N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə142/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   137   138   139   140   141   142   143   144   145

cavab  verən  dövlət  mədəniyyət  siyasəti 

elmin,  təhsilin, 

incəsənətin,  idarəetmənin,  uğurlu  daxili  və  xarici  siyasətin 

tərəqqisi  naminə,  “yuxandan”  (dövlət  qurumları)  və  “aşağıdan” 

(professional  qeyri-hökumət  təşkilatlan,  alimlərin  tədqiqatları) 

gələn  yeniliklərin  həyata  keçirilməsi  üçün  əlverişli  şərait 

yaratmalıdır.

Azərbaycan  Respublikasının  mədəniyyət  siyasəti  intellektual, 

mənəvi,  bədii  mədəniyyətlə  yanaşı,  şəxsiyyət,  ailə  və  cəmiyyət 

mədəniyyəti,  tibb  və  ekologiya,  məişət  və  ünsiyyət,  siyasət  və 

istehsalat,  insan  hüquqlan  və  mədəniyyət  hüquqlan,  sülh 

mədəniyyəti,  gender  mədəniyyəti,  demokratiya  və  vətəndaş 

cəmiyyəti  mədəniyyəti,  istehlak  və  ictimai  münasibətlər,  mədəni 

münaqişələrin  aradan  qaldırılması 

mədəniyyətinin  inkişafi 

problemlərini  daima  diqqət mərkəzində  saxlamalıdır.  Mədəniyyət 

siyasətinin  həyata  keçirilməsini  təmin  edən  mədəni  inkişafin 

idarəolunması  isə  üç  əsas  problemlə  bağlıdır:  sosial-mədəni 

inkişafın  srateji  istiqamətlərinin  müəyyən  edilməsi  və  dövlət 

prioritetlərinin  təsdiq  olunması;  ruhi-mənəvi,  intellektual  və 

maddi  mədəniyyətin  müxtəlif  sahələri  üçün  mütəxəssislərin 

hazırlanması  və  tərbiyəsi,  onların  həyat  və  fəaliyyətləri  üçün 

maddi-texniki  və  sosial  şəraitin  yaradılması;  sosial-mədəni,  o 

cümlədən,  iqtisadi tərəqqinin təmin  edilməsi məqsədi ilə,  mövcud 

mütəxəssislərin  və  onların  fəaliyyətinin  nəticələrinin  effektivli 

istifadə olunması.

Demokratik  ölkələrdə  olduğu  kimi,  Azərbaycanda  da 

mütərəqqi  sosial-mədəni  siyasətin  başlica prioritetləri  -   qanunun 

aliliyi  və  təkmilləşdirilməsi,  vətəndaşlann  hüquqi  savadı, 

qanunların  icra  mədəniyyətini  təmin  edən  hüquqi  mədəniyyət, 

peşəkarlıq  və  idarəetmə  etikasını  özündə  birləşdirən  idarəetmə 

mədəniyyəti,  milli-mədəni  və  bəşəri  dəyərləri  əhatə  edən  etik 

mədəniyyət,  elm  və  yüksək  texnologiyalar,  təhsil,  maarif  və 

informasiyanin  inkişafına  yönəlmiş  intellektual  mədəniyyətlə 

bağlıdır.  Lakin  əksər səviyyələrdə mədəniyyətə müsbət münasibət 

bəslənildiyini  sübut  edən  faktlarla  yanaşı,  onu  da  qeyd  edək  ki, 

mədəniyyət  rəsmi  olaraq  islahatlar  siyahısına daxil  edilməmişdir; 

bu  da  o  deməkdir  ki,  mədəniyyət  sferasının  dövlət  səviyyəsində

429



əlavə  vəsaitlərə  və  beynəlxalq təşkilatların  fondlarına yol  tapmaq 

imkanı yoxdur.

Azərbaycan  Respublikasının  mədəniyyət strategiyası  müxtəlif 

səviyyələrdə  işlənib  hazırlanır  və  həll  edilir:  Azərbaycan 

parlamentinin  Mədəniyyət  məsələləri  üzrə  daimi  parlament 

komissiyası  və  Sosial  qanunvericilik  şöbəsi  (qanunvericilik 

planında);  Prezident  Aparatının  Humanitar  siyasət  şöbəsi; 

Nazirlər  Kabinetinin  Elm,  mədəniyyət,  milli  təhsil  və  sosial 

məsələlər  şöbəsi  (burada  büdcə  planlaşdırılır);  Mədəniyyət  və 

Turizm  Nazirliyi  mədəni  həyatın  bütün  sektorlarında  islahatların 

işlənib hazırlanması və həyata keçirilməsinə məsuliyyət daşıyır.

Mədəniyyət və Turizm Nazirliyi  səviyyəsində ikitərəfli proses 

gedir;  bir  tərəfdən  bu,  islahatların  işlənib  hazırlanması, 

desentralizasiya  və  dekonsentrasiya  sahəsində  müəyyən  ilkin 

addımların aülması,  digər tərəfdən isə əvvəllər müxtəlif idarələrin 

nəzdində  müstəqil  təşkilat  kimi  mövcud  olan  təsisatların  bu 

yaxınlarda  yenidən  onun  tabeçiliyinə  verilməsilə  bağlıdır.  Tarixi 

abidələr,  kinematoqrafıya və nəşriyyat komitələrinin ləğvi zamanı 

bu  cür  olmuşdur.  Bu  cür  qərarlar,  həmin  sahələrin  hamısında 

islahatların,  son  dərəcə  kiçicik  bir  fərqlə,  eyni  zamanda  həyata 

keçirilməsi  zərurətindən doğmuşdur.  Avropa Şurası  ekspertlərinin 

hesabatlannda  da  vurğulandığı  kimi,  bütövlükdə,  mədəniyyət 

konsepsiyası  çarpaz  sfera  kimi,  hələlik  Azərbaycanda  müvafiq 

əhəmiyyət  qazanmamışdır  ki,  bu  da  mədəniyyət  və  incəsənətin 

cəmiyyətdə  və  iqtisadiyyatda  daha  tam  rol  oynamaq  imkanlarını 

məhdudlaşır.  Ekspertlərin gəldiyi  qənaətlər belədir:  mədəniyyətin 

özünün  və  sabit  inkişafda,  müsbət  humanitar  artımda,  habelə 

incəsənətlə  biznes  arasında  tərəfdaşlığın  yaradılmasında  onun 

rolunun  ən  yaxşı  müdafiəsi  Mədəniyyət  və  Turizm  Nazirliyi 

tərəfindən  digər  hökumət  strukturları  ilə  münasibətlərdə  təməl 

strategiya  kimi  inkişaf  etdirilməlidir.  Bu,  aşağıdakı  nəticələrə 

gətirib çıxarmalıdır:

-  Mədəniyyətin islahatlar sektoru kimi qəbul edilməsi;

-   Mədəniyyətə  əsaslanan  sabit  inkişaf layihələrinin  qarşılıqlı 

faydalı situasiya kimi qəbul edilməsi;

430



-   Mədəniyyətin  alternativ  maliyyə  mənbələri  üçün  əlverişli 

şəraitin yaradılması;

-  Mədəniyyətin dinamik obrazının yaradılması.

Mədəniyyət  tarixi  və  nəzəriyyəsi  qədim  zamanlardan

bugünədək bəşəriyyətin sosial-mədəni inkişafının əsas mərhələləri 

və  qanunauyğunluqlarının  öyrənilməsinə  imkan  verir  ki,  bu 

mənada kulturologiya elmi  müxtəlif irq, xalq,  etnos və millətlərin 

inkişaf etdiyi  təbii  coğrafi,  bioloji,  sosial  və tarixi  şəraitlərin  dərk 

edilməsi və başa düşülməsi üçün vasitədir.  Kulturologiya müxtəlif 

xalqların  həyat  tərzi,  ənənələri,  dinləri,  psixologiyası,  sosial 

təcrübəsi  və  xüsusiyyətlərini  meydana  çıxarır,  müxtəlif  ictimai- 

siyasi  sistemlərin  üstünlüyünü  və  çatışmazlığını,  cəmiyyətin  və 

dövlətin inkişafının təşkili  və idarəedilməsi  üsullarını göstərir.  Bu 

imkanlar  hesabına  kulturologiya  indi 

dövlət  mədəniyyət 

siyasətinin vacib metodoloji  əsası olaraq qalır.  Kulturoloji  biliklər 

olmadan, 

kulturoloji 

tədqiqatlarsız, 

Azərbaycanın 

üçüncü 

minililkdə milli-mədəni  inkişaf proqramı  və layihələri  işlənmədən 



bütün  səviyyələrdə  dövlət  idarəetmə  sistemi  effektiv  ola  bilməz. 

Təbii  ki,  burada  milli  mədəniyyətimizin  mühafizəsi,  tədqiqi  və 

təbliği  məsələlərinə  xüsusi  önəm  verilməlidir  ki,  bu  istiqamətdə 

görüləcək işlərdə aşağıdakılara diqqət yetirilməsi zəruridir:

1.  Əvəzsiz və  zəngin tariximizin bizə  bəxş  etdiyi  ən  qiymətli 

miras  -   milli  mədəniyyətimiz  milli  varflığımızın  təməli  kimi 

dəyərləndirilməlidir.  Mədəni  fəaliyyət  sahələrindəki  hər  bir 

ixtisasda  aparılan  araşdırmalar  ilk  növbədə  dağınıq,  sahibsiz  və 

yox  olma  təhlükəsində  olan  bütün  mədəniyyət  ünsürlərinin 

sistemli bir formada toplanmasını təmin etməlidir.

2.  Milli  mədəniyyətimizin  mühafizəsi  -   zəruri  ikinci 

prinsipdir.  Bir  yandan  milli  mədəniyyət  ünsürləri  və  fəaliyyət 

sahələrinin  dəqiq  və  etibarlı  səviyyədə  qorunmasına  diqqət 

edilirkən, 

digər 

yandan 


yabançı 

mədəniyyətlərin 

milli 

mədəniyyətimizə mənfi təsirinin qarşısının alınması üçün tədbirlər 



görülməlidir.

3.  Milli  mədəniyyətimizin  yayılması  üçün  görüləcək  işlər  və 

tədbirlər  böyük  bir  önəm  daşmaqdadır.  İnformasiya  və  mətbuat 

vasitələri,  bütün  radio  və  telekommunikasiya  vasitələri  bu

431



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə