post işləri
; b) istehsalat sexlərində (şöbələrində) görülən işlər -
hazırlıq işləri
.
Post işlərinə sökmə - yığma, bərkitmə, nizamlama, diaqnostika və bir sıra köməkçi işlər
daxildir. Bu işlər cari təmirin ümumi iş həcminin 39-57%-ni (avtomobilin tipindən asılı olaraq)
təşkil edir. Avtomobilin kabinəsində, kuzovunda, banında, təkərlərində baş vermiş imtinaların
aradan qaldırılma işləri də işçi postlarda aparıldığı üçün post işlərinə daxildir. Cari təmirin iş
həcminin qalan hissəsi işlərin xarakterindən asılı olaraq istehsalat sexləri (isti, kuzov, əsas
şöbələr) arasında paylanır. Hazırlıq işlərinin ən böyük hissəsi aqreqat və çilingər-mexaniki
şöbələrin payına düşür.
Şəkildə (avtomobil nəqliyyatı üçün) cari təmirin texnoloji prosesinin sxemi verilmişdir.
Sxemdən göründüyü kimi aqreqat və mexanizmlərin əvəz edilməsi üçün aparılan sökmə-yığma
işlərindən başqa, avtomobil üzərindən çıxarılmayan və imtinası (nasazlığı) olan sistemlərin və
qovşaqların işləmə qabiliyyətini bərpa etmək üçün onlar qismən (natamam) sökülürlər. Belə
xarakterli işlər avtomobildən çıxarılan aqreqatlarda və mexanizmlərdə də yerinə yetirilir.
Aqreqatlar, mexanizmlər, sistemlər və qovşaqlar o halda avtomobilin üzərindən çıxarılır ki,
həmin elementlərdə baş vermiş imtinalar və nasazlıqlar postlarda aradan qaldırıla bilmirlər.
Texniki qulluğun hər hansı növünü yerinə yetirməzdən əvvəl nəqliyyat vasitəsini
(avtomobili) hazırlamaq lazımdır. Bu isə ondan ibarətdir ki, avtomobildə yığışdırma, yuma və
qurutma işləri aparılmalıdır. Bununla avtomobilin həm xarici görünüşü texniki istismarın tələb
etdiyi səviyyəyə salınır, həm də texniki qulluqda işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsi
üçün zəmin yaranır.
Düzgün təşkil edilmiş texnoloji proses texniki qulluq (cari təmir) işlərinin minimum əmək
və material xərcləri ilə yerinə yetirilməsini təmin edir, işçilərin boş dayanma müddətini azaldır,
istehsalat sahəsinin buraxma qabiliyyətini yüksəldir və s.
Texniki qulluğun və ya cari təmirin
texnoloji prosesləri ümumilikdə istehsalat prosesini təşkil edir ki, bu proses müxtəlif təyinatlı
nəqliyyat müəssisələrində icra edilir.
Dəmir yolu nəqliyyatında təmirin tipik texnoloji prosesinə vaqonların xarici yuyulması,
onun yığma vahidlərinə və detallara bölünməsi, yuma, yağsızlaşdırma detalların
defektoskopiyası, təmiri və bərpası, düyünlərin və vaqonların yığılması, rəngləmə və s. işlər
daxildir. Bu nəqliyyat növü üçün təmir prosesi bir sıra göstəricilərə görə təsnif edilir: a) təmir
olunan hissələrin saxlanılma göstəricilərinə görə; b) yerinə yetirilən işin xarakterinə və təyinatına
görə; c) planlaşdırma göstəricisinə görə; q) reqlamentin yerinə yetirilməsinə görə; d) təmirin
təşkilinə görə.
Vaqonların təmir periodikliyi Nəqliyyat Nazirliyinin normativləri əsasında qəbul edilir.
83
Avtomobilin müxtəlif xarakterli texniki təsirlər altında boş dayanma müddəti istehsalın
qabaqcıl texnika və texnologiya əsasında təşkil edilməsindən asılı olduğu kimi, konstruksiyanın
təmirə yararlığı xüsusiyyətlərindən də (əlverişlilik və unifikasiya dərəcəsi, qarşılıqlı əvəz olunma
qabiliyyəti və s.) asılıdır. Birinci avtomobil nəqliyyatı işçiləri (istismarçılar), ikinci isə avtomobil
sənayesi işçiləri (layihəçilər və texnoloqlar) tərəfindən düzgün nəzərdə tutulmalıdır.
|