157
IV FƏ
S L. ÖDƏ
N Ş
S STEM , NAĞ
DSIZ HESABLAŞ
MALAR
VƏ
BANK HESABLARININ NÖVLƏ
R
4.1. Ödə
niş
sistemi
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) ödəniş sistemləri
sahəsində fəaliyyəti onun struktur bölməsi olan Ödəniş sistemləri və hesablaş-
malar departamenti tərəfindən həyata keçirilir. Ödəniş sistemləri və hesablaş-
malar departamentinin missiyası müasir standartlara cavab verən elektron
ödəniş sistemlərinin yaradılması, onların sabit və fasiləsiz istismarının təşkil
edilməsi, beynəlxalq aləmdə bu istiqamətdə baş verən meyillər nəzərə alın-
maqla daim inkişaf etdirilməsi və təkmilləşdirilməsidir.
AMB tərəfindən beynəlxalq təcrübə əsasında beynəlxalq maliyyə qurum-
larının texniki yardımı və maliyyə köməyindən istifadə edilməklə son on il
ə
rzində Milli Ödəniş Sisteminin yaradılması və inkişafı istiqamətində geniş
islahatlar aparılmışdır.
1998-ci ildə Milli Ödəniş Şurasında Milli Ödəniş Sisteminin yaradıl-
masının konseptual əsasları və strategiyası hazırlanmışdır.
2001-ci ilin əvvəllərində Milli Ödəniş Sisteminin arxitekturasının əsasını
təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZ PS)
yaradılaraq istifadəyə verilmişdir. AZ PS sisteminin istismara verilməsi nəticə-
sində banklar arasında hesablaşmaların real vaxt rejimində (on-line) həyata ke-
çirilməsinə, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına,
banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına imkan yaranmışdır.
AZ PS sistemi SWIFT şəbəkəsi üzərində qurulan Y arxitekturaya ma-
likdir, məlumat mübadiləsinin yüksək təhlükəsizlik səviyyəsini təmin edir və
müasir standartlara tamamilə uyğundur. Respublikada fəaliyyət göstərən bütün
banklar, Mərkəzi Bank, bank olmayan Aqrarkredit birliyi, Dövlət Xəzinədarlığı
Agentliyi sistemin üzvüdürlər.
2002-ci ilin sonlarından etibarən Milli Telekommunikasiya Şəbəkəsinin
bazasında Milli Ödəniş Sisteminin arxitekturasının ikinci mühüm elementi olan
Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) yaradılaraq isti-
fadəyə verilmişdir. Beləliklə, kiçikhəcmli, lakin daim təkrarlanan xırda ödəniş-
lərin (əməkhaqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi
üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilmə-
sinə, eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti
müəssisələrinin, böyük sayda ödəniş əməliyyatları (məsələn, vergi, gömrük və
sosial müdafiə ödənişləri) aparan hökumət qurumlarının Milli Ödəniş Sis-
teminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradıldı.
AZ PS və XÖHKS sistemlərinin fövqəladə hallarda etibarlı və davamlı
fəaliyyətini təmin etmək məqsədilə onların Sumqayıt Ehtiyat Mərkəzində
158
ehtiyat surətləri yaradılmışdır. Sistemlərin əsas və ehtiyat mərkəzlərdə yerləşən
serverləri arasında real vaxt rejimində informasiya mübadiləsi təşkil edilmişdir.
Ödəniş sistemləri sahəsində aparılan islahatların əhatə dairəsinin geniş-
ləndirilməsi və regionlara istiqamətləndirilməsi, yaradılmış Milli Ödəniş Siste-
minin imkanlarından daha aktiv istifadə olunması, bütün ölkə üzrə vahid
elektron ödəniş məkanının yaradılması, hüquqi və fiziki şəxslərin maliyyə xid-
mətlərinə çıxış imkanlarının daha da artırılıması zərurətini nəzərə alaraq,
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr tarixli Fərmanı ilə
Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin nkişafı üzrə 2005-2007-ci
illər üçün Dövlət Proqramı təsdiq edilmişdir.
Dövlət Proqramına uyğun olaraq ölkədə kart ödənişlərinin daha da
inkişaf etdirilməsi və Milli Ödəniş Sisteminin arxitekturasının tamamlanması
üçün yeni infrastrukturun – “MilliKart” Prosessinq Mərkəzi yaradılaraq res-
publikada fəaliyyət göstərən 18 bankın idarəçiliyinə və istifadəsinə verilmişdi.
Kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin bey-
nəlxalq standartlar əsasında təkmilləşdirilməsi və ödəniş sistemləri infrastruk-
turuna texnoloji inteqrasiyasının tamamlanmasının icrası ilə əlaqədar olaraq
kommunal xidməti haqlarının yığımı üzrə Kütləvi Ödənişlər üzrə Mərkəzləş-
dirilmiş nformasiya Sisteminin (KÖM S) yaradılaraq 2008-ci il 11 iyul tari-
xindən etibarən istismara verilmişdir. Sistem vasitəsilə KÖM S-ə qoşulmuş
kommunal xidməti müəssisələri üzrə ödənişləri həm nağd, həm də banko-
matlarda və KÖM S-in “ nternet Service” xidmətindən istifadə etməklə ödəniş
kartları vasitəsilə həyata keçirmək mümkündür.
2010-cu il ərzində Milli Ödəniş Sisteminin dövriyyəsi tarixi maksimum
həddinə çatmışdır. Ödəniş sistemində ümumi həcmi 84,83 mlrd manat olmaqla,
10,15 mln ədəd əməliyyat aparılmışdır.
R MƏ
BLƏĞ
L ÖDƏ
N Ş
LƏ
R N KÖÇÜRÜLMƏ
S S STEMLƏ
R
(AZ PS). AMB-nin Azərbaycan Banklararası Ödəniş Sistemi (AZ PS)
respublikanın yeganə iriməbləğli ödəniş sistemidir. AZ PS real vaxt rejimində
işləyən hesablaşma sistemidir (RTGS). Sistem iştirakçıların AMB-dəki müxbir
hesabları vasitəsilə ödənişləri tam elektron şəkildə emal edir. Hesablaşmanın
qətiliyi və gerigötürülməzliyinə nəzarət tələbləri vasitəsilə nail olunmuşdur.
Ə
gər ödəməni həyata keçirmək üçün lazımi qədər vəsait varsa AZ PS
real vaxt əsasında yeni manatla hesablaşmanı təmin edir. Əgər lazımi qədər
vəsait yoxdursa o zaman əməliyyat avtomatik olaraq gözləmə növbəsinə
göndərilir və orada ödəmə üçün lazım olan miqdarda vəsait daxil olana qədər
gözləyir. Mərkəzi Bank qeyri-likvidliyi qənaətbəxş olan iştirakçıları günlük və
gecəlik (overnayt) pulsuz güzəştli kreditlərlə təmin edir. Bu proses avtomatlaş-
dırılmadığına görə iştirakçılar kreditin ayrılması üçün Bazar əməliyyatları
departamenti ilə əlaqə saxlamalıdırlar.