Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   13   14   15   16   17   18   19   20   21

Digər  kitablarda,  arxiv  sənədlərində  və çap edilən  giın-
w
dəliklərdə  də  ibrahim  ağanın  vətənpərvərliyindən  müəlliflər 
ürəkdolusu söhbət  açırlar.
1920-ci  ildən  sonra  türk  dostlarının  məsləhəti  ilə  Nax- 
çıvanda İnqilab Komitəsinin sədri təyin olunan İbrahim ağa 
sonralar  ictimai  təminat  nazirinin  müavini  işləyib.  Ancaq 
1926-cı  ildən  sonra  təqib  edilib.  Mülkləri  müsadirə  olunub. 
Özünü isə həbs edib Tillisə-Metex qalasına göndəriblər. Gü­
nahsız həbs edildiyi üçün həyat yoldaşı Zivər xanım Bakının, 
Tiflisin rəsmi orqanlarına müraciət edir.  Hətta Tiflisdə Beri- 
yanm qəbulunda da olur.  Lakin bunların bir faydası  olmur. 
Onu bir təsadüf xilas edir.  Belə ki, o, Bakıda polis idarəsində 
işləyərkən  ölümdən  xilas  etdiyi  bir  nəfər  onu  bolşeviklərin 
caynağından  qurtarır.  Zivər  xanımın  dediyinə  görə,  həmin 
şəxs  məşhur  çekist  Dzerjinskinin  silahdaşlarından  imiş.  Zi­
vər  xanım  maraqlı  bir  faktı  da  söyləyirdi  ki,  Dzerjinski  ilə 
İbrahim  ağa  hələ  təhsil  illərindən  bir-birlərini  yaxşı  tanıyır­
mışlar.  Sonralar  İbrahim  ağanın  sənədlərinin  arasında 
Dzerjinskinin  ona  bağışladığı  yadigar  fotoşəkli  də  tapdıq. 
Məlum  oldu  ki,  nəyə  görə  Sovet  hökumətinin  ilk  illərində 
İbrahim  ağaya  hörmətlə  yanaşırmışlar.  Təəssüf ki,  təqiblər 
də onun  çekist dostunun ölümündən sonra  başlanıb.
Naxçıvana  körpə  balalarının  yanına  qayıdan  ibrahim 
ağa  ailəsini  yoxsulluq  içində  görüb  iş  tapmaq  üçün  Bakıya 
gedir  və  qəflətən  orada  vəfat  edir.  Onu  əmisi  oğlu  Mə­
həmməd  ağa  Şahtaxtinski  Çəmbərəkənd  qəbiristanlığında 
üç-dörd nəfərin iştirakı ilə dəfn edir.  Bir ildən sonra belə bir 
kədərli tale məşhur alim Məhəmməd ağanı da haqlayır. Onu 
Fəxri  xiyabanda  dəfn  etmirlər.  Dörd-beş  nəfər  yaxm  qo­
humu  böyük  alimi  İbrahim  ağanın  yanında  torpağa  tap­
61


şırırlar.  Mircəfər  Bağırovun  qorxusundan  heç  kim  Şah- 
taxtinskilərə yaxın  gələ bilmirdi.
Yanvarın  şaxtalı  qış  günündə  həyat  yoldaşını  itirən  Zi­
vər xanım  balaları  ilə köməksiz,  tək-tənha qalır.  Şahtaxtına 
qayıdır  ki,  balalarını  dolandıra  bilsin.  Amma  heyhat!  Daş­
ürəkli,  neobolşevizm  xülyası  ilə  havalanan  muzdur  komitə­
sinin  əlaltıları  bu  köməksiz  qadına  imkan  vermirlər.  Gənc 
ana  dəhşətli  hadisələrlə  üzləşir.  Zivər  xanım  özü  bu  hadi­
sələri  ürəkağrısı  ilə söyləyirdi.
Naxçıvan şəhərinə köçən  bu qadın çətinliklə də olsa oğ­
lanlarını  böyüdür,  ali  təhsil üçün oxumağa göndərir.  Böyük 
Vətən müharibəsi  başlayanda  oğlanları Böyükağanı,  İsasul- 
tanı  və  Kərim  ağanı  cəbhəyə  aparırlar.  Onların  hər  üçü  Ba­
kıda  ali  məktəbdə  təhsil  alırdılar.  Nə  yazıq  ki,  hər  üçü  mü­
haribədə həlak olur. Zivər xanım ömrünün sonuna kimi cəb­
həyə getmiş üç oğlunu hər gün gözləyirdi.  1980-ci ildə onlar­
da  olarkən  mənə  qəhrəman  gənc  əsgərlərə  məxsus  üç  ədəd 
gümüş  fincanları  göstərmişdi.  İbrahim  ağa Varşavada  olar­
kən  oğlanlarına  hədiyyə  almış  və  üstlərini  də  yazdırmışdı. 
Zivər xanım çörəyə möhtac olduğu  illərdə də onları  gizlədib 
saxlamışdı. Niyəsə həmin anı -  1980-ci ilin yanvarını xəfif bir 
kədərlə xatırladım.  İbrahim ağa iti ağla sahib ziyalı olmaqla 
bərabər,  həm  də  səxavətli  idi.  1919-cu  ildə  Naxçıvan  şəhə­
rində,  Cəfərqulu  xanın  həyətində  kimsəsiz uşaqlar  üçün  ye- 
timxana  açdırıb.  Öz  müasirlərinin  xatırlamalarına  görə,  ol­
duqca xeyirxah insan olub.
1918-1920-ci  illərdə  Naxçıvanı  daşnaklardan  müdafiə 
edənlərdən biri olan  ibrahim ağa sonralar Naxçıvan Muxtar 
Respublikasının yaradılmasının  da fəallarından  olub.  Onun 
ulu  babaları  qədim  Naxçıvanın  tarixində  böyük  rol  oyna­
62


mışlar.  Bir çox varislər, o cümlədən İbrahim ağa da bu tarixi 
varisliyi qeyrətlə, hünərlə davam etdirmişdir.  Yəqin ki, ziya­
lılarımızın,  elm  adamlarımızın  Şahtaxtinskilərin  fəaliyyəti
*
yolunda aparacağı  axtarışlar  ibrahim ağanın da fəaliyyətini 
açmağa  kömək edəcəkdir.  Bizim də  mənəvi  borcumuz odur 
ki,  onlardan  qalan  hər  bir  tarixi  mirası,  xatirəni,  sənədləri 
gələcək  nəsillərə çatdıraq.
63


ŞAHTAXTİNSKİLƏRİN HƏRBİ FƏALİYYƏTLƏRİ
NAXÇIVAN TARİXİNDƏ
Qafqaz tarixini araşdırarkən aşkar olur ki,  bu regionda 
baş  verən  siyasi  və  iqtisadi  proseslərin  hamısında  Naxçıvan 
müəyyən  dərəcədə  iştirak  edib.  1828-ci  ildən  sonra,  yəni 
Naxçıvan xanlığının işğalından üzübəri naxçıvanlılar Rusiya 
imperiyasının  bütün  qoşun  birləşmələrinə hərbi  xidmətə ça­
ğırılıblar. Çar ordusunda olan hərbçilərin qısqanclığına bax­
mayaraq,  Naxçıvanın  mətin,  qorxmaz,  cəsur  və  bacarıqlı 
gənc  döyüşçülərinə  onların  böyük  ehtiyacı  olub.  Orduya 
çağırışa  müəyyən  qadağalar  (müsəlmanlar  üçün)  qoysalar 
da,  çox  vaxt  qaydanı  pozublar.  Çünki  Qafqaz  Avropa  və 
Asiyanı  həm  hərbi,  həm də  iqtisadi  cəhətdən  bir-birinə  bağ­
layan  körpüyə  bənzəyir  desək,  heç  də  səhv  etmərik.  Qafqa­
zın  müsəlman  xalqlarına  inanmayan  çar  hökuməti  yanıl­
dığını başa düşdü.  Müsəlman qafqazlı  döyüşçülərdəki  hərbi 
bacarıq  fıtrətən  olduğundan  onların  döyüş  cəbhələrindəki 
məharəti çar generallarını heyrətə gətirirdi.  Belə döyüşləri ilə 
fəxr  edilən  qədim  oğuz  türklərindən  biri  də  Şahtaxtinskilər 
nəsli  idi.
Tariximizdə  onların  mənşəyi  haqqında  xeyli  maraqlı 
məlumatlar  vardır.  Hələ  Atabəylər  dövləti  zamanından  bir 
qədər əvvəlki yüzilliklərdə də qədim Şahtaxtı  kəndində məs­
kunlaşıblar.  Əksər  tarixi  sənədlərdə də yazılıb ki,  onlar çox- 
çox  qədimlərdən  Naxçıvanın  sakinləridirlər.  Naxçıvan  xan­
lığı  zorla  Rusiyaya  ilhaq  edildikdən  sonra  Şahtaxtinskilər 
hər  bir  sahədə  olduğu  kimi,  hərbi  işlərdə  də  öndə  gediblər. 
Şahtaxtinskilər çar Rusiyasının  Qafqaz uğrunda apardığı və 
tarixdə  "Qafqaz  müharibələri"  adı  ilə  məşhur  olan  döyüş-
64


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə