4.Sosial xarakterli fövqəladə hallar - peşə əlamətinə, dini əlamət üzrə , kütləvi
qayda-qanun pozuntusu üzrə olan FH-lər,
5.Hərbi-siyasi fövqəladə hallar- millətlərarası münaqişələr, müharibələr, təsadüfi
atom zərbəsinin neytral ərazidə partlamasından əmələ gələn narazılıqlar və. s.
1.4. Ekoloji xarakterli FH-lər və onların xarakteristikası.
Yerin vəziyyətinin (torpağın yer altının, landşaftın) dəyişiklikləri ilə bağlı FH-r:
- faydalı yeraltı qazıntıların hasilatı və insanların digər fəaliyyəti səbəbindən yer
səthinin çökməsi, sürüşməsi, uçqunları;
- torpaqda (qruntda) yol verilən qatılıq dərəcəsindən yuxarı, agır metalların (o
cümlədən radioaktiv) və digər zərərli maddələrin mövcudluğu;
- torpağın bataqlıqlaşması, şoranlaşması, erroziyası və s.səbəbindən geniş
ərazilərin intensiv deqradasiyaya uğraması (pisləşməsi), səhralaşması;
- təbii qazıntıların (yeraltı mineralların) bərpaolunmaz tükənməsi ilə bağlı krizisli
hallar;
- sənaye və məişət tullantıları anbarlarının (zibilxanalarının) dolub-daşması
səbəbindən,ətraf mühitin оnlarla çirkləndirilməsi ilə nəticələnən kritik hallar.
.Atmosfer tərkibinin və xüsusiyyətlərinin (hava mühitinin) dəyişməsi ilə bağlı FH-
r:
- antropogen fəaliyyəti nəticəsində kəsкin hava
və iqlim dəyişkənlikləri;
- atmosferdə zərərli qatışiqların həddinin aşması;
- şəhər üzərində temperatur dəyişkənlikləri;
- şəhərdə oksigen çatışmazlığı;
- şəhər səs-küyünün yol verilən həddinin xeyli aşması;
- geniş zonalarda turşu çöküntülərinin əmələ gəlməsi;
- atmosferin ozon təbəqəsinin parçalanması;
- atmosfer şəffaflığının xeyli dəyişməsi.
Hidrosferаnin (yer üzündəki suların-okean, dəniz, göl-su mühitinin) vəziyyətinin
dəyişməsi ilə bağlı FH-r;
- su mənbələrinin tükənməsi və ya onların çirkləndirilməsi nəticəsində, içməli su
çatışmazlığı;
- təsərrüfat-məişət su təchizatının və texnoloji proseslərin təminatının təşkil
edilməsi üçün lazım olan su ehtiyatlarının tükənməsi;
- daxili dəniz və dünya okeanı zonalarının çirkləndirilməsi nəticəsində təsərrüfat
fəaliyyətinin və ekoloji tarazlığın pozulması.
Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr:
-yaşayış mühitinin dəyişməsinə həssas olan heyvan və bitki növlərinin yox olması;
-geniş ərazilərdə yerin bitki örtüyünün məhv olması;
-biosferin öz ehtiyyatlarının bərpa etmə qabiliyyətinin kəskin surətdə dəyişməsi;
-heyvanların kütləvi halda məhv olması.
1.5.Təbii xarakterli təhlükələr və onların vurduğu ziyan. Fəlakətlərin
yaranma səbəbləri.
Elmi-texniki tərəqqinin nailiyyətinə baxmayaraq cəmiyyət üçün fəaliyyət
təhlükəsi, o cümlədən də təbii fəlakətlərin törətdiyi təhlükə artmaqdadır. Təbii
fəlakətlərdən zərər çəkənlərin sayı ildə təxminən 6% artır. Bu, əhalinin sürətli
artımı və iri şəhərlərdə çox sıx halda məsunlaşması, təbii mühitin korlanması və
təhlükəli kortəbii hadisələrin güclənməsinə imkan yaranması, eləcə də bir çox
ölkələr arasında kommunikasiya və texnoloji əlaqələrin poulması ilə izah edilir.
Epidemoloji fəlakətlər üzrə Elmi-Mərkəzin(Brüssel) məlumatlarına görə,
1965-ci ildən 1992-ci ilədək dünyada təbii fəlakətlərdən 3,6 milyon insan məhv
olmuş, 3 milyarddan çox adam zərər çəkmiş, ümumi iqtisadi ziyan 340 milyard
dollardan artıq olmuşdur.
Ən çox iqtisadi itkilər törədən fəlakətlər subasma, quraqlıq və zəlzələdir;
bunlar möcud olan bütün fövqəladə hadisələrin müvafiq surətdə 32,22 və 10 faizini
təşkil edir. Bütün kortəbii təhlükələri aşağıdakı növlərə aid etmək mümkündür:
geofiziki, geoloji, meteoroloji və aqrometeoroloji, dəniz hidroloji, hidroloji
təhlükəli hadisələr, insanların infeksion, heyvanların (yolxucu) xəstəliklər və kənd
təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması.
Təbii fəlakətlər davam etmə müddətinə görə iki cür olur:
-qəflətən baş verənlər (zəlzələlər, qasırğalar,tornadolar);
-uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.)
Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar:
Təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü
ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar
əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdxili enerjinin
üzə çıxması (vulkanlar), çaylarda, göllərə, dənizlərdə suyun səviyyəsinin qalxması
(daşqınlar, sunamilər), qeyri- adi küləyin təsiri (qasırğa, uraqan, tornadolar).
Antropogen amillərlə bağlı olanlar (toz burulğanları, erroziya)
Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə
bağlı olur (yanğınlar, torpağın erroziyası, uçqunlar və s.)
2.1.
Geofiziki təhlükəli təzahürlər. Onların baş vermə səbəbləri.
Zəlzələ- ən çox dağıdıcı qüvvəyə malik, ağılasığmaz, idarə olunmaz təbbi
fəlakətdir. Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və
yaxud mantiyanın üst qatının sürüşməsi və parçalanması nəticəsində, böyük
məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və
tez yayılan fövqəladə hallara aiddir. Bu zaman ərzində təxlyə və qabaqlayıcı
tədbirlər görmək mümkün deyil. Zəlzələlərin tektonik, vulkanik, eləcə də uçqun və
bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı
zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə
toqquşması nəticəsində baş verən zəlzələ növləri olur. Tarixdə ilk qeydə alınmış
zəlzələ eramızdan 2050- il əvvələ aiddir. Son 500 il ərzində dünyada zəlzələlər
nəticəsində 4,5 milyon insan tələf olmuşdur. Titrəyişin gücü (balı) Rixter, Merkali
və s. şkalaları üzrə müəyyən edilir.
Vülkan püskürmələri- yer qatının kanalları və qatları üzərində yaranan, yer
üzərinə lava, kül, zərərli qazlar, su buxarı və dağ cisimlərini püskürən geofiziki
hadisəyə deyilir. Yer üzərində 522 fəaliyyətdə olan vulkan qeydə alınlb və
bunlardan 20-40-ı hər il püskürür. Ən çox vulkan İndoneziyada, Yaponiyada,
Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi zamanı əsas zədə yetirən faktorlar