30
müttəfiq qoşunları İstanbula girmiş, Fateh Mehmetin
fəthindən bəri ilk dəfə şəhərə düşmən əsgərinin ayağı
dəymişdi.
Bunun ardınca Osmanlı ordusu buraxılmış, tuthatut baş-
lanmış, ittihadçılar üzərində məhkəmə qurulmuş, yüksək
rütbəli şəxslər Maltaya sürgün olunmuşdular. Yalnız Sulta-
nın şəxsi mühafizləri olan yeddi yüz nəfərlik dəstə qalmış-
dı. Yunanlar Ayasoyanın qübbəsinə zəng taxmaq fikrinə
düşəndə Vahidəddin xan həmin dəstəni onlara qarşı
göndərmişdi. Parisdə keçirilən Sülh konfransında İngiltərə
və Fransa Osmanlı torpaqlarını özlərinə sərfəli şəkildə
bölüşdürməyə çalışırdılar. Bu vaxt yaranacaq erməni, kürd,
ərəb, Mesopotamiya, Suriya və Hicaz dövlətləri problemi
ortaya çıxmışdı.
“Halki Palas” otelində yerləşəndən sonra gəminin Batu-
ma yola düşəcəyi günü gözləməyə başladı. Elə onda da
Əhməd bəy Ağaoğlunun həbs edildiyini öyrəndi. Əhməd
bəy İstanbul Darülfünununda müəllimlik eləyirmiş, elə o
vaxt da “İttihad və Tərəqqi” cəmiyyətinə qoşulmuş, Qafqaz
İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri
olmuşdu, ordu Azərbaycandan çıxanda Milli hökumət baş-
çıları onu çox dilə tutsalar da, İstanbula qayıtmışdı. Deyilənə
görə, ingilislər onu almanların adamı sayırlar, guya,
“Tərcümani-həqiqət”qəzetində soyqırımı təşviq və müdafiə
eləyirmiş.
Səlahiyyətlərinə daxil olmasa da, xariciyyə vəkili Əhməd
Fərid bəyin hüzuruna gedib Ağaoğlunun həbsinə etirazını
bildirməyi özünə borc saydı. Fikrincə, Şuşadan tanıdığı, ağ-
lına, savadına, millətpərvərliyinə heyranlıq duyduğu “firəng
Əhməd” Osmanlı dövləti və müttəfiqlər üçün qorxulu şəxs
deyildi. Amma Əhməd Fərid bəy müttəfiqlərin tələbilə
gerçəkləşdirilən bu məsələdə əlacsız olduğunu, heç bir
kömək göstərə bilməyəcəyini etiraf elədi.
İyunun əvvəllərində həmin “Boris” gəmisilə Batuma, qa-
tarla Tiflisə, ordansa, nəhayət, Bakıya gəlib çıxanda qəlbində
31
mayın 28-də sürgünə göndərilən Əhməd Ağaoğluna kömək
eləyə bilməməyinin dözülməz ağrısı vardı.
***
Yusif Vəzir Bakını da bir qədər pərişan gördü. Modros
müqaviləsinə görə, general Vilyam Montqomeri Tomsonun
komandanlığı altında gəlmiş ingilis qoşunu hələ də
şəhərdəydi; aprel ayından denikinçilərin Dağıstana və Gür-
cüstana hücumu ölkəni də təhdid altında saxlayırdı; bolşe-
vik-daşnakların dağıdıcı fəaliyyətinin qarşısını almaq üçün
parlament iyunun 9-da fövqəladə səlahiyyətləri olan Dövlət
Müdafiə Komitəsi qurmuşdu. Komitə iki gün sonra
fövqəladə vəziyyət elan eləmiş, Əksinqilabla Mübarizə
Təşkilatı yaratmış, Məmmədbağır bəy Şeyxzamanlı rəis,
Mirfəttah Musəvi onun müavini təyin olunmuşdu.
Amma könlünü sevindirən şeylər də vardı: qohumu Zey-
nalabdin bəy Vəzirov, Kiyevdən tanıdığı Cəmil bəy
Ləmbərandski və Şəfi bəy Rüstəmbəyov parlament üzvüy-
dülər, Hüseyn Mirzəcamalov parlamentin dəftərxa nasında
qanunvericilik şöbəsinin müdiriydi, Cəmil bəy Vəzirov “No-
vıy mir” qəzeti buraxır, Firuz bəy Ordubadski Dəmiryol
Xəstəxanasında baş həkim işləyir, Əmir bəy Aslanov şəhər
idarəsində həkim kimi çalışırdı. Keçmiş tələbə yoldaşları
Qəzənfər Musabəyovun, Mustafa Quliyevin, Bahadur bəy
Vəlibəyovun, Möhsün İsrafilbəyovun... bolşeviklərə qoşul-
malarısa bu sevincin dadını xeyli qaçırırdı.
Əlbəttə, ilk işi Milli Hökumətin başçısı Nəsib bəy
Yusifbəyliylə görüşüb vəziyyət haqqında məlumat vermək,
Odessada və İstanbulda Azərbaycan vətəndaşlarının məşəq-
qətli həyatından, onların viza problemlərindən danışmaq,
maarifin inkişafı, tələbələrin təhsili üçün İstanbulun çox
əlverişli bir yer olmasını sübuta yetirmək, İstanbulda səfa-
rətin açılmasını təklif eləmək olmuşdu. Bütün bunlar barədə
“Xarici siyasətimiz” məqaləsində də söhbət açmışdı: “Bu
32
gün İstanbul hər tərəfdən bizə gərəkli bir şəhərdir. Bu gün İstan-
bul Bakı mədənlərinin məhsulları üçün yeganə xarici bazardır...
Lakin İstanbul bazarını qazanmaq üçün orada ticarət vəkilləri bu-
lunmalıdır ki, bazarın tələbatını tez-tez Bakıya xəbər versin”.
Onda bu təklifinin öz taleyində dönüş yaradacağını hələ
bilmirdi. Ölkənin siyasi mühiti ingilislərin ölkəni tərk
eləməsindən, bir də Nərimanovun Həştərxandan Nəsib
bəyə göndərdiyi məktubdan danışırdı. Doktor Nəriman
Nəsib bəyi və millətçiləri rus inqilabının mahiyyətini başa
düşməməkdə, ingilislərlə yaxın münasibətdə, Denikinə
müharibə elan eləməkdə, Sovet Rusiyasına qarşı çıxmaqda
günahlandırmışdı: “...mən sizi və sizin həmfikirlərinizi
qəbirqazan rolundan əl çəkməyə çağırıram, – yazmışdı. – Mərd-
mərdanə deyin: biz Rusiya inqilabının xarakterini anlamamışıq,
biz dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini nəzərə
ala bilməmişik, biz meydandan çəkilirik, qoy Azərbaycanda Sovet
hakimiyyəti olsun!”
...Bakıda qaldığı bir ay ərzində qəzetə məqalələlər yazdı,
hətta Cümhiriyyətin milli himninin yaradılmasının zərurili-
yini də unutmadı. İyulun 29-da parlamentdə çıxış eləyib
gördüyü işlər barədə hesabat da verdi. “Acizləri, – dedi, –
Odessadan çıxarkın topladığım bir çox məlumar bolşeviklər
tərəfin dən dərdəst edildiyindən, məaltəəssüf, sizə müfəssəl mə-
lumat verə bilməyəcəyəm...” Müstəqilliyə can atan polyakların,
ukraynalıların, gürcülərin və başqalarının İstanbulda elçilik-
ləri olduğunu, yunanların və ermənilərin fransızca qəzet
çap eləyib istəklərini dünyaya car çəkdiklərini dilə gətir-
mişdi. “Azərbaycanın müməssili olaraq və bolşevik qəzasına uğ-
rayaraq İstanbulda çox pulsuzluq müşkülatı çəkdim. Halbuki
səfarət möhürü ilə sənədlər verib pul almaq imkanı var idi. Bu
imkanla yenə çətinliyə düşdüm... Təbəələrimiz də xaricdə on qat
zəhmətlər çəkirlər...”
Millət vəkilləri “Vətən mənafеyi uğrunda çalışmaqdan yоrul-
maq bilməyən Vəzirоv”un fəaliyyətini yüksək qiymətləndirdilər.
Dostları ilə paylaş: |