7
Ənisim, munisim, yarım, Əzizim, Yusifim, Misrim; // Məsihim, Xızrü
zülmatım, həyatım, abi-heyvanım [6. S. 67];
Ey Yusifi-Misri ki, əzizi-dü
cahansan; //
Kənanara sən piri-giriftari unutma [6. S. 97];
Ey Həqiqi,
görmüşəm dər xab mən bir vəchi kim; //
Yusifi-Misri anı yüz vəchilən təbir
edər [10. S. 22];
Degil, ey badi-səba Misrin sipəhsalarına; //
Kim, ğəmindən
oldu ol miskin sakini – beytül həzən [6. S. 69];
Sevdigim, ömrüm, əfəndim, hey
gülüm, balım mənim; //
Könlümüzü bizə ver də,
Misrə sultan ol, yürü [8. S. 199].
Rum. Bu toponimik adı da şairlər çox işlətmişlər. Nümunələr:
Şu kafər
çeşmi gördüm istefadə; //
Ulumi andan etdim istifadə; //
Ki, ana bənzər dəxi
bir büt bulunmaz; //
Xətavü Çinü,
Rumü İstivadə [5. S. 20]. Həbibi
Rumi
xoronimini konkret ölkə adı kimi deyil, sadəcə olaraq mübaliğə məqsədilə
gözəlin gözünün nə Çində, Xətadə, Rumda, hətta ekvatorda da tapmaq
mümkün olmadığına işarə etmişdir. Çin, Rum klassiklərimizdə qədim tarixə
malik böyük ölkələr kimi tez-tez adı çəkilən toponimlərdir. Cahanşah Həqiqi
qəzəlində Rum toponimini konkret bir ölkə adı deyil, gözəlin saçının, sifətinin
təsvirində poetik üslubi vasitə kimi: Cahanı küfr ilə imanə çəkdi zülfü rüxü;
// Gətirdi Rum ilə Çinü Xəta xəracın onun [10. S. 58]; Həbəşdir kim, müsafir
Rumə düşmüş; //
Yüzün səfhəndəki ol xali-hindu? [9. S. 312);
Sərvəri
hindudur ol kim, düşdü Rum iqliminə; //
Ol siyəh xalın ki, düşmüş puyi-
xəndan üstinə [9. S. 322];
Çin cərisi sanasan kim, dutdu Rum iqlimini; //
Ta
yüzün girdinə düşdü zülfi-müşki-ənbəri [8. S. 176];
Çindən yazılıb Xətayə
namə; //
Gəh Rumdən elçi getdi Şamə [8. S. 272];
Yüz qeysər ona ğulami-
Rumi; //
Rüxsarı günəşmi, yaxsa Rumi? [8. S. 237];
Rumi-ruyində Xətai, ta
görübdür ruyi-həq; //
Cümleyi-aləm gözündə, ruyi-həqqindir nişan [8. S. 279];
Hafizlig içün du zülfi-zəngi; //
Ol Rumi rüxündə ola dəvvar [11. S. 291];
Ənəllah əhli insafi həqiçün; //
Ki Rum abdalları sidqi həqiçün [8. S. 218].
Göründüyü kimi, Xətai gözəlin çöhrəsini Rumi Rum ölkəsinin gözəlliyinə
bənzədir. «Kitabi-Dədə Qorqud»da Rum eli toponimik birləşməsi işlənmişdir.
Yəmən ölkə adına yalnız Həbibinin bir müsəddəsində təsadüf etdik:
Dürri-Nəcəf həvadən asılmış qulağinə; // Çox danə-danə nəsnə tökülmüş
ayağinə; // Hey-hey, bu nə əqiqi-Yəməndir? – dedim, dedi: Gözdən axan
cigərdəki qanundur sənin [5. S. 51]. Burada da Yəmən adı (əqiqi-Yəmən)
bənzətmədir.
Qeyd etməliyik ki, bu ölkə adlarının hamısına şifahi xalq yaradıcılığı
nümunələrində tez-tez təsadüf edilir. «Folklorda onomastika məsələləri»
kitabının müəllifi bu vahidlər haqqında yazır: «Bəzi toponimlər dastanlarda
uzaq yad elləri, yüksəklikləri böyük şəhər və ölkələri bildirmək məqsədilə
8
işlədilir» [12. S. 45–46]. O, Misir, Rum, Hələb, İsfəhan, Hind, Hindistan, Çin,
Maçin, Həbəş ölkələrinin dastanlarda işlənmə məqamlarını təhlil edir və qeyd
edir ki, «dastanlardakı toponimlərin bir qismi hadisələrin cərəyan etdiyi
məkanı ifadə etsə də, bir qismi dastanla heç bir əlaqəsi olmadan yalnız
müqayisə, bənzətmə məqsədilə işlədilir» [12. S. 45–46]. «Nəsiminin dilində
onomastik vahidləri» tədqiq edən müəllif də təxminən eyni nəticəyə
gəlmişdir: «Nəsimi Çin xoronimindən həm ağlın rəmzi kimi bəhrələnmiş,
həm də bu ölkə adını dünyanı təmsil edən bir ərazi mənasında diqqətə
çəkmişdir» [13. S. 12].
Şəhər adlarını bildirən astionimlər
Bu adların bir qismi müsəlmanların müqəddəs şəhərləri və ziyarət-
gahlarıdır, klassiklərimizdə, şifahi xalq yaradıcılığı nümunələrində (na-
ğıllarda, dastanlarda, bayatılarda) geniş dairədə işlənmişdir. XV–XVI
əsrlər bədii ədəbiyyatında da yazıçılar bu adlara dönə-dönə müraciət
etmişlər.
Məkkə və burada yerləşən
Kəbə. Hər ikisi müqəddəsdir.
Kəbə
Məkkə şəhərində yerləşən ibadətgah olsa da, dildə o böyük məkani ad kimi
müstəqil şəkildə işlənir. Füzulinin «Leyli və Məcnun» əsərində başlıqlarda
Kəbə astionim məqamındadır:
Bu Kəbədən Məcnunun müraciətidir və
vühuş ilə müsahibətidir.
Müqəddəs yer adları şairlərin qələmində müxtəlif üslubi məqsədlər
daşıyır. Kəbənin işləndiyi nümunələri nəzərdən keçirək: Hüsnün bəyani
sureyi-Yasınü haləta; // Ey Kəbeyi-mübarəkü vey Mərveyi-Səfa [8. S. 36];
Aşiqin məşuq yüzüdür qibləsi, həm Kəbəsi; // Sən yüzünü şahə döndər,
qiblə divar istəmə [8. S. 158]; Vilayət Kəbəsin açdı Xətai; // Qulami-şahi
mərdandır qələndər [9. S. 160]; Sakin olmaq Kəbeyi-kuyində yegdir
dilbərin; // Hər gərəkməz yerə pərva qılduğun nə? [8. S. 194].
Xətai dilbərin kuyini – yerini Kəbə adlandırıb, hər yerə pərvaz
etməyin mənasızlığını qeyd edir, insanlıq üçün Kəbənin müqəddəsliyini,
aliliyini bir daha qeyd etmək istəmişdir. Yaxud hüsnün parlaqlığını
quranın bir surəsinə bənzədib Kəbeyi-mübarək Mərva-Səfa (Kərbəla
yaxınlığında yer adları) adlarını çəkməklə bu yerlərin müqəddəsliyini qeyd
edir, həm də insanı təmizliyə, saflığa çağırır. Bu üslubi yükə malik – poetik
fiqurlarda dərin, ibratamiz məna, müqəddəs ibadətgahlara böyük məhəbbət
vardır: Ol pəri kim, çeşmi-saqi, ləli-camimdir mənim; // Qaşı mehrabim,
yüzü beytül-həramımdır mənim [9. S. 229].