8
sözləri ərəb-islam mədəniyyətinin hakimiyyəti nəticəsində
meydana gəlmişdir. İndi isə sosializm mədəniyyətinin döv-
rüdür. Sosializm mədəniyyətinin dili isə Oktyabr inqilabının
dili
olan Lenin-
Stalin dilidir”, yəni ruscadır (115, s. 19). O,
“Sovet terminolojisindən” başqa bir də beynəlmiləl elmi isti-
lahlar məsələsi vardır – deyə, terminoloji problemə xüsusilə
diqqət yetirirdi: “Moskvanın Azərbaycanda çalışan “elmi
rəhbərləri” bu istilahların da ruscada olduğu kimi qəbulunu
əmr edirlər. Bundan başqa elmi qiyməti olmayan adi rus
sözləri belə “beynəlmiləl elmi istilah” deyə türkcəyə soxdu-
rulmaqdadır. Məsələn, Bakıda türkcə 2.000 kəlmədən ibarət
fəlsəfə istilahları nəşr edilmişdir. Professor Vasilyevin mü-
dirliyi altında tənzim edilmiş olan bu istilahlar arasında bu
kimi rus sözlərinə də bol-bol rastlayırıq: Boq, vina, voz-
mezdiye, vıvod, jadnost, jadnı, lyubov, lyubopıtnı və ilh...”
(115, s. 20).
Ümumiyyətlə, türk dil birliyini (vahid elmi terminologi-
yanı!) müdafiə və təbliğ etmiş ziyalılarımız bu əqidəyə sadiq
qalmışlar ki, “Azərbaycan dilinin tarixinin yalnız türk dilinin
tarixi ilə birgə dərk və tədqiq edilməsi elmi sayıla bilər”
(Əhməd Cəfəroğlu). Deməli, reallaşmasına yüzillik bir za-
man sərf etdiyimiz “Türk kültür birliyi” ideyasının gerçək-
ləşməsi baxımından da türkcə terminologiyanın vahid stan-
dartlara tabe etdirilməsi bu yolda diqqət yetirəcəyimiz ilk
işdir.
Fikrimizcə, eyni anlamlı, eyni mahiyyətli bir beynəlxalq
termin işlətmək mümkündürsə, biz də buna ikiəlli razıyıq,
bunu birmənalı şəkildə qəbul və tətbiq etməliyik. Yox, əgər
heç
olmasa Türkiyə ilə (öncə özümüzdə!) vahid olan termi-
no
loji standartlar tərəfdarıyıqsa, o zaman daha rusların
işlətdikləri “kultura”nı yox, “kültür” kəlməsini işlətməliyik.
Və yenə də, əgər “mədəniyyətşünaslıq” əvəzinə “kulturolo-
giya”ya üstün
lük versək, yuxarıdakı məntiqdən çıxış edərək