fikirləri haqqında söhbət aça bilər. Digər istifadəçilər isə ona müxtəlif
məlumatlar yaza bilər. Əgər, qeydiyyat zamanı elektron poçt ünvanı
göstərilmişdirsə, vacib xəbərlər birbaşa istifadəçinin e-poçtuna göndərilir.
Administrator (idarəçi) – adi istifadəçilərə nisbətən daha çox hüquqa malikdir.
Administrator səhifəni adi istifadəçilər tərəfindən aparılan dəyişikliklərdən
qoruya bilər. Bu halda administrator məqaləyə blok qoyur. O, istifadəçilərə
xəbərdarlıq edə bilər, istifadəçinin fəaliyyətinə məhdudiyyət qoya bilər.
Məqalənin adını dəyişə bilər və məqaləni ləğv edə bilər. Məqalə ləğv
olunarkən o bazadan silinmir və istənilən zaman yenidən bərpa edilə bilər.
Bundan başqa, administrator Vikipediyanın ümumi interfeysini dəyişə bilər və
sistem məlumatlarını idarə edə bilərlər. Lakin administratorun başqa
istifadəçini administrator təyin etmək hüququ yoxdur.
Bürokrat – digər istifadəçilərə administrator və bürokrat hüququnu vermək
kimi texniki imkana malik olan istifadəçidir. Lakin bürokrat bu hüquqları
yalnız istifadəçilərin ümumi razılığı ilə edə bilər.
Stüard – qlobal administratordur, yəni dilindən asılı olmayaraq Vikipediyanın
bütün layihələrini nəzarətdə saxlayır. O, da administrator və bürokrat kimi
istifadəçilərin səsverməsində səs çoxluğu ilə təyin olunur. Stüart Vikipediya
qaydalarını yaxşı bilməli və bir neçə dildə (ingilis dilini bilməsi vacibdir)
sərbəst danışmağı və yazmağı bacarmalıdır. Stüard da bürokrat kimi, digər
istifadəçilərə administrator və bürokrat hüququnu vermək kimi texniki imkana
malik olan istifadəçidir.
Baş layihəçi – Vikipediyanın baş layihəçisinin hüquqları stüardın hüquqları ilə
eynidir. Lakin o, sistemi əsaslı dəyişmə hüququna malikdir. Bəzi layihəçilər
Vikipediyanın işlədiyi serverlərə daxil olma hüququna da malikdirlər.
Vikipediyanın bütün hüquqları isə “Vikipediya” layihəsinin əsasını qoymuş
Cimmi Uelsin əlində toplanmışdır. Cimmi Uelsin istifadəçilərə və təşkilatçılara
müraciət edərək “Biz İnterneti tutduq, sizin köməyinizlə dünyanı tutacağıq”
cümləsi ilk baxışda lovğalıq kimi görünsə də, Vikipediyanın müəllifi haqlıdır:
bu layihə kimi, milyonlarla istifadəçilərin müraciət etdiyi və hər kəsə pulsuz
olaraq bilik (bəzi hallarda yeni baxış, ideologiya) bəxş edən digər layihə
təsəvvür etmək çətindir.
Vikipediya
–
“Wikimedia Foundation İnc” qeyri
-
hökumət təşkilatı
tərəfindən yaradılan İnternet ensiklopediyasıdır.
Vikimedia fondu və onun idarə etdiyi layihələr
“Wikimedia Foundation” qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır və bir sıra
başqa azad məzmunlu layihələri idarə edir. Baş ofisi ABŞ-nın Florida ştatının Tamp
şəhərində yerləşir.
Wikimedia Fondu tərəfindən idarə olunan 300-dən artıq server yalnız ABŞ-da deyil,
eyni zamanda Avropada (Amsterdam), Cənubi Koreyada yerləşirlər.
KitabYurdu.az
24
Serverlər MySQL VBİS tərəfindən idarə olunurlar və metaverilənlər də daxil
olmaqla bütün informasiyanı özlərində saxlayırlar. Viki-səhifələrin yaradılmasında istifadə
olunan proqramlaşdırma dili HTML dilinə yaxındır. Mətnlər Apache HTTP serverlərdə
saxlanılır.
Vikipediya layihəsi dünyanın müxtəlif ölkələrindən könüllülır tərəfindən
göndərilən ianələr hesabına maliyələşir. Vəsait əsasən serverlərin yerləşdirildiyi
binaların arendasına, istifadə olunan elektrik enerjisinə, texniki xidmət işçiləri üçün
nəzərdə tutulmuşdur.
Vikipediya GNU FDL - azad sənədlərin lisenziyası (GNU Free Documentation
License) əsasında işləyir. GFDL lisenziyasına əsaslanaraq Vikipediya müxtəlif mövzuda
(elmi, mədəni, tarixi, siyasi və s.) ensiklopedik məqalələrin yaradılmasına və azad
yayılmasına imkan yaradır. GFDL lisenziyası Vikipediya materiallarının istənilən şəxs
tərəfindən və istənilən kimi istifadə etməyə icazə verir, bir şərtlə ki, ilkin müəllif göstərilir
və materiallar bu lisenziyanın şərtləri üzrə yayılır. GFDL kopileft-lisenziya olub, azad
proqram təminatı fondu tərəfindən işlənmişdir.
Qeyd: Hüquqların “irsən keçməsi” prinsipi “kopileft” (copyleft) adlanır və Riçard
Stollmen tərəfindən düşünülmüşdür.
Vikilayih
ə
l
ə
r
İnformasiya yalnız ensiklopedik məqalə şəklində daxil edilmir. Odur ki, Vikipediyada
digər layihələr də mövcuddur:
VikiLüğət (http://www.wikiionary.org/wiki/) – izahedici məqalələr, tezaurus və
tərcümələrin saxlandığı müxtəlif dillərdə hazırlanan qrammatik lüğətdir.
VikiKitablar
(http://www.wikibooks.org/wiki/)
– elektron kitabların birgə
hazırlanması layihəsidir. İdeyaya görə azad tərtib edilən kitabların xüsusi yeri olmalıdır.
Hal-hazırda bunlar çox da böyük olmayan məqalələrin yığımıdırlar, lakin gələcəkdə
informasiya çoxaldıqca onların bir yerə yığılaraq kitab halında təqdim olunması gözlənilir.
VikiVersitet
(http://en.wikiversity.org/wiki/Wikiversity:Main_Page)
–
Viki
universitetdir. Pulsuz dərs vəsaitləri və kursları təqdim edən on-layn cəmiyyətdir.
VikiXəbərlər (http://www.wikinews.org/wiki/) – ensiklopediya kontekstində cari
hadisələr daxil edilir.
VikiNövlər (http://www.wikispecies.wikimedia.org/wiki/) – bioloqlara aiddir. Hər bir
canlı təbii ki, öz səhifəsinə malik olmalıdır.
VikiAnbar (http://commons.wikimedia.org/wiki/) – şəkillərin, səslərin, videonun və
s. bu kimi informasiyaların saxlandığı qlobal xəzinədir. Commons layihəsi qlobal
olduğundan onun dil prinsipinə əsasən bölünməsi vacib deyildir. Commons layihəsinin
əsas vəzifəsi şəkil, səs və video-faylların bir bazada yığılmasıdır.
VikiSitatlar (http://www.wikiquote.org/wiki/) – aforizmlər, qanadlı ifadələr, məşhur
adamların söylədikləri. Mənbəsi göstərilmiş sitatları müəllifin icazəsi olmadan istifadə
etmək mümkündür.
VikiMənbə (http://wikisource.org/wiki/) – müəllif hüquqlarının qorunması haqqında
qanunların aid edilmədiyi mətnlərin, nəşr olunmuş kitab və məqalələrin saxlandığı şəbəkə
kitabxanasıdır. Müəllifin icazəsi olmadan onun əsərinin Vikipediya layihələrinə daxil
edilməsi qadağandır.
Meta-Wiki (http://meta.wikimedia.org) – viki-layihələri idarə edən və nəzarətdə
saxlayan əsas əlaqələndirmə komissiyasıdır.
KitabYurdu.az
25
Dostları ilə paylaş: |