Baharın sözü
Seçilmiş əsərləri
18
Mən qoynu laləli,
Gur şəlaləli,
Qəlbi təranəli bahar olsam da,
Demədim ki, baharam.
Mən ətir havalı,
Coşğun səmalı,
Göyərçin yuvalı bahar olsam da,
Demədim, demədim ki, mən baharam.
Mən elin önündə sinəmi açdım,
Torpağın döşünə bənövşə sancdım.
Ətir nəfəsimi aləmə saçdım,
Ellər özü dedi ki, sən baharsan!
Çox gözəl şeirdir! Bahar haqqinda, bahar çiçəkləri qədər
şeirlər yazılmışdır. Bu şeirin isə öz rəngi, öz ətri vardır.
Forma tapmaq, misraya hiss aşılamaq, sözün musiqisini
eşitmək belə olur. İkinci bəndə fikir verin. Burada bahar başqa
tərəfdən işıqlandırılır. Başqa cizgilərlə göstərilir. Bəndin axı-
rıncı misrası birinci bəndin axırıncı misrası kimi yenə də təkrar
edilir. Lakin az və böyük əhəmiyyətli fərqi vardır. Bəlkə də
başqa şair olsaydı ikinci bəndin axırında birinci bənddəki axı-
rıncı misranı eynilə işlədərdi. Yox, bu həssas şairi razı salmır.
O, misranı inkişaf etdirir.
Görün necə yazır. Birinci bəndin axırıncı misrasını yada
salaq: «Demədim ki, baharam». Şair onu belə dəyişdirir: «De-
mədim, demədim ki, mən baharam».
Birdən-birə misrada iki vurğu, iki akkord əmələ gəlir ki,
bu da şeirin emosional və musiqi qüvvəsini artırır.
Üçüncü və axırıncı bəndə fikir verək. Burada artıq
«çoxpilləli», dalbadal axıb tökülən qafiyələr yoxdur. Əvvəlinci
bəndlərdə misralar qəsdən qırılmışdırsa, burada əksinədir—
onbirlik bütövdür. Bayaqkı qısa-qırçın misralı bəndlərdən
sonra bütöv on bir hecalı axırıncı bəndin xüsusi funksiyası
Seçilmiş əsərləri
19
vardır. Şair bu bənddə artıq öz sinəsini elə tamamilə açmış, hər
yerə ətir saçmış bahardan bəhs edir. Bahar artıq təbiətin ayrı-
ayrı guşələrində yox, hər yerdə hökm sürür. Bunun üçün də
misralar şairin yazdığı kimi, bütöv və vüsətli olmalı idi. Şeir
gözlənilməz bir sonluqla bitir:
Ellər özü dedi ki, sən baharsan!
Bu çox tutarlı sonluqdur. Bir misra belə artırmaq olmaz.
Mənim bu şeir üzərində geniş dayanmağım təsadufi de-
yildir. Bu şeirdən xüsusən Naxçıvan şairləri, o cumlədən, Kə-
malənin özü də öyrənməlidir. Axırıncı sözlər bir qədər gülməli
görünsə, də, müəyyən bir məqsədlə deyilmişdir. Çünki Kəma-
lənin bütün şeirlərində belə məzmun və onu əks etməyə qadir
lazımi formaya rast gəlmirik. Gərək Kəmalə qazandığı qələ-
bədən bir qarış belə geri çəkilməsin. Daha yüksək zirvələrə
doğru can atsın. Belə olarsa, onun istedadı daha çox açılar. O,
bizim ədəbiyyata daha gözəl lirik şeirlər verə bilər.
Hüseyn Razi Naxçıvan filialının nisbətən yaşlı nəqlinə
məxsusdur. O, «Buludlar arasında» adlı böyük həcmli povestin,
bir neçə şeirlər kitabının müəllifidir. Onun «Şeir yazmaq
istəsən» əsəri şairin öz yaradıcılıq proqramı kimi səslənir. Bu
şeirdə rəğbət doğuran narahatlıqdır, kainatı bütün rəngi, istisi,
ahəngi, harmoniyası ilə oxucuya çatdırmaq arzusu, çırpıntı,
ehtiras, emosiyadır. Şeirin əvvəlinci və yekun bəndini misal
gətirmək istəyirəm:
Əvvəlinci bənd:
Şair, əsil şeir yazmaq istəsən,
Ətri min çiçəkdən alınmalıdır.
Gücü fırtınadan, odu günəşdən,
Sürəti şimşəkdən alınmalıdır.
Sonuncu bənd:
Yandıqca ilhamın alovunda sən,
Seçilmiş əsərləri
20
Hər kəlmə süzülüb gələ ürəkdən,
Belə şeirlərin canı bu gündən,
Ömrü gələçəkdən alınmalıdır.
Əlbəttə ki, Hüseyn Razi kimi illərlə şeir sahəsində işləyən
bir şairin «ürəkdən, bu gündən» sözlərini qafiyə kimi işlətməsi
qəribədir. Bu, bəlkə də gözdən qaçmış təsadüfi qüsurdur. Mə-
sələ şeirin məğzindədir.
Bəlkə də Hüseyn Razi götürdüyü mövzunu qoşmada de-
yil, başqa çox imkanlı bir formada yazsaydı, fikrini daha yaxşı
ifadə edə bilərdi. Buna baxmayaraq, demək lazımdır ki, bu,
Hüseyn Razinin yaxşı şeirlərindəndir. Buradakı ləngərli axıcı-
lıq, sal misralar və nurlu fikir oxucunu təsirləndirir. Hiss edir-
sən ki, şair bu şeiri yazan zaman qəlbi bütün üfüqlər boyu açıl-
mış, xəsislik etməmişdir.
Şairin başqa şeirinə müraciət edək.
Şeirin adı «Şahbuz»dur. Şeir Naxçıvanın gözəl təbiətinə,
səfalı mənzərələrinə həsr edilmişdir. Oxuyanda hiss edirsən ki,
şair doğma yurdumuzun bu guşələrini həm gözü, həm qəlbi ilə
görmüş, onu duya-duya, sevə-sevə qələmə almışdır. Bu şeirin
yaxşı cəhətlərini qeyd etməklə bərabər demək lazımdır ki,
şeirdə hadisələrin sadalanması oxucuya xoş gəlmir. H.Razi
çalışır ki, təsvir etmək istədiyi sahəni geniş planda götürsün.
Konkretlik, detal onu o qədər də maraqlandırmır. Elə buradan
da sadalama başlayır.
«Qaçaq Nəbi Salvartıdan
Adlayırmış Batabata.
Şığıyarmış boz atında
Aynalını ata-ata...». və s.
Şeirdə lüzumsuz sadalama həmişə kompozisiya dağınıqlı-
ğına gətirib çıxarır.
H.Razinin son şeirlərindəki poetik həyəcan göstərir ki,
başqa janrlara keçməsinə baxmayaraq, o, poeziya aləmini tərk
etməyəcək, dəyərli şeir və poemalar yazacaqdır.
Seçilmiş əsərləri
21
Zeynal Vəfa, İslam Hüseyni, Nəriman Bağırov, Malik
Məmmədov, Ə.Qənbərov və s. cavanlar müasir həyatı, gəncliyi,
saf məhəbbəti qələmə alan, yeni fikir deməyə çalışan şairlərdir.
Zeynal Vəfa demək olar ki, Naxçıvan filialının ümumi fo-
nunda şeirləri ilə tez gözə dəyən şairdir. Onun şeirlərində xoşa
gələn əsas cəhət manera genişliyi, cəsarət və emosiyadır.
Bu şeirlərdə yaradıcı bir gəncə məxsus öz qüvvəsinə
inanmaq, yeni fikir və təravət hiss olunur.
Hələ adı oxuculara məlum olmayan Sənubər Kərimo-
vanın «Toyda» şeirindən görünür ki, müəllif konkret yazmağa,
zamanın tələbinə cavab verməyə çalışır. Lakin şeiri oxuyan ki-
mi, şairin təcrübəsizliyini hiss edirik.
H.S.Nehrəmlinin «Ürək mənə əmr edir». «Sevirəm bu
Vətəni», «Yaz deyir», «Sarı sünbül dalğalanır», «Qızım kitab
oxuyurdu», «Lenin əməlləri» şeirləri bəzi misralarının axıcı ol-
masına baxmayaraq zəifdir.
Ümumiçilik, ritorika, mövzusuzluq, arxaik ifadə tərzi, ha-
zır qafiyələr H.S.Nehrəmlinin başqa şeirlərinə də aiddir.
Görünür, ümumiyyətlə, poetik istedaddan məhrum olmayan
Y.S.Nehrəmli müasir şeir atmosferi ilə yaşamır, vaxtı keçmiş
nəzmi daha üstün tutur, yaxud bunların arasındakı fərqi sadəcə
olaraq görmür. Buna ancaq təəssüf etmək olar.
Elxan Əliyev də redaksiyamıza bir neçə yazı göndərmiş-
dir. Şair «Bizim küçə» şeirində eyvanda durub, öz küçələrini
seyr edir, küçədəki diqqətəlayiq, görməli binaların siyahısını
verir. Bu teatr, bu internat, bu univermaq, bu Nizami küçəsi, bu
təzə əkilmiş ağaclar, buyur, oxucu, bax, tanış ol. Adamın ya-
dına səyahətçiyə məlumat verən gid düşür. Çox yaxşıdır ki, Ni-
zami küçəsinin görkəmi dəyişmiş, gözəlləşmişdir. Bu, ən gözəl
bir şeir üçün mövzu ola bilər. Lakin gözəl küçə haqqında ya-
zılan şeir məlumat səviyyəsindən yüksəyə qalxmamışdır. Bir
sözlə, şeirdə obrazlı təfəkkür yoxdur:
Ağaclar kölgə salır
Seçilmiş əsərləri
22
Küçəmizin sağ-soluna,
Qəndillər şölələnir,
Nur çiləyir yoluma.
Nə qədər sakini var
Nizami küçəsinin.
Quran əli var olsun,
Bənnanın, mühəndisin.
Adi soyuq sözlər, məlumat və fakt. Əsil şeir isə tamamilə
başqa şeydir. Nəinki Nizami küçəsindən, hətta onun bir ağacın-
dan, evlərindən eşidilən körpə səsindən, bir, daşından, hətta,
ora düşən bir damla yağışdan da yaxşı şeir yazmaq olar. Lakin
necə? Bədii obrazla, təfəkkürlə. Elxan Əliyevin şeirlərinin vəz-
ninə, qafiyəsinə söz yoxdur. Lakin bununla iş bitmir. O, hələ
çox çalışmalı, oxumalı, müasir ədəbiyyatın təbiətini, onun qar-
şısında qoyulan tələbləri dərindən öyrənməlndir. Onun «Raha-
tam» adlı şeri bu misralarla qurtarır:
Mənə elə xəlnr ki,
Yazdığım hər şeirlə
Nəinki bir gecəlik
Yüz gecəlik yuxunun
Əvəzini almışam.
Yaxşı sözlərdir! Görünür, Elxan Əliyev sənət eşqi ilə çır-
pınır, onun çətinliklərindən də, yuxusuz gecələrindən də zövq
alır. Lakin ədəbiyyat kimi böyük və mürəkkəb bir aləmdə kom-
pas da vacibdir. Bu kompas həyat və kitabdır.
Əbülfəz Quliyevin şeirlərinə nəzər yetirək. «Mənim ar-
zum» şeirindən görünür ki, müəllif axtarışlar yolu ilə getmir,
şairlərimizin dəfələrlə dediyi fikirləri bu və ya başqa şəkildə
təkrar edir. «Mənim arzum» adlı şeirdə şair demək istəyir ki,
insanın paltarına düşən ləkə bir şey deyil. Gərək vicdana ləkə
düşməsin.
Seçilmiş əsərləri
23
Şair Qabilin on-on beş il bundan qabaq yazdığı «Anamın
sözləri» şeirinə nəzər salsaq görərik ki, bu fikir eynilə, lakin da-
ha bədii şəkildə deyilmişdir. Görünür, həmin şeiri Əbülfəz Qu-
liyev oxumamış, ya da mexaniki olaraq təkrar etmişdir. Oxu-
mağın o işi də yaxşıdır ki, səndən qabaq nə yazıldığını bilirsən.
Eyni sözləri Kazım Muradovun, İbrahim Dastanın, Elmi
Əliyevin şeirləri haqqında da demək olar. Elə bil onlar təzə bir
söz deməkdən qorxurlar, hazır ifadə tərzi, qafiyə, oxşatmadan
əl çəkmirlər, mövzu çərçivəsindən bir barmaq belə olsun kəna-
ra çıxmaq istəmirlər.
Elmi Əliyev yazır:
Düşündürür başı qarlı
Dağlar məni bu diyarda.
Düşündürür xoş bahardı
Bağlar məni bu diyarda.
Bu və buna bənzər fikirləri, qafiyələri nə qədər təkrar et-
mək olar? Nə qədər başqa şairləri təqlid etmək olar? Onların
yazı manerasına arxalanmaq olar?
Onu demək istəyirik ki, bizim bəzi yoldaşlar bu gün ədə-
biyyatın necə mürəkkəb bir şəkildə inkişaf etdiyini, şeirin hansı
mərhələyə qalxdığını, müxtəlif üslublu, rəngarəng yaradıcılığı
olan şairləri öyrənmirlər. Aşıq Ələsgəri hamımız sevirik. O,
aşıq ədəbiyyatının ən uca zirvəsidir. Lakin təsəvvür etmək ol-
mur ki, ancaq Aşıq Ələskər qoşmalarını oxumaqla məhdudla-
şan bir şair iyirminci əsrin poeziya aləmindən necə baş çıxara
bilər.
Müasir ədəbiyyat—sözün əsl mənasında analitik bir sahə-
dir. Buraya elm də, texnika da, musiqi də, heykəltəraşlıq da,
rəssamlıq da daxildir.
Şair səsi də, rəngi də, arxitektonikanı da yaxşı bilməlidir.
Naxçıvan zəngin bir diyardır. O, indi hər sahədə böyük müvəf-
fəqiyyətlər qazanmışdır. Bütün bunları əhatə etmək, ədəbiyyat-
Seçilmiş əsərləri
24
da əks etdirmək geniş oxucu kütləlinə çatdırmaq istedadla ya-
naşı zəhmət, savad, fədakarlıq tələb edir.
Şübhəsiz ki, doğma Naxçıvan torpağında çalışan yazıçıla-
rımız Vətənimizin bu gözəl guşəsini, onun qəhrəmanlarını daha
gözəl əsərlərində şöhrətləndirəcəklər. Naxçıvan onların şeirlə-
rinin qanadlarında ölkə-ölkə gəzəcəkdir.
Dostları ilə paylaş: |