idi. O İngiltərə ilə ixtilafa səbəb ola biləcək məsələlərdə çox diqqətli və həssas davranırdı.
“Standard Oyl” prezidentin yeni siyasəti qarşısında dünya neft hakimiyyətinin əldən çıxdığını
görüncə, prezidentə qarşı olduqca sərt, lakin gizli bir mübarizəyə qərar verdi. “Standard Oyl”un baş-
ladığı bu mübarizə həqiqətən də çox qorxunc idi. Prezidentin əleyhinə başladılan mətbuat davası
xalqın Hardinq haqqındakı müsbət yönlü fikirlərinin dəyişməsinə səbəb oldu. Hardinq, sanki hər
tərəfdən çevrə içinə alınmışdır. Etimad etdiyi, güvəndiyi insanlar getdikcə onun ətrafından
çəkilirdilər. Onun öz sözləri ilə desək ətrafını bir xəyanət şəbəkəsi sarımışdı. Amerika prezidenti o
hala gəlmişdi ki, ətrafındakı insanlardan sıxılır, onlardan qaçır, hamıdan gizli xəlvət bir guşəyə
çəkilmək istəyirdi. İş o yerə gəlib çatdı ki, Amerika Birləşmiş Ştatlarının birinci şəxsi Vaşinqtonu bir
müddət üçün tərk etməyə və bütün bu təzyiqlərdən, ətrafındakı düşmən hesab etdiyi insan çevrəsindən
qurtulmaq üçün heç kimsəyə xəbər vermədən uzaqlaşmağa, heç olmasa bir müddət dincəlməyə qərar
verdi. Prezidentin getdiyi yeri hələ heç kimsə bilmirdi. Təbii ki, bir neçə yaxını istisna olunmaqla.
Bir neçə yaxınından biri “Standard Oyl”un icraedici şəxslərindən birisi olan Dauqhtery idi. Prezident
Amerika Birləşmiş Ştatların şimalına istirahət etməyə getmişdir. Lakin bu gediş onun sonu oldu.
Prezidentin yeri öyrənildikdən bir-iki gün sonra, Amerikadakı xəbər agentliklərinin və qəzetlərin
telefonları dayanmadan çalır, teleqraflar dünyanın ən uzaq məmləkətlərinə məşum bur xəbəri
çatdırırdı. Bu xəbər, Amerika prezidenti Hardinqin ölüm xəbəri idi.
Prezident nədən ölmüşdür? Gerçək əcəlin önündən heç kimsə qaça bilməz. Lakin bu vaxtsız ölüm də
normal qəbul edilə bilməz. Agentliklər və qəzetlər Hardinqin ani ölümünə zəhərli bir böcək
dişləməsinin səbəb olduğunu rəsmi olaraq bildirsələr də, ölüm anında prezidentin yanında “Standard
Oyl” neft şirkətinin məsul şəxslərindən biri olan Dauqhterynin olması, bir çox dedi-qodulara yol
açmışdır. Bu ittihamlar qarşısında isə Dauqhtery susmağa üstünlük verirdi. Lakin bu vaxt susmayan
və səsini dünyaya yayan birisi də vardı. Bu, şübhəsiz ki, prezidentin arvadı idi. O, ittiham edirdi.
Həqiqətən də xanım Hardinq keçirtdiyi bir mətbuat konfransında prezidentin bir zəhərli böcək
ucbatından öldüyünü kədərli şəkildə bəyan edən rəsmi mənbələrin bəyanatını qəti şəkildə rədd
etmişdi. Xanım Hardinq bununla kifayətlənməmiş, aləmi vəlvələyə salan bir ittihamla da çıxış
etmişdi. Bu ittihama görə, əri zəhərli bir böcək tərəfindən zəhərlənib ölməmiş, boyun əymək
istəmədiyi bir neçə şirkət tərəfindən zəhərləndirilib öldürülmüşdür. Bu iddia çox qorxunc idi.
Görəsən prezidentin arvadı hansı şirkətlərdən bəhs edirdi? Açıq aydın olmasa da Hardinqin ar-
vadının üstüörtülü şəkildə ittiham etdiyi müəssisə ərinə prezidentlik qapılarını açan şirkət, yəni
“Standard Oyl” idi.
Lakin qəribədir ki, ortaya atılan bu iddiaya və ölənin Amerika Birləşmiş Ştatlarının prezidenti
olmasına baxmayaraq, heç bir tədbir görülmədi. Rəsmi strukturlar, Amerika Birləşmiş Ştatlarının
Ədliyyə Nazirliyi sanki bu ittihamı eşitmədi və heç bir reaksiya vermədi. Bununla da, neft uğrunda
ölən milyonların sırasına bir prezident də əlavə olundu.
“ROYYAL DATÇ – ŞELL QRUP” NECƏ
QURULDU?
Neft ətrafında cərəyan edən bu qorxunc mübarizə zaman-zaman İngiltərə ilə Rusiyanı, Almaniyanı,
Amerikanı qarşı qarşıya qoymuşdur. Lakin bu mübarizədə İngiltərənin daimi rəqibi Amerika
Birləşmiş Ştatları idi.
Bugünkü İngiltərə İmperiyası əgər bu gün bir neft imperiyası olaraq qəbul edilirsə, ingilislər bunun
üçün İndoneziyada vəzifə borcunu yerinə yetirərkən dərin zəkası və bəxtinin köməkliyi ilə “Royyal
Datç” (sonradan “Royyal Datç-Şell Qrup” adını aldı) neftçıxartma şirkətinin başına keçən ser Henri
Vilhelm Aqustus Deterdinq adlı bir yəhudiyə borcludur.
Bu adam Hollandiyanın mərkəzi Amsterdam şəhərində sadə bir yəhudi ailəsində anadan olmuşdur.
Ailənin maddi durumunun o qədər də yaxşı olmaması Deterdinqin mütəmadi olaraq təhsil almasına
mane olurdu. Bütün təhsili Hollandiyada kasıb ailələr üçün açılmış olan milli məktəblərdən
öyrəndiklərindən ibarət idi. 1874-cü ildə, hələ uşaq ikən işləmək məcburiyyətində qalmışdı. Bu vaxt
Amsterdamda fəaliyyət göstərən “Tvensch Bank Wereening”in keçirtdiyi müsabiqədə iştirak etdi və
bu müsabiqəni asanlıqla qazandı. Deterdinq ilk iş fəaliyyətinə belə başladı. Deterdinq ayda 20 florin
maaşla işə başladığı “Tvensch Bank Wereening”də çalışqanlığı və kəskin zəkası ilə fərqləndi. 1888-
ci ilə qədər bu bankda çalışan Deterdinq, eyni ildə Hollandiyanın ən böyük və ən mühüm bankı olan
“Handel Matschappy Bank”ın elan etdiyi müsabiqədə iştirak etdi. Fitri zəkası və çalışqanlığı ilə gənc
Deterdinq müsabiqədən keçərək işə başladı və çalışqanlığı ilə dərhal rəislərinin nəzər-diqqətini cəlb
etdi. Onu, hələ 23 yaşında ikən bankın mühüm şöbələrindən biri olan Sumatraya müdir təyin etdilər.
Burada işə başlayan Deterdinq çalışqanlığı ilə orada da fərqləndi. Bu arada, o, Sumatrada neft
axtaran “Royyal Datç Şirkəti”nin İdarə Heyətinin sədri Kesslerin nəzəri diqqətini cəlb etdi. Kessler
ona öz şirkətində vəzifə təklif etdi. Deterdinq düşünmədən bu vəzifəni qəbul edərək, “Royyal Datç
Şirkəti”ndə çalışmağa başladı. Elə bu tarixdən də Deterdinqin taleyi dəyişdi. Təbii ki, elə bu vaxt
ingilis-holland işbirliyi halında çalışan neft şirkətlərinin də taleyi dəyişdi. Deterdinq 1892-ci ildə
“Royyal Datç Şirkəti”nin Sumatra Baş müfəttişliyinə təyin edildi. Bu təyinat, özü üçün də, şirkətin
irəliləməsi üçün də mühüm bir addım idi. 1892-ci ildən 1897-ci ilə qədər Sumatra Baş müfəttişi
vəzifəsində olan Deterdinq, şirkətin Sonda adalarındakı şöbəsinə müdir təyin edildi.
Deterdinq Penanqdakı idarəsində çalışarkən, “Royyal Datç Şirkəti”nin İdarə Heyətinin sədri Kessler
onunla görüşmək üçün qəflətən Penanqa gəldi. “Royyal Datç Şirkəti”nin və ingilis-holland birliyinin
gələcək taleyində, daha dəqiq desək, ingilis neft imperiyasının meydana gəlməsində mühüm bir rol
oynayan bu görüşdə nələrin danışıldığını dəqiq bilmirik. Lakin bununla bərabər, Kesslerin Penanqdan
mühüm qərarla ayrıldığına şübhə yoxdur. Bütün bunlara baxmayaraq, Deterdinq ilə Kessler arasında,
bir neft şirkətinin kiçik bir idarəsində cərəyan edən bu görüşün keçirildiyi anda “Royyal Datç
Şirkəti”nin kassaları bom-boşdu və şirkət iflasa uğramaq qarşısında idi.
Kessler şirkətin gələcək durumu ilə bağlı tamamilə ümidsiz idi. Bir neçə dəfə şirkəti bağlamağı da
düşünmüşdü. Lakin hər dəfə də bu fikirdən vaz keçmişdi. Kessler məhz elə bu böhranlı zamanda
Penanqa Deterdinqi görməyə getdi. Bu görüşün üstündən qısa bir müddət keçdikdən sonra şirkət
Deterdinqin tövsiyəsi ilə ciddi fəaliyyətə başladı. Bu çox cəsarətli bir addım idi və şirkət hər cür
Dostları ilə paylaş: |