N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
babilin-en-varli-adami

BEŞİNCİ ÇARƏ 
S
əGS
 
Əmanətlərinizi daşınmaz əmlaka yatırın
 
- Əgər insan qazancının onda doqquzunu  həyatı üçün ayırırsa və 
əgər bu faizin hər hansı bir hissəsi onun rifahına zərər gətirməyəcək 
gəlirli  bir  işə  yatırılırsa,  onda  onun  var-dövləti  daha  sürətlə  artar.  - 
Arkad  tələbələri  qarşısında  beşinci  günkü  nitqinə  belə  başladı.  - 
Babildə  insanların  böyük  əksəriyyəti  öz  ailələri  ilə  birlikdə  çox  pis 
şəraitdə  yaşayırlar.  Onlar  ev  sahiblərindən  icarəyə  götürdükləri 
otaqlara  görə  böyük  pullar  ödəyirlər,  baxmayaraq  ki,  orada 
arvadlarının qadın könlünü sevindirəcək gülü yetişdirmək üçün nə bir 
guşəsi, nə də uşaqların oyun oynamaq üçün natəmiz künc-bucaqdan 
başqa bir yeri var. 
Övladlarının təmiz şəraitdə oynaya biləcəyi, qadınların isə yalnız 
gül-çiçək  deyil,  ailələrini  dolandırmaq  üçün  faydalı  tərəvəzlər  də 
yetişdirə  biləcəkləri  bir  parça  torpaqları  olmadıqca,  heç  bir  ailə 
həyatdan zövq ala bilməyəcək. 
Kişi ürəyi isə onda sevinər ki, ənciri öz ağaclarından, üzümü isə 
öz  meynəsindən  yesin.  Öz  ev-eşiyi  onun  qəlbinə  əminlik  gətirib, 
bütün başlanğıclarında ona əlavə 
51 


 
güc verər. Odur ki, hər adamın həm onu, həm də onun ailə üzvlərini 
qoruyacaq öz sığınacağının olması çox vacibdir. 
İstənilən adam, arzu etsə, öz evinə sahib ola bilər. Məgər böyük 
hökmdarımız şəhər divarlarım o qədər genişləndirmədimi? Nəticədə, 
Babildə çoxlu boş torpaqlar əmələ gəldi və onları əlverişli qiymətlərlə 
əldə etmək olar. 
Onu da deyim ki, ey tələbələrim, öz ailələri üçün torpaq və evlər 
almağa  niyyətlənən  insanların  arzularına  sələmçilər  məmnuniyyətlə 
qarşılıq  verirlər.  Əgər  tikintiyə  öz  hesabınıza  başlamaq  üçün  sizin 
kifayət qədər məbləğiniz yoxdursa, bənnaların zəhmət haqqını ödəmək 
üçün onlar sizə pul təqdim etməyə hazırdırlar. 
Evin  tikintisi  bitdikdən  sonra  isə  siz  əvvəllər  ev  sahibinə 
ödədiyiniz  kimi,  indi  də  aylığı  müntəzəm  şəkildə  sələmçiyə 
verəcəksiniz. Hər belə ödəniş sizin borcunuzu azaldacaq və bir neçə 
ildən sonra borcdan əsər-əlamət belə qalmayacaq. 
Sizin  qəlbiniz  sevinclə  dolacaq,  çünki  qiymətli  əmlakın  sahibi 
olacaqsınız  və  hökmdara  olan  vergidən  başqa  heç  nə  ödəmək 
məcburiyyətində qalmayacaqsınız. 
Xanımınız da paltar yumaq üçün bulaq başına daha tez-tez gedib, 
geri qayıdarkən isə bitkiləri sulamaq üçün tuluqla su gətirə biləcək. 
Öz şəxsi evi olan adamın bir çox üstünlükləri var. Ən əsası isə o 
öz  həyat  xərclərini  azaldıb,  öz  əyləncəsi  və  ehtiyaclarının  təmin 
olunması üçün daha artıq xərcləyə biləcək. Bu da boş pul kisəsi üçün 
beşinci çarədir: 
öz evini sahib ol.
 
52 


 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə