41
yüz kilometrlərlə aralı yerləşən «sovet əmək düşərgə-
ləri»ni mühafizə etməyə belə lüzum yoxdur. Kim haraya
qaça bilərdi. Hər tərəf buz, qar və meşə. Lakin zaman-
zaman baş verən qiyamlar dövləti düşərgənin mühafizəsini
gücləndirməyə sövq etdi» (31, s.3-12).
Əmək düşərgələrində ölüm əzabına qatlaşanlar xüsusi
üçlüklərin (troykaların) müxtəlif ittihamlarla məhkum
etdiyi
əksərən günahsız şəxslərdir. Onların cəza
müddətləri 15-25 il arasındadır.
A.Dağlı dəstədə sağ qalan 21 soydaşımızdan yalnız 3
nəfərin – Nadirin, Kamranın və Muradağanın mübarizəsini
əsərin sonuna qədər izləyir. Nadir – azərbaycanlı
şagirdlərə türk uşaqları dediyi üçün həbs edilən müəllim-
dir. Kamran – rus zabitlərini sillələdiyi üçün həbs edilən
hərbçidir. Muradağa isə kolxoz əleyhdarı kimi yaxalanan
Qaçaq Qarabəkirin məxfi adıdır. Məhz bu üç nəfər
düşərgədəki 95 dəstəni birləşdirib, qiyama qaldırmağa
müvəffəq olur. «Dünyada məhkum insanların intiqamı çox
müdhiş olur. Hər türlü diktator intiqamından daha
müdhiş!..» (31, s.17) – qənaətini aşılayan müəllif düşər-
gədəki məhbusların heç birinin qiyama etiraz etməməsini
təbii və qanunauyğun sayır. Çünki «mühit və iqlim aman-
sız, bütün Sibirya və bütün Sovetlər Birliyi amansızdı»
(31, s.18). Məhbuslar olumla ölüm arasında deyil, şərəfli
ölümlə tədrici və əzablı ölüm arasında seçim etməlidirlər.
Onlar şərəfli ölümü – savaşaraq ölməyi üstün tuturlar.
Bolşevik əxlaqına bələd olan bu insanlar müdafiəsiz
düşərgəni bombalamaq üçün cəza dəstələrinin bir an belə
tərəddüd etməyəcəklərini bilirdilər. Nə qədər acınacaqlı
42
olsa da, onların gözləntiləri özünü doğruldur. Düşərgədəki
qiyam vəhşicəsinə yatırılır. Məhbusların üç günlük
azadlığı onların böyük əksəriyyəti üçün ölümlə
sonuclanır. Müəllif düşərgədəki qiyamı və cəza dəstələ-
rinin zorakı hücumunu bütün dramatizmi ilə təsvir
etməklə, bir tərəfdən, məhkum insanların azadlıq eşqini,
həyatları bahasına olsa belə, bir neçə gün azad yaşamaq
təşnəsini əks etdirirsə, digər tərəfdən, bolşevik rejiminin
amansızlığını, qəddarlığını real səhnələrlə canlandırmağa
nail olur. Eyni zamanda, rus əsgər və zabitlərinin qeyri-
insani rəftarı müqabilində, Nadir və Kamranın əsir ruslar-
la alicənab davranışları da əsərdə türklüyün insani duyğu-
larının təcəssümü kimi mənalandırılır.
«Onlar türklərdi» əsərinin strukturunda mühüm yer
tutan Nadir, Kamran və Muradağa surətləri ilə yanaşı, iki
qadın soydaşımızın – Nigar və Həmidənin də obrazları
özünəməxsus bədii funksiya daşıyır. Nigar Nadirin, Hə-
midə isə Kamranın həyat yoldaşıdır. Ərləri Sibirə sürgün
edilən hər iki qadın bolşevik rejiminə qarşı mübarizəyə
qərar verir və beləliklə də, konspirasiya məqsədilə Nigar –
Nadya, Həmidə isə Zinaida – Zinoçka olur. Moskvada
xüsusi kəşfiyyat kursunda təhsil alan Nadya peşəkar casus
qabiliyyətləri qazanır və burada toplanılmış təcrübə son-
radan sovet rejiminə qarşı mübarizədə ona çox gərəkli
olur. Zinoçka isə tibb bacısı ixtisasına yiyələnərək, ərinin
sürgün yerinə – Krasnoyarsk diyarının Yeniseysk qə-
səbəsinə yola düşür. Demək olar ki, bütün əsər boyu bu iki
qadının taleyini izləyən müəllif onları müxtəlif dramatik
vəziyyətlərdə təsvir edərək, istiqlal mücadiləsinin cəsur
43
sıra nəfərləri kimi səciyyələndirir və bütün mürəkkəb
situasiyalarda Nigar və Həmidənin ağıllı hərəkətləri,
təmkinli davranışları Azərbaycan – türk qadınına məxsus
yüksək mənəvi keyfiyyətlərin təcəssümünə çevrilir.
Əsərin «Qanlı cəbhələrdə» adlı ikinci hissəsində sovet
hərb sistemi, Kremlin velikorus şovinizminə söykənən an-
titürk, antimüsəlman siyasəti əsas ifşa hədəfi kimi seçil-
mişdir. Müəllif burada Almaniya ilə müharibənin sovet
rejiminin çürüklüyünü, ideologiyasının qeyri-səmimiliyini
bütün çılpaqlığı ilə üzə çıxardığıqını, «kommunizm
məmləkəti» adlandırılan SSRİ-nin mahiyyət etibarilə rus
imperiyasının davamı olduğunu xarakterik hadisələr və
obrazlarla canlandırır, yüz minlərlə soydaş və dindaşı-
mızın, həmçinin bir çox rusların belə bolşevik zülmündən
qurtulmaq üçün almanlara bəslədikləri ümidləri əks
etdirir.
Əsərdə rus ordu komandanlığının Şimali Qafqazın
yerli əhalisinə münasibətdə riyakarlığı, qeyri-rusların
intizam (oxu: cəza) batalyonlarına cəlb olunaraq, zorla ön
xəttə çıxarılıb məhv edilməsi Kremlin, Stalin rejiminin
türk-müsəlman xalqlarına düşmən münasibətinin təzahürü
kimi qavranılır. Belə ki, dağlıları almanlara qarşı birgə
hərbə səsləyən rus komissarının geri dönüncə öz əsgərləri
ilə danışığından onun dağlılara nifrətinin almanlara
nifrətindən az olmadığı aydınlaşır. Öz soydaşlarıyla baş-
başa qalan komissar artıq açıq danışır: «Görüyormusunuz,
yoldaşlar, şu vəhşi dağlılar dəxi faşistlərlə işbirliyi yapı-
yorlar. Cəbhəyə yaxın bölgələrin başıpozuq vəziyyətindən
istifadə ilə bizə qarşı kafa tutdular. Zatən onlardan başqa
Dostları ilə paylaş: |