Uşaq psixopatologiya sahəsi inkişaf istiqaməti qısa şəkildə araşdırılmış bir
filosofların və başqa elm adamlarının uşaqlar üzərində apardığı eksperimentlər
nəticəsində ortaya çıxmışdır. Tibbi, sosial, təhsil, din də daxil olmaqla deviant
davranışa meyilli uşaqların davranışlarının təhlili istiqamətində bir sıra fikirlər
ortaya çıxdı. Qədim Yunan və Roma adətlərində xəstə uşaqların davranışı
haqqında inanırdılar ki, təbii olmayan disbalans uşaqların fiziki yaxud psixi
əlilliyi, qabiliyyətsizliyi, iqtisadi çətinliklərə və sosial cəhətdən xəcalətə gətirib
çıxarır. Belə olduğu halda bu uşaqlar ya lağa qoyulur, ya tərk edilir yaxud da
öldürülürdü. Bu cür neqativ münasibət, orta əsrlərə qədər davam etmişdir (500-
1300-cü illər). Hətta Amerikada əvvəllər, bucür hallar daha dəhşətli şəkildə qeydə
alınmışdır. Burada yetkin şəxslərin qəddar rəftarına məruz qalmış bucür uşaqların
3/2-si 5 yaşında ölmüşdülər. Hətta1654-cü ildə Amerikada atalara “üsyankar,
itaətsiz” uşaqlarını öldürə bilmək üçün ərizə verilirdi. 1800-cü illərdə Massacuestə
əqli geri uşaqları zirzəmilərdə və qəfəslərdə saxlayırdılar. Tarixi qeydlər göstərir
ki, 18-ci əsrdən əvvəl uşaqların davranışlarındakı normal olmayan hərəkətləri pis
davranış olaraq qəbul etmişlər. Hətta uşaqlarda olan qəribə davranışları olanların
şeytan olaraq adlandırılmasına, onlarda pis ruhların mövcud olduğunu deyilməsinə
gətirib çıxarmışdı. John Calvin və Martin Luther əqli geri uşaqları (inkişafında
gerili olanları da həmçinin) şeytan olaraq adlandırırdılar. Orta əsrlər dövrü də daxil
olmaqla uşaqların mövcud hərəkətlərini deviant davranış kimi təqdim edirdilər.
Amma bucür davranışların daha düzgün şəkildə öyrənilməsi son dövrlər və yeni
dövrlərin psixoloji ədəbiyyatlarında olmuşdur.
Beləliklə XX əsrin əvvələrinə qədər, uşaqlarda problemli davranışlarla
əlaqəli (onun yaranma səbəbləri, genezisi) etibarlı bir mənbə məlumatlar yox idi,
narahat uşaqların davranışlarının səbəblərini müəyyən edən işlərin dayandırılması
haqqında, həmçinin bu problemlərlə üzləşən mütəxəssislərin mövcudluğu
haqqında.
Rubinşteyn (1948) (Journal of İnsanity) 45 cildində bu uşaqlarda heç bir
dəlilik əlamətinin olmadığını qeyd etmişdir. 1900-cü il Amerika ədəbiyyatlarında
uşaq psixiatriyası üzrə heç bir elmi kəşflər yox idi və bugün yazılan heç bir
araşdırma onlara əsaslanmır. 20-ci əsrdə bu sahədə görülən ən önəmli iş qüsurlu
uşaqların müalicəsi, təlimləri və onların qayğısına yönəlmişdi. Uşaqların pis
vəziyyətinə olan diqqətin artması, zehni (əqli) və davranış pozuntusu olan uşaqlara
diqqətin artması 2 əsas səbəb ilə əlaqəli idi. Birincisi, tibb, fiziologiya, nevrologiya
kimi elmlərin nailiyyətlərinə əsasən daha humanist şəkildə edilən müalicə
prosesləri idi. İkinci istiqamət isə, əsasən filosoflar tərəfindən (John Lokk, Johan
Pestalozzi) uşaqların mənəvi olaraq dəstək almaları mövqeyində idi. Bucür fikirlər
daha da müxtəlif sahələrdə inkişaf etdi: sağlamlığın vacib inkişafı, təhsil
sistemində mənəvi dəstək, bu uşaqların təhsil almasının vacibliyi kimi sahələrdə.
Bucür fikirlə uşaq psixopatoloji xəstəliklərinin yaranmasında əsasən bioloji və
sosial faktoların rol oynadığını bildirdi. 1989-cu ildə DSM III-də Yager, Camino
və başqaları tərəfindən 4-16 yaş (psixiatrik dəyərləmdirmədə) önəmli bir fərq
olmadığını qeyd etmişlər. Klinik şəkildə aparılmayan tədqiqatlar nəticəsində belə
hesab edilmişdir ki, uşaqlarda yaşla əlaqəli bəzi simptomlar azalır. Amma tibbi
araşdırmalar bunun tam əksini isbat etdi. Aparılan bəzi çalışmalar uşağın yaşı,
xəstəliyin klinik gedişatı, özünü göstərən problemin sayı ilə əlaqəli olduğunu
göstərirdi. 1991-ci ildə göstərildi ki, yalnız müalicəyə yönəldilən uşaqlarda xarici
problemlərin daxili problemlərə görə azadlığını yaşla əlaqəlidir. Offort, Boyle və
Rasina uşaqların yaşı, cinsiyyəti və problemləri arasında əlaqə olduğunu müəyyən
etdi. Yaşla əlaqəli aparılan bucür tədqiqatlar birsıra suallar ortaya çıxartdı.
Psixopatologiya aid məlumatlar Z.Freyd tərəfindən daha geniş
araşdırılmışdır, amma bu sahədə oğlanlar barəsində qizlara nisbətən daha çox
tədqiqatlar aparılmışdır. Uşaq-valideyn stressi psixopatologiyanın etiologiyasında
bir hipotezdir. Başqa tədqiqatçılar inananırdılar ki, uşaqların temperament tipləri
onlarda psixopatologiyanın yaranmasında əsas və ən geniş faktordur. Yüksək
həssaslıqlı bucür uşaqlar özlərini idarəetmədə aşağı tənzimə və yüksək
emosionallıq və nevrotik əlamətlərə malikdirlər. Valideyn boşanması uşaqlara
yüksək dərəcədə depresiyaya və başqa psixopatoloji əlamətlərə gətirib çıxarır.
Buraya həmçinin tək valideynin uşaqlarına pis rəftarı və uzun müddət davam
etməsidə aiddir. Burada bu faktor aparıcı rol oynamış, amma bu faktor travma,
temperament və başqa digər neqativ hadisələr kimi (ölüm, fiziki və cinsi istismar
və s.), genetik, sosial, qidalanma və başqa diigər hallar ilə başlıca əlaqəlidir.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, uşaqlarla edilən pis rəftar
da həmçinin ən mühüm risk faktoru kimi onlarda qorxu hissini artırır, onlara daim
kiminsə təhdid edəcəyi kimi gəlir, kiminsə emosional vəziyyətinin anlamasına və
hisslərini
büruzə
verməsinə
maneə
yaradır.
“Temperamentin
uşaq
psixopatologiyasında rolu” haqqında tapılan məlumatlara görə Vassey və Dadds
təklif etdilər ki, psixopatoloji xəstəliklər 4 əsas səbəblərə görə inkişaf prosesi
zamanı yarana bilər:
1. Bioloji faktor: genetik, hormonlar, neyrotransmitterler;
2.Psixoloji faktorlar: özünə-hörmət, koqnitiv problemlər;
3.Sosial faktorlar: ailə
tərbiyəsi, öyrənilmiş neqativ eksperimentlər, stress;
4.Uşaqların temperament tipləri.
Psixoloji qiymətləndirmə üçün ailənin tibbi keçmişi, uşağın gündəlik
müşahidəsi, müəyyən testlərdən (nevroloji) keçirilməsi lazımdır. Bütün bunlar
uşaqlarla keçirilən terapiyalar zamanı, onların həyat stilinin dəyişməsində, sosial
əlaqələrinin inkişaf etdirilməsindidə vacib rola malikdir.
Ümumi olaraq, uşaq psixopatoloji xəstəliklərinə malik uşaqlarda özünü
göstərən əlamətlər aşağıdakı kimi qeyd edə bilərik:
Uşaqlarda özünü göstərən diqqət-hiperaktivlik pozuntusu;
Yuxu problemi;
Yüksək həssaslıq;
Kobud (üsyankar) davranışlar;
Antisosial davranlışlar;
Depressiv davranışlar;
Yüksək dərəcədə təşviş-həyəcan;
Aqressivlik;
Gecə nöbətləri;
Tipik inkişaf üçün özünü göstərən davranışlar nümayiş etdirməzlər.
Bu uşaqlarda özünü göstərn aqressiv davranışlar 5 yaşdan əvvəl başlayır. Bu
cür hallar onların həmyaşıdları ilə, valideynləri və digər yetkin insanlarla
münasibətlərinə neqativ təsir edir.
Uşaqlar birsıra psixopatoloji xəstəliklərdən əziyyət çəkirlər. Bunlara
göstərmək olar. Uşaq psixopatologiyası ilə bağlı aparılan tədqiqatlarda ən çox
öyrənmə problemləri, aqressivlik, diqqət əskikliyi-hiperaktivlik və emosional sfera
ilə əlaqəlidir.