7
ə
sərlərində öz əksini tapmışdır. Operativ idarəetmədən strateji idarəetməyə keçiddə
mahiyyəti əks etdirən aparıcı ideya ali rəhbərliyin müvafiq şəkildə və öz vaxtında
ə
traf mühitdə baş verən dəyişikliklərə reaksiya verməsi üçün onun diqqəti mərkəzinin
oraya yönəldilməsi zəruriliyi ideyası olmuşdur.
Strateji idarəetmə nəzəriyyəsinin tanınmış baniləri tərəfindən təklif edilmiş bir
neçə konstruktiv tərifləri göstərmək olar. Şendel və Hatten onu «təşkilatın və onun
yarımbölmələrinin səmərəli və məhsuldar şəkildə fəaliyyət göstərməsinə imkan
yaradan
ehtiyatların
bölüşdürülməsi
vasitəsilə
seçilmiş
məqsədlərin
reallaşdırılmasından və ətrafla qarşılıqlı münasibətlərin arzu edilən durumuna nail
olma cəhdindən ibarət təşkilatın onun ətrafı ilə əlaqəsinin müəyyənləşdirilməsi
prosesi» kimi qələmə verirdilər. Higgensə görə “strateji idarəetmə - təşkilatın onun
ə
trafı ilə qarşılıqlı fəaliyyətinin idarə edilməsi vasitəsilə missiyasının həyata
keçirilməsi məqsədilə idarəetmə prosesidir. Pirs və Robinson strateji idarəetməni
«təşkilatın məqsədlərə nail olmaq üçün işləyib hazırladığı strategiyaların xülasə
edilməsi və yerinə yetirilməsi üzrə qərarların və fəaliyyətlərin toplusu kimi” izah edir
(11, səh.32). Bir sıra təriflər də vardır ki, onlar strateji idarəetmənin bu və ya digər
aspektlərini və xüsusiyyətlərini və ya onun «adi» idarəetmədən fərqlərini xüsusi
vurğulayır.
Təcrübə göstərir ki, kompleks strateji planlaşdırmanı və idarəetməni həyata
keçirən təşkilatlar daha uğurla işləyir və sahə üzrə orta gəlirdən xeyli yüksək gəlir
ə
ldə edir. Planlaşdırma təcrübəsinə malik bir çox rəhbərlər və sadəcə, fəal insanlar
arzu etdikləri uğura ona görə nail ola bilmirlər ki, mümkün qədər çoxlu bazarları
ə
hatə etməyə və daha müxtəlif məhsul istehsal etməyə, müxtəlif qrup müştərilərin
tələblərini ödəməyə cəhd etməklə öz güclərini “havaya sovururlar”. Uğur üçün isə
qüvvələrin məqsədəyönümlü təmərküzləşməsi və düzgün seçilmiş strategiya
lazımdır. Başqa sözlə desək, kim öz strategiyasını daha yaxşı planlaşdırırsa, o da
uğura daha tez nail olur.
8
ş
güzar təşkilatın strategiyası – strateji məsələlərin prioritetlərini, resursları
strateji məqsədlərə nailolma üzrə addımların ardıcıllığını müəyyənləşdirən başlıca
fəaliyyət planıdır. Strategiyanın başlıca məsələsi təşkilatı hazırkı durumdan
rəhbərliyin arzu etdiyi gələcək duruma gətirməkdir. Strateji idarəetməni seçilmiş
obyektdən asılı olaraq, növbətilərə ayırırlar: korporativ strategiya – ümumilikdə
təşkilatın strategiyası; biznes – strategiya – təşkilatın xüsusi strateji yarımbölməsinin
strategiyası; funksional strategiya – təsərrüfatçılığın funksional zonasının strategiyası.
Strateji idarəetmə metodologiyasının meydana gəlməsi və praktiki şəkildə
istifadə edilməsiilk növbədə, təşkilatın xarici mühitindəki dəyişikliklərin
xarakterindən qaynaqlanan obyektiv səbəblərdən yaranmışdır. Strateji idarəetmənin
mahiyyəti ondan ibarətdir ki, bir tərəfdən, dəqiq təşkil olunmuş kompleks strateji
planlaşdırma, digər tərəfdən, təşkilatın idarə edilməsi strukturu «rəsmi» strateji
planlaşdırmaya cavab verir və elə qurulmuşdur ki, onun məqsədlərinə nail olmaq
məqsədilə uzunmüddətli strategiyanın işlənilməsini və planlar sistemi vasitəsilə bu
strategiyanın reallaşdırılmasındakı idarəetmə mexanizmlərinin yaradılmasını təmin
etsin. Strateji idarəetmə metodologiyasının inkişafında bir neçə mərhələ vardır:
Icraya nə zarə t ə sasında idarə etmə
, bu zaman təşkilatlarıın dəyişikliklərə
reaksiyası hadisələrin bitməsindən sonra meydana gəlir. Bu, təşkilat üçün daha təbii
olan reaktiv adaptasiyadır, lakin dəyişikliklərin qaçılmaz olduğunu başa düşülməsinə,
yeni strategiyanın işlənilməsinə və ona sistemin adaptasiyasına çox vaxt tələb edir.
Dəyişikliklər templərinin artması şəraitində bu, qeyri-münasibdir.
Ekstrapolyasiya ə sasında idarə etmə
, bu zaman dəyişikliklərin tempi sürətlənir,
lakin gələcəyi hələ də keçmiş tendensiyaların ekstrapolyasiyası yolu ilə
(uzunmüddətli planlaşdırma) əvvəlcədən demək olar.
Də yiş ikliklə rin ə vvə lcə də n görünmə si ə sasında idarə etmə
, bu zaman
gözlənilməz hadisələr yaranmağa başlamışdı və dəyişikliklərin tempi sürətlənmişdir,
lakin gələcək tendensiyaları vaxtında görməyin və onlara müvafiq strategiyanın
9
işlənilməsi yolu ilə reaksiyanı müəyyənləşdirməyin qeyri-mümkün olması qədər yox
(strateji planlaşdırma).
Çevik tə ciliy qə rarlar ə sasında idarə etmə
, bu, hal-hazırda, bir çox mühüm
məsələlərin onların vaxtında nəzərdən keçirilməsinin qeyri-mümkünlüyü dərəcəsində
sürətlə meydana gəlir (zamanın real miqyasında strateji idarəetmə).
Uzunmüddətli və strateji planlaşdırma arasındakı əsas fərq gələcəyin şərh
edilməsindən ibarətdir. Uzunmüddətli planlaşdırma sistemində fərz edilir ki, gələcək
tarixən yaranmış artım tendensiyalarının ekstrapolyasiyası yolu ilə əvvəlcədən deyilə
bilinər. Təşkilat rəhbərləri adətən perspektivdə fəaliyyət nəticələrinin keçmişlə
müqayisədə təkmilləşəcəyinə əsaslanırlarvə bu istinadı planın əsaslandırılmasına
qoyurlar. Belə praktikanın tipik nəticəsi – real nəticələrin uyğun gəlmədiyi inkişafın
real məqsədlərinin qoyulmasıdır. Onlar yüksək ola bilər, lakin çox vaxt
planlaşdırılandan xeyli aşağıdır.
Strateji planlaşdırma sistemində fərz edilmir ki, gələcək mütləq keçmişdən yaxşı
olmalıdır və onu ekstrapolyasiya metodları ilə öyrənmək olar. Ona görə də strateji
planlaşdırmada təşkilatın perspektivlərinin təhlilinə mühüm yer ayrılır, onun
məsələlərinə yaranmış tendensiyaları dəyişməyə qadir tendensiyaların, təhlükələrin,
imkanların, eləcə də ayrı-ayrı fövqəladə vəziyyətlərin aydınlaşdırılması daxildir. Bu
təhlil rəqib mübarizədə mövqelərin təhlili ilə tamamlanır.
Strateji idarəetmə onun əsasını təşkil edən strateji planlaşdırmadan təkamül
inkişafı yolu ilə meydana gəlmişdir. O, prinsipcə yeni strategiyaların həyata
keçirilməsində çətinliklərlə üz-üzə gələn firmalarda getdikcə böyük maraq yaradır.
Bəs strateji idarəetmə nəyi təcəssüm etdirir? Qarşıya qoyulmuş suala cavab vermək
üçün əvvəlcə kommersiya və qeyri-kommersiya təşkilatların davranışlarını nəzərdən
keçirilməsinə müraciət etmək lazımdır. Bu, ona görə zəruridir ki, təşkilati davranışın
üsulları və idarəetmə növləri arasında sıx əlaqə mövcuddur.
Müvafiq olaraq, «strateji qərarlar» termini ilə biznesin fəaliyyəti üçün kardinal
ə
həmiyyətə malik olan və uzunmüddətli və geri qaytarılmaz nəticələrə gətirib çıxaran
Dostları ilə paylaş: |