fəaliyyətə başladılar. Bu fəaliyyətlərin nəticəsi olaraq İranda 1950-ci ildə gələcəkdə baş verə biləcək
prosesin başlanğıcı mahiyyətində kiçik hadisələr meydana gəldi. Bu hadisələr İranın daxili quruluşu
baxımından heç də xoş niyyətli deyildi.
Neft üzündən İran açıqca hədələnirdi. Bu hədələr isə İranda ardıcıl olaraq hökumət böhranları
yaradırdı.
İranılalır Amerika siyasətinin və Rusiyanın təzyiqi ilə ingilislərlə özlərinə verilmiş olan imtiyaz
anlaşmalarını yenidən gözdən keçirmək və yeni dövrün tələblərinə uyğun tənzimləmək üçün neft
müzakirələrinə başlamışdılar.
1950-ci ildə başlayan bu müzakirələr təəssüf ki, ümidverici deyildi. Müzakirələr uzansa da, heç bir
anlaşma əldə olunmurdu. Vəziyyətin belə alınmasına ruslar səbəb olmuşdular. Ancaq ruslar üzdə
görünməsələr də pərdə arxasından agentləri və qurduqları Tudə Partiyasında təşkilatlanmış
kommunistlərin vasitəsilə mövcud hökuməti təzyiq altında saxlayırdılar. Demək olar ki, ruslar İranda
arzuladıqlarını asanlıqla həyata keçirə bilirdilər.
Neft istehsalçıları ilə İran hökuməti arasında bir müqavilənin bağlanacağı ümid edildiyi anda
gözlənilmədən elə bir hadisə baş verirdi ki, müzakirələr dayandırılır və bir müddət snra yenidən
başlayırdı.
Elə anlaşılırdı ki, ruslar İranda daimi bir hökumətin fəaliyyət göstərməsini istəmirdilər. Onlar bütün
bu oyunları da Xuzistan əyalətində və Abadanda olan neft üçün edirdilər.
Ruslar İranı narahat edən hadisələrin tərtibçiləri olan agentləri təəssüf ki, İranda fəaliyyət göstərən
hökumətlər ilə müxtəlif tarixlərdə bağladıqları müqavilələrlə bu məmləkətə soxaraq onları
mütəxəssis adı ilə rəsmiləşdirmişdilər. Elə buna görə də rus agentləri İranda sərbəst hərəkət edə
bilirdilər, yəni İranla İngiltərə arasında gedən neft müzakirələrini pozurdular.
1951-ci ildə İranda general Razmara baş nazir idi. O, sözünə düz və namuslu bir şəxs olmaqla
qərbpərəst idi və ruslara nifrət edirdi. Neft müzakirələri uğursuzluqla nəticələnəndən sonra ingilislər
baş nazir olan generalın şəxsində neft məsələsində bir anlaşmaya nail olacaqlarına ümid edirdilər.
Elə bu məqsədlə də onlar təkrar müzakirələrə başlamağa təşəbbüs etdilər. Generalın özü də
ingilislərlə dil tapmağın tərəfdarı idi və onların təklifini məmuniyyətlə qəbul etdi.
O, neftin necə təhlükəli bir maddə olduğunu da çox yaxşı bilirdi və neftin kiçik dövlətlər tərəfindən
istehsal edilə biləcəyinə inanmırdı. General bu işin ancaq beynəlxalq trestlər tərəfindən görülə
biləcəyi fikrinin tərəfdarı idi. Bu səbəblə də ingilislərlə anlaşmaq üçün təklifi qəbul etmişdi.
«Anglo Persian» şirkəti ilə İran hökuməti arasındakı neft müzakirələri dostanə bir şəraitdə başladı.
İran da, «Anglo Persian» şirkəti də uzun sürən müzakirələr zamanı bir-birilərinə hörmətlə yanaşdılar.
Müzakirələr demək olar ki, başa çatmışdı. Tərəflər bağlanacaq müqaviləni xırda detallarına qədər
dəqiqləşdirmişdilər. Sadəcə kiçik bir-iki məsələ qalmışdı.
İranın istədiyi olmuşdur, yəni «Anglo Persian» şirkəti istehsal edilən neftin 50%-ni İrana verməyi
qəbul etmişdi. Bu nəticə İran üçün fövqəladə bir nəticə idi. Əsasən bu günə qədər neft istehsalçıları
ilə İran hökumətləri arasında cərəyan edən müzakirələrdə iranlılar bundan böyük bir hissə tələb
etməmişdilər. General Razmara neft istehsalçıları ilə olan ixtilafın həll edilməsindən razı idi və
müqavilənin imzalanmasına hazırlaşırdı. Müzakirələr getdiyi müddətdə Rusiyanın İranda yaratdığı
təşkilat və agentləri də bu imzalanacaq müqavilənin əleyhinə qızğın təbliğat aparırdılar.
Bir baş nazir öldürüldü
«Anglo Persian» şirkəti ilə İran hökumətinin neft müzakirələrinə başladıqları zaman ruslar da
hərəkətə keçmişdilər. Rusiyanın İrandakı mütəxəssis agentləri İran ilə neft istehsalçıları arasında
davam edən müzakirələrin əleyhinə təbliğatlar aparmaqdan da çəkinmirdilər. Bu zaman rus qızılı
böyük rol oynamışdır. Tudəçilər ciblərindəki rus qızılları ilə məmləkətin altını üstünə çevirirdilər.
Onlar «Anglo Persian» şirkəti tərəfindən İrana verilən 20% hissənin artırılmasını istəyir və
əllərindəki imkanlardan var qüvvələri ilə istifadə edirdilər.
Onlar ingilislərin İranın tələb etdiyi neft hissəsinin artırılması təklifini qəbul edəcəklərini bir an da
ağıllarına gətirməmişdilər. Ruslar müzakirələrin İranın xeyrinə müsbət nəticələnəcəyini biləndə Tudə
Partiyasını və Fədai İslam Təşkilatını hərəkətə keçirdilər.
İranda yeni bir təbliğat başladı. Təbliğatın əsas mövzusu neftin milliləşdirilməsi idi. Rusların yeni
neft siyasətlərini ifadə edən “Milliləşdirmə” parolu bütün İranda misli görünməmiş bir təbliğat
qasırğası halında əsdi. Bir müddət sonra İranın bir çox ərazisini nümayişlər bürüdü. Xalq bir ağızdan
neftin milliləşdirməsini tələb edirdi. Ruslar bu nümayişlərlə kifayətlənməyərək ölkənin hər yerində
xalqı İngiltərənin, «Anglo Persian” neft şirkətinin İran hökumətinin əleyhinə qaldırmağa çalışırdılar.
Artıq vəziyyət o dərəcəyə çatdı ki, hökumət bağlanacaq müqavilənin imzalanmasını xalqın
sakitləşəcəyi vaxta qədər təxirə saldı.
Ruslar talesiz İranı çox uyğun şərtlərlə imzalamağa müvəffəq olacağı bir anlaşmadan və mənfəətdən
məhrum etməklə kifayətlənmir və bu məmləkətin başına yeni-yeni bəlalar gətirməyi planlaşdırırdı.
Neft müzakirələri hər iki tərəfin də arzusu və istəyi ilə xalqın sakitləşməsindən sonra təkrar davam
etdirilməsi qərarına baxmayaraq, İranda hadisələr daha da gərginləşirdi.
Tudə Partiyası ilə Fədai İslam Cəmiyyəti açıqca meydan oxuyur və hökuməti və şahı hədələyirdilər.
Hər iki təşkilat baş nazir, general Razmaranı özlərinin düşməni elan etmişdilər.
İranda rusların istədikləri vəziyyət meydana gəlmişdi. Entelijan Servis və Deterdinq də İranda öz
işlərini görürdülər. Ölkədə vəziyyətin belə məqama çatdığını görən baş nazir, general Razmara sərt
tədbirlər görməyə başladı. Yəni Tudə Partiyasının və Fədai İslam Cəmiyyətinin liderlərini həbs
etməyə məcbur oldu. Buna baxmayaraq nümayişlərin qarşısı alına bilmədi. Həbslər davam etdikcə bu
iki təşkilat yeni-yeni nümayişlər tərtib edirdilər.
Hadisələrin belə davam etməsi gələcəkdə nə vaxtsa qan tökülə biləcəyindən xəbər verirdi. 1951-ci il
martın 7-də partlayan bir tapança bu qanın axmasına səbəb oldu. Yəni general Razmara Fədai İslam
Cəmiyyətinin 25 yaşlı üzvü Abdulla Rastəşar adlı bir gəncin atdığı güllə ilə öldürüldü.
Bütün İran mətbuatı ilə birlikdə dünya mətbuatı da bu mənfur və iyrənc cinayətdən bəhs edən
məqalələr çap etdirdi. Onlar bu yazılarla cinayəti protest etsələr də nəticə dəyişmədi. Yəni neft bir
dövlət xadiminin də başını yedi və arxasında gözləri yaşlı bir cəmiyyət buraxdı.
Neft kralları cahanşümul hala gətirdikləri neft üzündən durmadan cinayətlər törədir, dövlətlərin daxili
işlərinə müdaxilə edir və bəzən də onlara boyun əyməyən dövlətlərdə istədikləri anda inqilablar və
hökumət çevrilişləri meydana gətirirdilər.
İrandakı son hadisə də bunlardan biri idi və İran dramı yeni başlayırdı. Şah Razmaranın qətlindən
sonra baş nazir postuna İranın çox dəyərli dövlət xadimlərindən biri olan Hüseyn Alanı gətirdi. Yeni
baş nazir dərhal bu cinayətlə əlaqəsi olan bir çox şəxsləri həbs etdirdi. Hökumət gördüyü sərt
Dostları ilə paylaş: |