manlara qarşı qərəzli siyasət aşkar duyulurdu. Erməni və gürcü
din xadimləri kilsəni və camaatı təmsil edən möhtərəm nüma
yəndələr sayılırdısa, islam din xadimləri hətta polis zabitindən
də az maaşa qulluq göstərən çar məmuru səviyyəsinə endiril
mişdi. Çarizmə xidmətləri ilə yanaşı mənşə
və təkamülünü eyni
zamanda milli tarixlərindən alan gürcü əsilzadəgan təşkilatı ilə
erməni kilsə təşkilatı bu iki qonşu millətin həyatında mühüm
əhəmiyyət kəsb etdiyi halda, sırf rus intriqasının məhsulu olan
Qafqaz bəyləri ilə “dəftər mollalarının” milli Azərbaycan hə
yatında heç bir rolları olmamışdır (75, s. 16-17). Daha doğrusu
“əksəriyyətlə rus məktəbinə alınaraq tərbiyə olunan bəy uşaqla
rını ruslaşmış kimi görən xalq, rəsmi hökumət xidmətinə girən
mollaya da “dəftər mollası” demiş, ona qətiyyən isinə bilmə
miş, bir çox “möminlər” bu kimi “molla”ların arxasında ca
maat namazı qılmağı belə caiz görməmişlər” (140, s. 24-25).
Yaranışından bəri, təbii ki, xristianlıq məfkurəsi ilə forma
laşan və I Pyotrun vəsiyyətnaməsindən bəhrələnən çar impe
rializmi islam dünyası və xüsusilə türk aləmi ilə mübarizəni
üzərinə düşən əsas tarixi vəzifələrdən biri hesab edirdi. Bu
mübarizənin amansızlığı Azərbaycanın əsrlərdən bəri məruz
qaldığı farslaşdırma və ruslaşdırma siyasətlərinin müqayisə
sində daha qabarıq görünür. Belə ki, beş yüz ilə yaxın müddət
ərzində İran imperiyasının hakim sinfini türklər təşkil etdiyi
halda Azərbaycan türkləri mənəviyyatca fars təsirində olmuş
lar. Fars təhsil və tərbiyəsi alan, fars kimi düşünən və özünün
həqiqətən iranlı olduğuna qane olan hakim sinif türk olduğu
üçün avam camaat da farslaşdığını hiss etmirdi. Xalqın mənə
viyyatına hakim olan üləma sinfi də eyni ruh və tərbiyənin
təsirində olmuşdur ki, bu səbəbdən çox vaxt hətta türkün özünə
və dilinə xor baxılmışdır (75, s. 14). İranın qüvvətli mənəviy
yatı, ümumdünya şöhrətli ədəbiyyatı qarşısında qaynayıb-
qarışmış türk hakim təbəqəsi və onların təsiri ilə də əhalinin
sadə təbəqəsi öz dilindən uzaqlaşmış, dili başqa, yazısı başqa
olan gülünc bir millət halına gəlmişdi. Türkcə danışılır, farsca
11