Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə37/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   33   34   35   36   37   38   39   40   ...   63

tərəfinə keçə bilməzdilər. Çünki, hər iki dövlət bir çox məsələlərdə İngiltərəyə, dolayısilə Avropaya
bağlı idilər.
Vəziyyəti dəqiq müəyyənləşdirən Fransa və Belçika nü​ma​yən​də heyəti o andan etibarən İngiltərənin
tərəfini saxlamamağa qərar verdilər. Bununla da konfransda vəziyyət dəyişdi. «Standard Oyl»​un
rəhbərləri konfransın gedişindən razı idi. Çünki onlar İn​giltərə ilə Bolşevik Rusiyası arasında istər
Genuya konfransında, istərsə də konfransdan ayrı olaraq Bakı nefti üçün gizli görüşlərin keçirildiyini
bilirdi. Elə Fransa ilə Belçikaya təzyiqi də bunun üçün edirdi.
Amerika prezidentinin xarici siyasət üzrə müşaviri Huqhs açıqca hər iki dövlətə İngiltərəni
dəstəkləyəcəkləri zaman bir daha kredit verilməyəcəyini bildirdi. Hətta əvvəllər verilmiş borcların
qaytarılmasını tələb etdi. Halbuki, o dövrdə Fransa ilə Belçika Ame​rikaya olan borclarını qaytarmaq
gücündə deyildilər və bu səbəbdən də Amerikanın tərəfini saxladılar.
Fransa ilə Belçikanın bu hərəkətləri haqqında alman qəzetçi​lərin​dən Lokal Aukz yazdığı
məqalələrinin birində belə demişdir: «Fransa və Belçikanın Rapallo müqaviləsini tanımamalarına və
Genuya konfransının gedişinə mane olmalarına səbəb «Standard Oyl» şirkətidir. Şirkət sovet
hökumətinin keçirdiyi maliyyə böhranından istifadə edərək dünyanın ən zəngin neft qaynaqlarını ələ
keçirə biləcəklərinə ümid edirdi.
Amerikanın himayəsi olmasa idi Fransa və Belçika bu qə​dər açıq və cəsarətlə İngiltərənin əleyhinə
gedə bilməzdi».
Yuxarıdakı yazı da göstərir ki, artıq Genuya konfransında danışılan bütün söhbətlərin əsasını neft
təşkil edirdi. «Tayms» qəzetinin Paris müxbiri tərəfindən qəzetinə 1922-ci il mayın 7-də göndərilən
teleqrafda «Bu gün Avropa mətbuatı neft ilə dolu​dur» demişdir.
«Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» şirkətləri öz mənfeləri uğrunda müharibədən yeni
çıxmış pərişan Avropanı əzməkdə idilər. Genuya konfransının nəticələrinin müvəffəqiyyət​siz​li​yə
doğru getməsinin əsas səbəbkarı Fransa və Belçikanın ol​ması barəsində Avropa mətbuatında kifayət
qədər materiallar çap olunmuşdur. Vəziyyətin belə bir anında Fransanın nümayəndə he​yə​tinin rəhbəri
Barthou Fransa prezidenti Puankare ilə şəxsən görüşmək və izahat vermək üçün təcili Parisə yola
düşdü. Barthou Parisə hərəkət edərkən, Fransanın hava nəqliyyatı naziri Loran Epnak da qeyri-rəsmi
olaraq neft müzakirələrini davam etdirmək üçün Parisdən Genuyaya gedirdi.
Bakı neftinə qoyulmuş sərmayələrin vəziyyətini təhlil edən Dr.W.Mauther 1925-ci il martın 28-də
«Tayms» qəzetində çap etdirdiyi bir məqalədə Fransanın Bakıda işlətdiyi neft sahələrinə yatırdığı
sərmayənin miqdarı 70, Belçikanın 21, İngiltərəninki isə 172 milyon sterlinq olduğu göstərilmişdir.
İngiltərəyə qarşı girişiləcək mücadilədə Fransa və Belçika koa​lisyon yaradacaq, Amerika isə onları
həm maddi, həm də mənəvi cəhətdən təmin edəcəkdir. Həmçinin, prezident Puankare ilə gö​rüş​mək
üçün Parisə gələn Barthounu əvəz edən Loran Epnak Genuyada «Standard Oyl»un təşviqi və yardım
vədi səbəbindən Fransa və Belçika neft anlaşmasını imzaladı. O, bu münasibətlə verdiyi bəyanatda
belə deyirdi: «Əvvəla biz Fransa ilə Belçika qrupları arasında bir iitifaq yaratmaq üçün plan
hazırladıq. Bu ittifaqın məqsədi:
Müharibədən əvvəl mövcud olmuş hüququn müdafiəsi olduğu kimi, 1918-ci ildən sonra sabiq ərazi
sahiblərindən satın alınmış hüququn himayəsi.
Bu iki millətə mənsub vətəndaşlara aid neft ərazisinin müştərək işlədilməsidir».
Bu bəyanat və ittifaq İngiltərəyə, İngiltərənin neft mənfəətlə​rinə açıqca qarşı gəlmək demək idi.
İngiltərə ona qarşı edilən mü​əyyən hərəkətləri bağışlasa da, neft mövzusunda olanlara qarşı çox
amansız davranırdı. Lloyd Corc Fransa və Belçikanın «Standard Oyl»un himayəsində İngiltərəyə


qarşı cəbhə almalarından sonra müəyyən tədbirlərə əl atdı. Ancaq, elə bir nəticə əldə edə bil​mə​dilər.
Fransa neft mövzusunda «Standard Oyl»dan aldığı dəstəklə Birinci Dünya müharibəsinin birgə
iştirakçısı və müttəfiqi ingi​lis​lərə qarşı hərəkət etməyə başladı. Fransanın belə bir hərəkəti İn​giltə​rəni
hadisələrə boyun əyməyə məcbur etmişdi. Ancaq, bu De​ter​dinqin də boyun əyməsi demək deyildi.
Deterdinq heç vaxt boyun əymədiyini qısa bir müddət sonra da isbat edəcəkdi.
Deterdinqin Fransaya qarşı qurduğu planlar çox məxfi idi.
Ancaq, bu iyirmi beş ildən sonra aşkar oldu. Fransa və Belçika arasında qəbul olunmuş müştərək
qərardan sonra hər iki dövlətin nümayəndələrinin iştirakı ilə aparılmış müzakirələrinin sonunda bu
iki dövlətin zəmanəti ilə yeni bir neft şirkəti quruldu. Şirkətə rəh​bərlik o zamanlar Fransanın Ticarət
Nazirliyində neft işləri müdiri olan Pineauya (Pino) tapşırıldı.
Bütün bu hadisələr baş verərkən Rusiya bir tərəfdən «Royyal Datç-Şell Qrup», digər tərəfdən də
İngiltərənin rəsmi şəxsləri ilə gizli müzakirələr aparırkən, Genuya konfransında iştirak edən rəs​mi
nümayəndə heyəti vasitəsilə dörd dövlət arasındakı rəqabəti də qızışdırırdı.
Genuya konfransında iqtisadi müzakirələri idarə edən bolşevik nümayəndə heyətinin üzvlərindən
Rusiyanın Londondakı səfiri Krasin 1923-cü il mayın 9-da Moskvada «İzvestiya» qəzetində çap
olunmuş bir bəyanatında bu fikirləri irəli sürmüşdür: «Sovet hökuməti Azərbaycandakı neft
sahələrinin dörddə birinə qeyd-şərtsiz sahib olmalı idi. Geridə qalan dörddə üçü isə İn​gil​tərə,
Fransa, Amerika və Belçika arasında bərabər bölün​məlidir. Bu arada əcnəbi təbəəsi olan mülk
sahibləri də gözdən uzaq tutulmamalı idi». Hətta Krasin böyük mülk sahiblərinin sovet hökuməti
tərəfindən təşkili düşünülən Konsorsiuma daxil edilməsini də elan edir. Krasin mülk sahiblərini
deyərkən bolşe​vik​lərin Rusiyada hakimiyyəti əllərinə almalarına qədər mülkə sahib olanların nəzərdə
tutulduğunu açıqca bildirirdi.
«Standard Oyl»un rəhbərləri Krasinin bu bəyanatının mə​na​sı​nı anladıqları üçün çox soyuq
qarşıladılar. Çünki, onlar Bakı neftinin səhmlərinin bir hissəsini bolşeviklər iqtidara gəlmələrin​dən
sonra əldə etmişdilər. Buradan belə bir nəticə çıxırdı ki, «Stan​dard Oyl»un satın aldığı hissələrin əski
sahibləri olan No​bel qardaşlarının qədim haqları nəzərə alınmayacaqdır.
«Standard Oyl» Nobel qardaşlarına aid olan və imtiyazları Rusiyada bolşeviklərin hakimiyyətə
gəlmələrindən təxminən üç il sonra, yəni 1920-ci ildə əldə etimşdir. Əgər kommunist Rusiyası
Krasinin elan etdiyi qərarını tətbiq edərsə amerikalılar Azərbay​can​da qurulacaq Konsorsiumda yer
almayacaqları kimi, bu xü​susda hər hansı bir haq, iddia və söz sahibi də olmayacaqdılar.
Krasinin bu bəyanatı açıqca göstərir ki, İngiltərə hökuməti, xüsusilə Lloyd Corc ilə Deterdinq
rusların ortaya atdığı bu plan​dan xəbərdar idilər. Çünki, 1922-ci il mayın 2-də Genuya konfran​sının
təşkilatçıları tərəfindən qələmə alınmış və elan edilmiş me​mo​randum sovetlərin qəbul edə biləcəkləri
bir formada yazılmışdı. Burada həm də mülk sahiblərindən də bəhs olunurdu: «Sahiblər isə
bolşeviklərin milliləşdirməni elan et​mələrindən əvvəl Rusi​yada mal-mülk sahibləri olan fərdlər və
ya fərdlərdən təşkil olunmuş qruplardı».
«Royyal Datç-Şell Qrup»un rəhbərləri «Standard Oyl» ilə müttəfiqlərinə qarşı qurduqları bu plan
sayəsində Bakının neft sahələrindən yalnız ingilislər faydalana biləcəkdilər. Ancaq, ingi​lis​lər bütün
işlərini uğurla həyata keçirə bilməyə nail olsalar da, bir nöqtəni unutmuşdular. İngiltərə müttəfiqlərini
necə oyundan kə​nar​da qoymuşdularsa da, gələcəkdə Rusiyanın da onu belə bir vəziyyətə sala
biləcəyini heç ağlına gətirməmişdi.
Amerikalılar kimi fransızlar da, belçikalılar da imzalanan bu memorandumun sayəsində çıxılmaz bir
vəziyyətə düşmüşdülər. Bu dövlətlərin təbəələri Bakının neft sahələrindəki hissələrini 1918-ci ildən


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə