Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 07 noyabr 2010-cu
il tarixdə keçirilmiş seçkilərin yekunlarının rəsmi dərc
edilməsi haqqında
Q Ə R A R I
04 sentyabr 2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin Fərmanı ilə IV Çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə
seçkilər təyin edildikdən sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki
Komissiyası tərəfindən “Dördüncü çağırış Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim
Planı” hazırlanıb təsdiq olunmuşdur. Seçki komissiyalarının bütün fəaliyyəti
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan
Muxtar Respublikasının Qanununa və təsdiq olunmuş təqvim planına uyğun
təşkil olunmuşdur.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan
Muxtar Respublikasının Qanununun 27.1-ci maddəsinə uyğun olaraq muxtar
respublikanın ərazisində seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla 45
seçki dairəsi təşkil edilmiş və Qanuna müvafiq olaraq seçki gününə 55 gün
qalanadək dairə seçki komissiyalarının tərkibi müxtəlif siyasi partiyaların və
ictimai təşkilatların irəli sürdükləri bitərəf namizədlər sırasından püşkatma yolu
ilə müəyyən edilmişdir. Dairə seçki komissiyaları fəaliyyətə başladıqdan sonra
Qanunun 32-ci və 33-cü maddələrinə müvafiq olaraq seçicilərin sayını və onların
rahat səsvermələrinin təmin olunmasını nəzərə alaraq seçki gününə 35 gün
qalanadək 292 seçki məntəqəsini, 30 gün qalanadək isə hər biri 5 nəfərdən ibarət
olmaqla müxtəlif siyasi partiyaların və ictimai birliklərin yerli təşkilatlarının,
həmçinin seçicilərin yaşayış yeri üzrə təşəbbüs qruplarının təqdim etdikləri
bitərəf nümayəndələri təmsil etməklə məntəqə seçki komissiyalarının
tərkiblərinin formalaşdırılmasını başa çatdırmışlar.
Seçki komissiyaları otaqlar, rabitə vasitələri, texniki avadanlıqlar, və lazımi
inventarlarla təmin olunaraq onlara tələb olunan bütün sənədlər, dəftərxana
ləvazimatları, əşyalar, təlimat, izah, qaydalar, əsasnamələr, və digər metodiki
vasitələr verilmişdir.
Mərkəzi Seçki Komissiyası tərəfindən dairə və məntəqə seçki komissiyaları
üzvlərinin maarifləndirilməsi məqsədilə seminar-müşavirələr keçirilmiş, hüquqi,
metodiki, texniki-təşkilatı köməklik göstərilmiş, seçici siyahıları, seçki bülletenləri
və digər lazım olan sənədlər vaxtında hazırlanıb çatdırılmışdır.
Ali Məclisə seçkilər üzrə deputatlığa namizədliklərin irəli sürülməsi
kampaniyası da uğurla həyata keçirilmiş, onlar üçün heç bir süni əngəllər
yaradılmamışdır. Bu seçki hərəkətləri nöqsansız yerinə yetirilmiş Mərkəzi Seçki
Komissiyasına heç bir şikayət daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinə seçkilər üzrə namizədliyini irəli sürmək istəyən 141 nəfər müvafiq
seçki komissiyalarına tələb olunan sənədləri təqdim edərək imza vərəqələri
götürmüş, onlardan 140 nəfəri Qanunla müəyyən olunmuş müddətdə imza
vərəqələrini və onlara əlavə olunan digər sənədləri dairə seçki komissiyalarına
təqdim edərək namizədlikləri qeydə alınmışdır. Onlardan partiya mənsubiyyətinə
görə 78 nəfəri – YAP-nı, 42 nəfəri - bitərəf, 7 nəfəri – BQP, 8 nəfəri – BAXCP, 2
nəfəri - Ümid Partiyasını, 3 nəfəri isə AXCP-ni təmsil edirdilər.
Seçki günü səsvermənin gedişi zamanı seçicilərin rahat səs vermələri təmin
olunmuş, vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı nə namizədlər, nə
seçkiləri müşahidə edən şəxslər nə də seçicilər tərəfindən Mərkəzi Seçki
Komissiyasına heç bir şikayət daxil olmamışdır.
ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar bürosunun üzun
müddətli
müşahidəçiləri
seçkilərə
start
veriləndən
Naxçıvan
Muxtar
Respublikasına gəlmiş olduqları iki ay müddətində muxtar respublikanın bütün
seçki ərazilərində qapalı məntəqələrdən tutmuş ən ucqar bölgədə yerləşən seçki
məntəqəsində müşahidə aparmış, seçki başa çatdıqdan sonra əlavə olaraq 1
həftədə Naxçıvanda qalaraq, əhalinin yeni seçilmiş namizədə olan münasibətini
öyrənmişlər.
Seçkilərə üç gün qalmış isə ATƏT-in 18 nəfərdən ibarət qısa müddətli
müşahidəçiləri, MDB Parlament Assambleyasının 6 nəfərdən ibarət qrupu
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya səfirliyinin 7 nəfərdən ibarət
nümayəndələri və eyni zamanda müxtəlif müxalifət partiyalarının Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınaraq Naxçıvan
Muxtar Respublikasının bütün seçki ərazisində müşahidə aparmaq statusu olan
32 nəfərlik müşahidəçiləri demək olar ki, muxtar respublikanın bütün seçki
ərazisində səsvermə prosesini izləmişlər. Qazaxıstan dövlətinin Mərkəzi Seçki
Komissiyasının sədri isə 4-9 noyabr tarixlərində Naxçıvanda olmuş dairə və seçki
məntəqələrində müşahidə apararaq, seçkilərə hazırlıq, səsvermə prosesi və
seçkidən sonrakı vəziyyətlə maraqlanmışdır.
Qeyd olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin
gedişini müşahidə etsələr də, həm Milli Məclisə, həm də Ali Məclisə seçkilər üzrə
səsvermə eyni yerdə olduğu üçün onlar Ali Məclisə seçkiləri də müşahidə etmiş,
və heç bir nöqsan və ya seçki pozuntusu qeydə almamışlar. Seçkilər başa
çatdıqdan sonra Qanuna uyğun olaraq, səsvermənin bitməsi elan olunmuş və
məntəqə seçki komissiyalarında maraqlı olan Seçki Qanununa əsasən, səlahiyyətli
şəxslərin iştirakı ilə şəffaf seçki qutuları açılaraq bülletenlər hesablanmışdır. Bu
proses başa çatdıqdan sonra səsvermənin nəticələri barədə məntəqə seçki
komissiyalarının protokolları tərtib edilmiş və təxirə salınmadan müvafiq dairə
seçki komissiyalarına təqdim olunmuşdur. Dairə seçki komissiyalarında məntəqə
seçki
komissiyaları
tərəfindən
təqdim
olunmuş
protokol
göstəriciləri
ümumiləşdirilməklə Dairə Seçki Komissiyalarının protokolları tərtib olunmuş və
ona əlavə olunan digər sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim
olunmuşdur. Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyaları tərəfindən
təqdim olunan protokolların və digər seçki sənədlərinin qəbul olunması Seçki
Qanununa uyğun olaraq fasiləsiz həyata keçirilmişdir. Naxçıvan Muxtar
Respublikası Mərkəzi Seçki Komissiyası 45 seçki dairəsinin dairə seçki
komissiyaları və onların tərkibində təşkil edilmiş 316 seçki məntəqəsinin məntəqə
seçki komissiyaları tərəfindən "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə
seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 89-cu və 90-cı
maddələrinə uyğun olaraq tərtib edilmiş səsvermənin nəticələrinin müəyyən
edilməsi haqqında protokolları yoxlamışdır. Tərtib olunmuş protokollar seçki
komissiyaları üzvlərinin hamısı tərəfindən imzalanaraq heç bir xüsusi rəyi qeyd
olmamışdır. Protokolların tam Seçki Qanununa uyğun tərtib olunması qənaətinə
gəlinmişdir.
Naxçıvan Muxtar Respublikasının seçki ərazisində fəaliyyət göstərən 316
seçki məntəqələrindən səsvermənin nəticələri etibarsız hesab edilmiş və ya
səsvermənin baş tutmadığı seçki məntəqələri olmamışdır.
Dairə və məntəqə seçki komissiyalarından Mərkəzi Seçki Komissiyasına
daxil olmuş protokollara əsasən, seçici siyahılarında qeydə alınmış 256317
seçicidən 174780 nəfəri, yəni 68.2 faizi seçkilərdə iştirak etmiş, seçki qutularında
olan seçki bülletenlərinin 171633 ədədi, yəni 98.2 faizi etibarlı sayılmış, 3147
bülleten, yəni 1.8 faizi etibarsız sayılmış, məntəqə seçki komissiyalarına verilmiş
256304 bülletendən 21-i seçicilər tərəfindən korlanmış, 81503 bülleten isə istifadə
edilmədiyi üçün ləğv edilmişdir.
Mərkəzi Seçki Komissiyası Muxtar Respublikada Ali Məclisə seçkilər üzrə
yaradılmış 45 seçki dairəsi üzrə 07 noyabr 2010-cu il tarixdə keçirilmiş seçkilərin
nəticələrinə dair həmin dairə seçki komissiyalarından daxil olmuş protokolları,
onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının 16-cı və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər
haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə
uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar
Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını
tərtib edərək 15 noyabr tarixdə, dairə və məntəqə seçki komissiyalarının
protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 19
noyabr 2010-cu il tarixli Qərarına əsasən, seçkilərin yekunları bütövlükdə təsdiq
edildiyindən adları aşağıda qeyd olunan deputatlığa namizədlər IV Çağırış
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşlar:
1 saylı Sədərək Seçki Dairəsi üzrə
- Qasımov Arif Mikayıl oğlu
2 saylı Heydərabad Seçki Dairəsi üzrə
- Səfərov Anar Həsən oğlu
3 saylı Maxta Seçki Dairəsi üzrə
- Həsənov Nüsrət Firudin oğlu
4 saylı Yengicə Seçki Dairəsi üzrə
- Babayev Əmir Baxşəli oğlu
5 saylı Alışar Seçki Dairəsi üzrə
- Tağıyev Asəf Tağı oğlu
6 saylı Çərçiboğan Seçki Dairəsi üzrə
- Məmmədov Məmməd Yarəli oğlu
7 saylı Aralıq Seçki Dairəsi üzrə
- Talıbov Vasif Yusif oğlu
8 saylı Düdəngə Seçki Dairəsi üzrə
- Vəliyev Musa Məmməd oğlu
9 saylı Mahmudkənd Seçki Dairəsi üzrə
- Möhbəliyev Telman Əli oğlu
10 saylı Şərur Seçki Dairəsi üzrə
- Zeynalov Azər Yadulla oğlu
11 saylı Həmzəli Seçki Dairəsi üzrə
- Məmmədova Yeganə Qurban qızı
12 saylı Yuxarı Daşarx Seçki Dairəsi üzrə
- Talıbov Tariyel Hüseynəli oğlu
13 saylı İbadulla Seçki Dairəsi üzrə
- Həsənli Oruc Qafar oğlu
14 saylı Danyeri Seçki Dairəsi üzrə
- Əliyev Alı Səfər oğlu
15 saylı Qarabağlar Seçki Dairəsi üzrə
- Quliyeva Sevda Rüstəm qızı
16 saylı Qıvraq Seçki Dairəsi üzrə
- Abbasov Fazil Süleyman oğlu
17 saylı Çalxanqala Seçki Dairəsi üzrə
- Rüstəmov Zal Abbas oğlu
18 saylı Nehrəm Seçki Dairəsi üzrə
- Niftəliyev Hüseyn Əsrafil oğlu
19 saylı Babək qəsəbə Seçki Dairəsi üzrə
- Məmmədov İsa Mustafa oğlu
20 saylı Yarımca Seçki Dairəsi üzrə
- Mirzəliyev Allahverdi Baba oğlu
21 saylı Məzrə Seçki Dairəsi üzrə
- Seyidov Mirhəşim Əhməd oğlu
22 saylı Şıxmahmud Seçki Dairəsi üzrə
- İsmayılov Səlim Teymur oğlu
23 saylı Cəhri Seçki Dairəsi üzrə
- Səfərli Hacıfəxrəddin Yəhya oğlu
24 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə
- İbrahimov Anar Adil oğlu
25 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə
- Həmzəyeva Ülviyyə Tapdıq qızı
26 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə
- Cəfərli Elman Yusif oğlu
27 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə
- Rzayeva Yazgül Həsənəli qızı
28 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə
- Əliyev İsmayıl İsrafil oğlu
29 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə
- Allahverdiyeva Aidə Məhərrəm qızı
30 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə
- Rzayev Məmməd Hüseyn oğlu
31 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə
- Məmmədov Nazim Məmməd oğlu
32 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə
- Bababəyli Nazim Səfərəli oğlu
33 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə
- Bayramov Nazim Yusif oğlu
34 saylı Şahbuz şəhər Seçki Dairəsi üzrə
- Məmmədov Rizvan Təmo oğlu
35 saylı Kolanı Seçki Dairəsi üzrə
- İsmayılov Cəbi Əziz oğlu
36 saylı Şahbuzkənd Seçki Dairəsi üzrə
- Dünyamalıyev Qoçəli İsa oğlu
37 saylı Culfa şəhər Seçki Dairəsi üzrə
- İbrahimov Qadir Abbas oğlu
38 saylı Yaycı Seçki Dairəsi üzrə
- Fərəcov Fərəc Rza oğlu
39 saylı Ərəzin Seçki Dairəsi üzrə
- Məmmədov Çingiz Sahab oğlu
40 saylı Saltaq Seçki Dairəsi üzrə
- Həşimli Hüseyn Məmməd oğlu
41 saylı Ordubad şəhər Seçki Dairəsi üzrə
- Rzayev Qürbət İsmayıl oğlu
42 saylı Ordubad şəhər Seçki Dairəsi üzrə
- Zeynalov Eldar Əhməd oğlu
43 saylı Yuxarı Əylis Seçki Dairəsi üzrə
- Cəfərli Əhəd Məmməd oğlu
44 saylı Vənənd Seçki Dairəsi üzrə
- Babayev Tofiq Süleyman oğlu
45 saylı Aza Seçki Dairəsi üzrə
- Mustafayeva İlhamə Rafiq qızı
Yuxarıda göstərilənlərə, "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə
seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 20.4-cü, 20.9-
cu, 23.3-cü, 24.1.7-ci maddələrinə və Naxçıvan Muxtar Respublikası Ali
Məhkəməsinin Rəyasət Heyətinin 19 noyabr 2010-cu il tarixli Qərarına əsasən,
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası
q ə r a r a a l ı r:
07 noyabr 2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə
keçirilmiş seçkilərin nəticələri dərc edilməsi üçün “Şərq Qapısı” qəzetinin
redaksiyasına və elan olunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinə göndərilsin.
Sədr
Məhərrəm Qasımov
Müavin
Əli Qədimov
Katib
Elnur Eyvazov
Üzvlər
Anar Kazımov
Tural Hüseynov
M.Y.
Tural Həsənov
Vahidə Bayramova
№
SQ – 8/2010
19 noyabr 2010-cu il
Dostları ilə paylaş: |