12
Türk-
islam mədəniyyəti abidələrinin özünəməxsus nümunə-
lərindən biri də hamamlardır. Naxçıvan şəhərinin mərkəzində
yerləşən Şərq hamamı XVIII əsrdə Şərq memarlığı üslubunda
inşa edilib. Şərur rayonundakı XVIII əsrə aid edilən Yengicə
hamamı, eyni zamanda, XVIII-XIX əsr Ordubad hamamı əhalinin
həyatında mühüm rol oynamış, yuyunma, paklanma yeri olmaqla
bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə
məkanına çevrilmişdir.
Məşhur Batabat yaylağı, füsunkar Ordubad dağları, Arpaçay
vadisi Naxçıvanın turizm baxımından da böyük imkanlara malik
olduğunu göstərir. Naxçıvan şəhərindəki 5 ulduzlu “Təbriz” və
“Duzdağ” hotelləri və digər mehmanxanalar xarici qonaqlara
Avropa standartları səviyyəsində xidmət göstərmək imkanlarına
malikdir. Bronxial astma və allergiya xəstəliklərini təbii üsullarla
müalicə edən Duzdağ xəstəxanasının dünyada analoqu yoxdur.
Naxçıvan Duz muzeyi dünyanın nadir muzeylərindən biridir.
Muxtar respublikada tarixi abidələrin tədqiqi və beynəlxalq
miqyasda təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlər
də artıq öz bəhrəsini verir. Alimlərimizin xarici ölkələrin aparıcı
elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə,
arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar
aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzu-
lar
da kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edil-
məsinə əsaslı təkan vermiş, beş minillik tarixə malik Naxçıvan
şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Aparılan
tədqiqatların nəticəsi və elmi sübutu olaraq nəşr olunan minlərlə
kitab və ensiklopediyalar da Naxçıvan tarixi ilə yanaşı, həm də bu
qədim diyardakı abidələrin öyrənilməsi baxımından mühüm
əhəmiyyətə malikdir. Xüsusilə, Azərbaycan və ingilis dillərində
nəşr olunan “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan:
türk-
islam mədəniyyəti abidələri” kitabları Naxçıvandakı türk-
islam mədəniyyəti abidələri haqqında dolğun məlumat verən
dəyərli elmi ədəbiyyatdır.
13
Naxçıvan Muxtar Respublikası bütün sahələr üzrə böyük
sürətlə inkişaf edərək, sözün əsl mənasında, intibah mərhələsi
səviyyəsinə yüksəlmişdir. Regionda müasir sənaye mərkəzləri
yaradılmış, aqrar sektorun yüksək inkişafı təmin edilmişdir.
Naxçıvanın 2018-ci ilin Gənclər Paytaxtı seçilməsi burada insan
resurslarının sürətli artımı ilə bərabər, həm də ölkəmizin yeni
nəsillərinin inkişafına yaradılan geniş imkanları da nümayiş
etdirir. Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin mühüm
iqtisadi göstəricilərinə görə Azərbaycan Respublikasının region-
ları arasında birincilik qazanması burada illərdən bəri aparılan
ardıcıl quruculuq proseslərinin qanunauyğun məntiqi nəticəsidir.
Bütün bunlar nəzərə alınaraq Naxçıvanın 2018-ci ilin Gənclər
Paytaxtı seçilməsi burada insan resurslarının sürətli artımı ilə
bərabər, həm də ölkəmizin yeni nəsillərinin inkişafına yaradılan
geniş imkanları da nümayiş etdirir. Eyni zamanda İslam Ölkə-
lərinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) təklifi
ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət
nazir
lərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş
altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-
ci
il üçün İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Azər-
bay
can Respublikası Prezidenti cənab İlham Əliyev 2016-cı il 2
iyun tarixində “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədə-
niy
yətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında” sərəncam imzalamışdır.
Təşkilat Komitəsinin Tədbirlər Planına əsasən Naxçıvan
Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar
Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” rəsmi internet
səhifəsi yaradılmışdır. “İslam mədəniyyətinin paytaxtı Naxçıvan
–
2018” loqotipinin təqdimatı olmuş, Naxçıvan şəhərinin İslam
mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suve-
nir
lər, zərf və poçt markaları, kitablar hazırlanmışdır. “Naxçı-
vanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə”
beynəlxalq konfransı isə Naxçıvan Muxtar Respublikası ərazisin-
14
dəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğin-
də yeni mərhələnin əsasını qoymuşdur.
Bu
bir reallıqdır ki, bəşər sivilizasiyaları arasında İslam sivi-
li
zasiyasının daim xüsusi yeri olub. Ümumiyyətlə, İslamın geniş
yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün
olmazdı. İslamın yayılması həm də mədəni ənənə və elmlə
bağlıdır.
D
ünyanın çox böyük coğrafi ərazisini əhatə edən İslam dün-
yasında bu gün yüzlərlə şəhər mövcuddur. Bu şəhərlər arasında
əhalisinin sayına, infrastrukturuna görə diqqəti cəlb edənləri də az
deyil. Lakin həmin şəhərlərin əksəriyyəti “İslam mədəniyyətinin
paytaxtı” kimi şərəfli bir ada hələ də layiq görülməyib. Naxçıvan
şəhəri isə tarixiliyi, zəngin mədəniyyəti və bütün istiqamətlər
üzrə həyata keçirilən quruculuq işləri nəticəsində “İslam mədə-
niy
yətinin paytaxtı” adına layiq görülüb.
Bu da həqiqətdir ki, İslamın mədəni göstəricilərindən biri
kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazıl-
ma
yıb. İnanırıq ki, 2018-ci ildən başlayaraq İslam dünyasında
yazılacaq kitablarda Naxçıvanın adı daha çox qeyd olunacaq.
Çünki tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri
kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyəti-
nin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında
özünəməxsus rol oynayıb. Bu ənənəni İslam mədəniyyətinin
paytaxtı kimi daha böyük əzmlə davam etdirəcək.
Naxçıvanın İslam mədəniyyətinin və gənclərin paytaxtı
olması həm də keçmişlə gələcək arasında sağlam körpü, nəsillər-
arası qırılmaz mənəvi bağlar deməkdir. Sağlam milli-mənəvi və
dini dəyərlər, dövlətçilik və vətənpərvərlik ideyaları əsasında
yetişən gəncliyin firavan gələcəkdən xəbər verməsi deməkdir.
Hər iki status qoca Şərqin qapısı olan Naxçıvanın qədim tarixinin,
özünəməxsus mənəvi dəyərlərinin, füsünkar təbiətinin, müasir
inkişaf tarixinin tanıdılması, müasir şəhərsalma mədəniyyəti və
m
emarlıq üslubuna malik olan muxtar respublikanın turizm
potensialının nümayişi baxımından yeni imkanlar yaradır.
Dostları ilə paylaş: |