23
Konstitusiya dövlətin konstitusiya quruluşunu, insan və vətəndaşın başlıca
hüquq, azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli-ərazi
quruluşunu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir,
hüquq qaydasının və qanunçuluğun əsaslarmı müəyyən edir. Ona görə də
konstitusiya normaları dövlət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar,
vəzifəli şəxslər və vətəndaşların fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları
bütün başqa hüquq normalarına münasibətdə daha yüksək hüquqi qüvvəyə
malikdir.
3. Konstitusion
nizamasalmanın
hərtərəfliliyi.
Göstərildiyi
kimi,
Konstitusiya çox geniş və mürəkkəb olan sosial-siyasi sistemin əsaslarını
müəyyənləşdirir. Aydındır ki, bir sahəni əhatə etməklə konstitusiya bütün sistemi
müəyyən edə bilməz. Onun bir norması bəzən bir neçə sahə üçün çıxış nöqtəsi
rolunu oynayır. Məsələn, mülkiyyət hüququ bütün iqtisadi sistem üçün müstəsna
əhəmiyyətə malik olmaqla onun çıxış nöqtəsini təşkil edir. Seçki sistemi siyasi
sistemin əsasını təşkil edən çox mühüm elementlərdən biridir. Elə buna görə də
konstitusion normalar bir çox hallarda konkret olmur və aid olduğu məsələnin ən
əsas tərəflərini müəyyən edir.
4. Konstitusiya, artıq qeyd edildiyi kimi, bütün hüquq sisteminin başlanğıcı
kimi, hüququn əsas mənbəyidir. O, cari qanunvericilik üçün hüquqi bazadır və
onun xarakterini müəyyən edir. Cari qanunvericilik Konstitusiyanın müddəalarını
inkişaf etdirir. Bəzi hallarda Konstitusiyada bu və ya digər qanunun qəbul
edilməsi haqqında göstəriş olur (məsələn, Azərbaycan Respublikası
Konstitusiyasının 142-ci maddəsində göstərilir ki, bələdiyyələrə seçkilərin
qaydaları qanunla müəyyən olunur). Qanunvericiliyin hüquqi bazası kimi
Konstitusiya bütün hüquq məkanında əsas mərkəzdir. O, bütünlükdə hüququn
inkişafında uzlaşmaya və hüququn sistemləşdirilməsinə kömək edir.
5. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Əsas Qanun kimi
Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının
digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyaya
ciddi və dəqiq riayət etmək bütün dövlət orqanları, ictimai birliklər, bütün
vətəndaşlar üçün ən ali davranış normasıdır.
6. Konstitusiyanın yuxarıda göstərilən xüsusiyyətlərindən doğan ayrıca
hüquqi xassələri də mövcuddur. Bunlara legitimlik, reallıq və stabillik xassələri
aiddir.
Konstitusiyanın legitimliyi dedikdə aşağıdakılar nəzərdə tutulur:
1. Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət
orqanı tərəfindən qəbul edilməsi.
2. Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi
(Azərbaycan Respublikasının Konstitusiyası).
3. Xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi.
Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir:
1.
Konstitusiya
müddəalarının
nizama
saldığı
ictimai
münasibətlərin xarakterinə uyğun gəlməsi.
2.
Konkret tarixi şəraitdə tarixi, siyasi, etnoqrafik, iqtisadi
xüsusiyyətlərin nəzərə alınması.
3. Konstitusiya müddəalarının sosial nəticələrini əvvəlcədən
24
görmək (məqsəd və nəticə).
4. Konstitusiyanın real təminat verməsi.
Qeyd etdiyimiz kimi, Konstitusiyanın hüquqi xassələrindən biri də onun
stabilliyidir. Konstitusiya uzun müddət üçün nəzərdə tutulan normativ hüquqi
sənəd olduğuna görə o, konstitusion tənzimləmənin obyekti olan ictimai
münasibətlərə məqsədyönlü təsir etməlidir. Bunun üçün cəmiyyətdə aşağıdakı
şərtlərin olması zəruridir:
1. Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır.
2. Hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük tərbiyə edilməlidir.
3. Konstitusiyanın
səmərəli
müdafiə
mexanizmi
olmalıdır.
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan və bir
tərəfdən
insan və cəmiyyət arasında, digər tərəfdən isə insan və dövlət arasında
münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Bu hüquq
normaları bir və ya bir neçə normativ hüquqi aktda - əsas qanunlarda cəmlənə
bilər. Həmin normalar çoxsaylı normativ hüquqi aktlardan, eləcə də məhkəmə
presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər.
Konstitusiya maddi mənada özündə yazılı aktı, aktlar məcmusunu və
yaxud Konstitusiya adətlərini təcəssüm etdirir. Bu da ilk növbədə insan və
vətəndaş hüquq və azadlıqlarını bəyan edir və onlara təminat verir, eləcə də
konstitusiya quruluşunun əsaslarını, idarəetmə formasını və ərazi quruluşunu,
mərkəzi
və
yerli
hakimiyyət
orqanlarının
təşkili
əsaslarını,
onların
səlahiyyətlərini və qarşılıqlı münasibətlərini, dövlət rəmzlərini və ölkənin
paytaxtmı müəyyən edir.
Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın
dövlətçilik iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətin də əsas qanunudur.
Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin
ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş
cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir.
Konstitusiya müxtəlif funksiyalara malikdir. Onun əsas funksiyası hüquqi
funksiyadır. O, nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da,
konstitusiya hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan
tənzimləmə, qoruma funksiyalarını yerinə yetirir. O həm də qanunvericilik
sistemində bütün digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi
üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı - hüquq normalarının
hüquqauyğunluğunun qiymətləndirilməsi, müəyyənləşdirilməsi funksiyasını
yerinə yetirir.
Konstitusiyanın ikinci funksiyası onun sosial funksiyasıdır. Konstitusiya
ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial
sistemin başlıca ünsürlərini bir-birilə əlaqələndirir və onlara hüquq çərçivəsində
davranış imkanı verir, onları təşkilatlandırır. Ailə, din kimi sosial təsisatlara,
atalıq, analıq kimi sosial dəyərlərə təsir göstərərək, bütün sosial sistemdə
mövcud münasibətlərə təsir edir və yeni dəyərlərin formalaşması üçün zəmin
yaradır. Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun inkişafının
ümumi əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin yaşamasına
birbaşa təsir göstərən ünsürlərə təsir etməklə konstitusiya bu sistemin həyati
əhəmiyyətli maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur.
Dostları ilə paylaş: |