AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI…
19
bir mahiyyət çaları yaradır. Əlbəttə, fərqlən-
mək istedadın bəhrəsidir. İstedad isə ədəbi-
nəzəri kontekstdə hərtərəfli filoloji biliyə yiyə-
lənmək, müəyyən ideya-estetik mövqedə da-
yanmaq qabiliyyəti, ehtiras, mübahisəyə hə-
vəs, vətəndaşlıq hissinə malik olmaq, milli
ədəbiyyatın heysiyyətini qorumağı, onun təəs-
sübkeşi olmağı bacarmaq deməkdir...
Aydının tənqidində 70–80-ci illərin ön-
cül tənqidinə xas olan bu cəhətlər cəmlənmiş-
di. Aydın bir tənqidçi kimi narahat və axtarıcı
qələm əhlindən idi. Aydın Məmmədov bir tən-
qidçi kimi bədii mətnin, materialın cövhərini
üzə çıxarmağı bacarır, bədii mətnin müəlli-
finin belə duymadığı, ağlına gəlmədiyi gizli
qatları aşkarlayır, özünün yozumlarını, şərhlə-
rini inandırıcı hərarətlə, qeyri-adi məntiqlə or-
taya qoyurdu, ədəbi janrların mahiyyətinə var-
maqla prosesin istiqamətini müəyyənləşdirirdi.
Belə ki, Aydını bir tənqidçi kimi maraq dairə-
sinə daxil olan məsələlərdən ən mühümü ayrı-
ayrı janrların – 60–80-ci illər şeirinin, nəsrinin
ədəbi prosesdəki canlı inkişafını izləmək,
ümumiləşdirmək, ümumidə xüsusinin, xüsu-
sidə ümuminin yerini və əhəmiyyətini dürüst-
ləşdirmək, poeziyanın, nəsrin inkişaf perspek-
tivlərini proqnozlaşdırmaq dururdu. Onun yu-
xarıda adlarını çəkdiyimiz «Zamanla səsləşən
şeirlər sorağında» (I və II məqalələr), «Bugün-
kü nəsrimizin poetik mənzərəsi», «Nəsrin çə-
tin yolları, tənqidin dolanbacları», «Ən gənc
nəsrimizin poetik mənzərəsi», ümumiyyətlə
«Sözümüz eşidilənədək» kitabında toplanan,
həmçinin ora düşməyən bir sıra məqalələri,
icmalları, dialoqlarında Azərbaycan poeziyası-
nın, nəsrinin yeni mərhələdəki vəziyyəti, proq-
ressiv və reqressiv cəhətləri ətraflı təhlil olu-
nur, inkişaf meyilləri qiymətləndirilir, dövrün
ədəbi həyatı üçün mahiyyətli, mənalı və xeyirli
olan inandırıcı elmi-nəzəri mülahizələr irəli
sürülürdü.
Məsələn, «Zamanla səsləşən şeirlər sora-
ğında» məqalələri 60–70-ci illər ədəbi prosesi-
nə həsr edilmiş tutarlı, faktlarla zəngin, ümu-
miləşdirmələrlə süslənmiş və dediyimiz krite-
riləri ehtiva edən səciyyəvi bir əsər təsiri ba-
ğışlayır. Burada, tənqidçi təəssüratı yoxdur,
elmi-nəzəri məntiq və təhlil, poeziyanın im-
kanlarının estetik dərki, poetik təfəkkürdə ən-
ənə və novatorluq problemi, ənənəviçilik və
formal novatorluğun təzahürləri, «şeir axını»
və mənasızlıq, şeir axınının həqiqi poeziyanı
sıxışdırmaq təhlükəsi, istedadla istedadsızın
tənasübünün estetik zövqə vurduğu ziyan və s.
tənqidçini ciddidən-ciddi düşündürür, poetik
təsərrüfatda baş verənlərin səbəblərini tapma-
ğa və bunların necə aradan götürülməsinin
yollarını aramağa çalışır.
Aydın Məmmədovu bir düşüncə sahibi
kimi şeirdə sənətkarlığın aşağı düşməsi, ədəbi
tənqidin şeir təsərrüfatı ilə lazımınca, dəyərincə
məşğul olmadığı, konyunktur resenziyaların ya-
zılması, poeziya, eləcə də digər ədəbi janrlar haq-
qında yazılan yaxşı məqalələrin kəmiyyətcə
azlığı, şair və yazıçı şəxsiyyətinin təzyiqi qarşı-
sında tənqidçi dözümsüzlüyü narahat edirdi.
Aydın tənqidində müasirlik kateqoriya-
sının şərhinə və bu kateqoriyanın prinsipləri
ilə bədii mətni təhlilə xüsusi önəm verirdi.
Aydının tənqidində müasirlik kateqoriyasının
əsas, başlıca komponentləri əksini, izahını tapa
bilir. O, müasirliyi aktuallıqla eyniləşdirməyi,
hər iki estetik kateqoriyadan sənətkarlığın zə-
rəri hesabına sui-istifadə etməyi o dövrün ədə-
biyyatının ən yaralı yeri sayır və bədii ədəbiy-
yatın sənətkarlıq məsələlərini, tədqiqini hər iki
estetik kateqoriya ilə vəhdətdə aparır, müasir-
liyin əsas ideya-estetik mündəricəsini açır. Be-
ləliklə, Aydın bir tənqidçi kimi məqalələrində
günün estetik tələbləri mövqeyindən konsep-
tuallığı həmişə nəzərdə saxlayır, tənqiddə mü-
şahidə edilən fəaliyyətsizliyi, kəsərsizliyi, bi-
ganəliyi heç cür qəbul eləmir, tənqidi tənqid
atəşinə tutur...
Aydının tənqidində (mən bu ifadəni dönə-
dönə işlətməkdə məqsədim odur ki, bildirim ki,
2 *
QURBAN BAYRAMOV
20
həqiqətən də, Aydının spesifik, Aydına məx-
sus tənqidi mövcuddur) bir cəhət də diqqətçə-
kəndir. Dilçi-linqvist, türkoloq-alim Aydınla,
ədəbi-estetik kateqoriyalarla düşünən tənqidçi
Aydının düşüncə tərzinin ortaq məxrəcə gəl-
məsi, birinin digərini uyarlıqla tamamlama-
sıdır. Dilçi Aydınla tənqidçi Aydının birləşən
müşahidə və mühakimələri ayrı-ayrı ədəbi-
estetik problemlərin əsaslı, obyektiv şərhinə,
təhlilinə etibarlı estetik zəmin hazırlayır. Elə
bir zəmin ki, xarakter, qəhrəman, forma və
məzmun, yazıçı mövqeyi, aktuallıq və müasir-
lik, bədii dil və sənətkarlıq problemlərinin
düzgün, dürüst, səviyyəli tədqiq və təqdimini
təmin edir.
Belə ki, Aydının bədii fikrimizin, ədəbi
məhsulumuzun təhlilinə və tənqidinə həsr
edilmiş məqalələr silsiləsi ədəbi prosesin ça-
tışan və çatışmayan cəhətlərini, uğur və nöq-
sanlarını polemik müstəvidə, nəzəri mübahisə-
lər diapazonunun genişliyi kontekstində üzə
çıxarır, onun inkişafının əsas meyillərini mü-
əyyənləşdirir, ədəbi məhsulun ümumən, küllən
elmi-nəzəri, estetik təsnifatını verə bilir, bədii
prosesə hərtərəfli və nüfuzlu müdaxilə etmək
imkanı qazanır...
Aydın Məmmədov Azərbaycan tənqidinə
ilk dəfə linqvistik modellərin ədəbiyyatşünas-
lığa – ədəbi tənqidə tətbiqini gətirənlərdən biri
oldu və hələ Avropada yeni-yeni təşəkkül ta-
pan «strukturalist poetikanın» (görkəmli ingilis
filoloqu Conatan D.Kuller) təhlil metodologi-
yasından istifadə elədi. Elə Conatan D.Kuller də
Aydının həmyaşıdı idi. Qəribədir, Aydın ədəbi
və ictimai mühitdə hamı ilə, ən cox isə özü özü
ilə debatı xoşlayardı və bu onun psixoanalitik
düşüncə tərzinin işartılarından idi... Lakin bunu
əsaslı şəkildə təsbit etməyə onun vaxtı, imkanı,
daha doğrusu, hövsələsi olmadı. Hövsələ de-
dim, Aydının həmqələm, həmməslək dostu,
yazıçı-publisist, dilçi-tənqidçi Kamal Abdulla-
nın Aydın barəsində yana-yana yazdığı esse-
sindən bir müşahidəsi yadıma düşdü. Aydının
elmdə, tənqiddə, ictimai-siyasi mühitdə, ümu-
miyyətlə, həyatında-fəaliyyətində «fatehlik» təş-
nəsi olmasını xarakter səviyyəsində yeganə ola-
raq Kamal Abdulla dürüst müşahidə etmişdi. O
vaxtkı ümumittifaq miqyasında türkoloq kimi
tanınan Aydına müraciətlə deyir: «Aydın,
qardaşım, bu sənin üçün az idimi? O dəqiqə
həvəsdən düşürdün. Bəlkə ən yaxın, ən məh-
rəm iki-üç ürək dostun xasiyyətinin belə bir
məqamını bilirdi ki, nail olduğun, fəth etdiyin
hər hansı bir şey sənin üçün yalnız o fəth
edilmə prosesi zamanı maraqlı olur. Dilçilik
artıq sənin aləmində fəth edilmişdi. Qarşıda
daha geniş və qismən yeni və yeni olduğu
üçün də son dərəcə cazibəli ədəbiyyat meydanı
açılırdı. Bu meydana yeni bir maraq və hə-
vəslə atıldın.
Yeni bir mübarizə həvəsi ilə. Bir-birinin
ardınca sanki birnəfəsə yazılmış kəskin tənqidi
məqalələrin 70-ci və 80-ci illər Azərbaycan
ədəbi tənqidinin ən gözəl nümunələri oldu.
Hamının diqqət mərkəzinə keçmişdin. Sənin
nüfuzlu tənqidçi sözünü həm qocaman sənət-
karlarımız, həm də gənc, istedadlı şair və yazı-
çılarımız, kimi nigaran-nigaran, kimi də ümid
və həvəslə gözləyirdi. Böyük bir Tərcümə
Mərkəzinə rəhbərlik sənə tapşırılmışdı və sən
də burada özünəməxsus təşkilatçılıq səliqə-
sahmanınla artıq sezilən və möhkəmlənən bir
dəst-xətt yaradırdın. Aydın, qardaşım, yavaş-
yavaş əlin-ayağın bir yerə yığılırdı, həmməs-
ləklərinlə bir mərkəzdə birləşmişdin, bu sənin
üçün az idimi?» [13].
Aydın üçün öz ömrü kimi, hər şey az idi
və bu «azlığın» labirintində o axtara-axtara,
nəyisə «fəth» etmək üçün aza-aza gedirdi,
türklər demiş «koşurdu»! Bəlkə də, onu həm-
karlarından, ürək dostlarından, onu sevənlər-
dən fərqləndirən də bu cəhəti idi. Onu sevənlər
isə var idi. Yenə də, Kamal Abdullaya istinad
edək: «Aydın Məmmədov öz məhvini özü ha-
zırlayanlardan biri oldu. Və öz fiziki məhvi ilə
qovuşmayana qədər sakitləşə bilmədi. Çox şey
qaldı ki, ona deyə bilmədim. Və deyə bilmə-
diklərimi ağır da olsa, yazmaq istədim. Aydına
Dostları ilə paylaş: |