97
lazımdır. O mənim böyük generalım olacaqdır" deyə uzaqgörənlik göstərmiĢ və
Kutuzovun qədrini bilmiĢdi.
Artıq Kutuzov Suvorovun qoĢununda döyüĢ komandiridir. Kutuzov ağıl və
böyük taktika tələb edən diplomatik iĢi də döyüĢ tapĢırığı kimi ciddiyyətlə yerinə
yetirirdi. Arvadına yazdığı məktublarda (arvadının qızlıq familiyası Bibikova idi)
yeni oxuduğu kitablardan danıĢır, ondan da bunu tələb edib gözləyirdi; paytaxtın
mədəni və elmi aləmindən aldığı xəbərləri acgözlüklə dinləyirdi. Allah ona beĢ qız
övladı pay vermiĢdi. Qızlarından biri - ağıllı Liza PuĢkinlə dostluq edirdi.
Alınmaz türk qalası Ģöhrətini daĢıyan Ġsmayılın taleyi həll olunanda
Potyomkin Suvorova "ümidim bir Allaha və sənin igidliyinədir", deyə yazırdı.
Suvorov qala üstünə gələrkən qoĢunda ehtiyat nərdivanları və kəndirləri, dərin
müdafiə xəndəklərini dolduran çuvalları götürməklə yanaĢı ona bərk lazım olan
adamı - Kutuzovu da yanına alıb qala altına gətirmiĢdi.
Suvorov zabitlərə döyüĢqabağı tapĢırıqları göndərib hər kəsin vəzifəsini
özünə anlatdıqda dərhal özünəməxsus lakonik tərzdə: "bu Kutuzova aid deyil, o özü
hər Ģeyi bilir" - deyirdi.
Ġsmayıl qalasına hücumda Kutuzov məsul yerdə durmuĢdu. Ona altıncı
cinaha komandirlik etmək tapĢırılmıĢdı. Ġtki çox idi, qan su yerinə axırdı. Hətta
kazakların belə gözü qorxmuĢdu, geri çəkilmək lazım idi. Amma bunu Suvorova heç
kim cürət edib çatdıra bilməzdi. Yalnız Kutuzov, qan tökməkdə, qırğında
Suvorovdan heç də az hünərli olmayan Kutuzov ürək edib Suvorova: güc bitir, mənə
əsgər verin, deyə bildi: bilirdi ki, belə güc yoxdur, meydanda ölülər qalmıĢdır.
Suvorov: "Rusiyaya artıq Ġsmayılın alınması və Kutuzovun ona komendant təyin
olunması haqqında raport yola salınmıĢdır" deyə qələbə yolunda silahla bərabər
iĢlətdiyi inadı və rəĢadəti iĢə saldı. Ġndi son hücuma baĢlamaq olardı, lazım olan
səviyyədə ruh yüksəkliyi təmin olunmuĢdu.
Həqiqətən qalada qırğına ilk baĢlayan da Kutuzovun kazakarı və yeger
alayları oldu.
DöyüĢün sonunda özünə gələn kimi arvadına yazırdı: "Daha ömrümdə belə
döyüĢ görmərəm. BaĢımda tüklərim bimbiz durub. Yanımda kim vardı həlak olub.
DüĢərgədə kimi soruĢuram ya ölüb, ya da can üstündədir. Ürəyim qanla dolub,
gözlərimdən yaĢ süzülür. Bütün gecəni tək idim. Həm də o qədər iĢ var ki, heç
yaralıları hələ yerləĢdirə bilməmiĢəm. ġəhəri də qaydaya salmaq lazımdır. Elə
türklərin on beĢ mindən artıq meyidi qalıb. Korpusu da cəm edə bilmirəm, sağ qalan
zabitimiz demək olar ki, yoxdur". Kutuzov səmimi dostuna (arvadına) yazdığı elə
səmimi məktubunda ruslardan ölənləri demirsə də onların sayı türklərdən ikiqat artıq
olmalı idi. Odur ki, bu cəfəngiyyat qələbə heç kimə lazım deyildi. Paytaxtda, hətta
əyanlar belə Suvorovun qan hərisliyindən nifrət edib çiyrinmiĢdilər.
Yara dəyməyən ailə qalmamıĢdı. Aylar belə keçir, nəinki türklərin, heç
rusların meyidini yığıĢdırıb qurtara bilmirdilər.
98
Suvorov Peterburqdan Kutuzovun təltif olunmasını xahiĢ etdi. Qələbədən
dərhal sonra Kutuzov general rütbəsinə layiq görülür. Bu zaman Kutuzovun 45 yaĢı
var idi.
Ġsmayıl qalası alındığı ərəfədə taledən zərbə almıĢdı: yeganə oğlu çox gənc
ikən çiçəkdən ölür. Məktublardan göründüyü kimi qanla dolu açıq qəbrə çevrilən
Türk qalası Ġsmayılın dərdi kimi onun da bir insan kimi öz dərdi var idi. Məğrur türk
qalası Ġsmayıl alındısa (Bu qalanın adı onun qəhrəman komendantı igid kapitan
Ġsmayılın (XV əsr) adındandır) rusların hələ Dunay səfərləri, Maçin, Babadağ və
Ġsakçı döyüĢləri Qara dəniz uğrunda müharibələr irəlidə idi. lakin hələlik də uğurlar
böyük idi: Yassı sülhündə (1791) qazanılan nailiyyətlər nəticəsində Qara dənizə yol
açılmıĢdı.
Müharibə və döyüĢlərin Ģəraiti imkan verirdi ki, düĢmənin gözünün içinə
baxasan, qılınclar çaqqıĢanda kükrəyən sinələr, qanlı gözlər özü qılınc kimi
iĢləyirdi. Bəzən bu savaĢ meydanı pəhləvan meydanına dönürdü. Dəfələrlə türklə
üzləĢən Kutuzov da onlara heyrətini gizlədə bilmirdi; düĢməndən təhsinlər almaq
hər orduya nəsib olmur. Kutuzov türkləri Dunay boyundakı Slistriya qalasında
mühasirədə saxlarkən arvadına 1811-ci il 10 oktyabr tarixli məktubunda yazırdı:
"Турки которые заперли восемь дней, уже едят лошадиное мясо, без хлеба и
без солей, и не сдается" (24, с.257).
Qızı E.M.Kutuzovaya (Tizenhauzenə) - PuĢkinin dostuna 1811-ci il 13
dekabr tarixində Buxarestdən yazırdı: "Не знаю, что будут говорить о моей
компании по ее окончании, но я ею очень доволен... Среди пленних есть один
трехбунчужный паша Чапан-оглу в возрасте 25 лет. Он так красив и так
элагантен, что мог бы вскружит голову всему Петербургу (24, с.275).
...Napoleon Moskvaya hücum edəndə isə sərkərdə Kutuzov artıq
yaĢlanmıĢdı. Qoca qartal Borodino çölündən rusların vahimə içində qaçdığını
görürdü. Odur ki, hər Ģey itirilməmiĢ, yəni ordu məhv olmamıĢ dərhal geri
çəkilməyin vacib olduğunu baĢa düĢdü.
8 sentyabr sübhçağı fransızlar qarĢı tərəfi - cəbhəni boĢ gördülər.
Kutuzovun Rastopçin (Moskvanın general-qubernatoru) və general
Benniqsen kimi əleyhdarları ona gülüb ələ salırdılar: Qoca fransızlardan qorxur...
Qoca isə səbr və təcrübəsini iĢə salmıĢdı: dözüm və fəndə güvənirdi. Bu böyük səbr
içində rahatlıq və müdrikliyini əldən vermirdi. Qarlı qıĢ günlərində hələlik "dincə
oturan" rus düĢərgələrində ümumdüĢmən elan olunmuĢ Napoleonu zarafat və
hədyan mənbəyi edib gülürdülər. Xalq folkloru yaranmaqda idi. Bir dəfə bir zabit
Kapoleonu dolayıb güldükdə Kutuzov onu saxlayıb "cavan oğlan, kim sənə icazə
verib ki, dahi sərkərdə haqqında belə danıĢasan?" deyə onu məzəmmət etmiĢdi.
Dostları ilə paylaş: |