ran ticarəti üzrə hesablamaların aparılması üçün
qarışıq Sovet- ran cəmiyyəti kimi təşkil edilmişdir, onun ölkənin müxtəlif
şə
hərlərində bir neçə filialı var idi, haradakı, sovet ticarətinin nümayəndəlik
bölmələri yerləşirdi. Ottoman bankı eyniadlı bankın bölmələrini Türkiyədə
Fransa- ngilis kapitalı və Londondakı idarə etmə ilə təmsil edirdi.
Mahiyyətcə milli bank sisteminin inkişafı 1948-ci ildən başlamışdır, nə
vaxt ki, artıq mövcud olan dövlət banklarının sayına yeni dövlət və xüsusi
banklar birləşməyə başlamışdır. Bu vaxta ranın Milli bankı özünün iki -
emissiya və kommersiya bölmələri ilə ölkənin kredit-pul sisteminin əsasına
çevrilmişdir.
Sonrakı illərdə əvvəlcə Amerika iqtisadi ekspansiyasının genişlənməsi,
sonra isə Amerika “qəyyumluğundan” tam imtina və nəticədə iqtisadi
təcridolunma baş vermişdir.