Veksellərlə aparılan əməliyyatlar
1) Veksellərin uçotu
Uçot təşkilatı veksellərlə aşağıdakı əməliyyatları apara bilərlər:
- veksellərin uçotu və onlara aval verilməsi.
- veksellər üzrə ödənişin təmin edilməsi üçün veksellərin inkassoya qəbul edilməsi.
- veksellərin domisilyasiyası.
Veksellərin uçotu ödəniş vaxtı çatana qədər veksel saxlayan tərəfindən vekselin uçot kontoruna verilməsi və onun müqabilində, veksel məbləğindən diskont məbləği çıxılmaqla, qalan məbləğin alınmasıdır.
Uçot təşkilatı uçot üçün qəbul olunmuş veksellərə görə veksel saxlayanlara qəbz verir və xüsusi reyestrdə qeyd aparır.
Uçot üçün təqdim edilmiş veksellərdə, veksel verən blank indossamentini qoymalıdır.
Veksellərin uçotu zamanı tutulan uçot faizi (diskont) uçot təşkilatı tərəfindən aşağıdakı qayda ilə hesablanır:
K x T x F
D = --------------------
360 x 100
burada:
D - diskontun məbləği
K - vekselin məbləği
T - vekselin uçotu tarixindən onun ödənilmə tarixinə (ödəniş günü hesablanmır) qədər olan müddət
F - uçot təşkilatının uçot faizi.
Dostları ilə paylaş: |