Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə10/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   6   7   8   9   10   11   12   13   ...   213

FARUQ SÜMƏR 

22 


 

cə,  onların  böyük  əksəriyyətində  türklər  məskun  idi.  Kəndlilərə  XIII  əsrin 

ikinci yarısında türk də (ərəbcə cəmdə: ətrak) deyilirdi. İraq, Suriya və Misir 

şəhərlərində xalq ərəbcə danışdığı halda «ərəb» sözü ilə ancaq köçəri ərəb-

lərin  nəzərdə  tutulduğunu  xatırlasaq,  bu  ad  türklərə  dövlətin  mülki  təşkila-

tında vəzifə tutan iranlı məmurlar tərəfindən verilmiş kimi görünür. Bu min-

valla «türk» sözü həm də «kəndli» mənasına gəldi ki, osmanlı dövründə, xü-

susilə  XVII  əsrdən  etibarən  osmanlı  məmur  və  ziyalıları  tərəfindən  də  hə-

min mənada işlədilmişdir.  

Səlcuqlular dövründə üçüncü ünsürü türkmənlər, yəni köçəri türk icması 

meydana gətirirdi. Onlar çox zaman öz qövmi adları ilə, yəni türkmən sözü 

ilə xatırlanırdı. Türkmənlər əhali baxımından olduğu qədər siyasi baxımdan 

da çox qüvvətli ünsür idilər.  

Türkmənlər,  yəni  köçəri  türk  ünsürü  Anadoluda  monqol  hakimiyyətinə 

qarşı  hər  yerdə  qorxu  bilmədən  mübarizə  aparmışlar.  Çünki  onlar  oturaq 

türk ünsürünün əksinə mübarizə üçün lazımi təşkilata, inzibata və döyüş ru-

huna sahib idilər. Oturaq türk xalqına gəlincə, onların öz aralarında birləşə-

rək qüvvətli bir mübarizə cəbhəsi yaratmaları mümkün olmurdu. Əgər türk-

mənlər  olmasaydı,  Anadoluda  monqol  hakimiyyətinin  daha  uzun  müddət 

davam  edəcəyi mümkün olduğu kimi,  ölkə  xarici  istila və  fütuhatlara qarşı 

həmişə müdafiəsiz qalacaqdı.  

Köçəri türk ünsürünün öz içindən çıxmış səlcuqlu xanədanı ilə münasi-

bətləri dövlətin qurulmasından sonra pozulmuşdu. Bunun başlıca səbəbi səl-

cuqlu  xanədanının  digər  islam  sülalələri  kimi  muzdla  tutulmuş,  çoxusu  da 

başqa türk qövmlərinə mənsub məmlüklərdən, yəni qullardan seçmə ordular 

təşkil etmələri və dövlətin yüksək hərbi vəzifələrini onlara vermələridir. Xa-

nədan bu seçmə orduya sahib olduqdan sonra qövmdaşları olan türkmənlərə 

büsbütün deyilə biləcək bir şəkildə əhəmiyyət verməmiş, onları sanki unut-

muşdur. Hadisəyə səlcuqluların, sonra isə osmanlıların qullardan ibarət seç-

mə  ordulardan  istifadə  etmələrinə  türk  ünsürünün  zəifləməsinin  qarşısını 

alan amillərdən biri kimi baxmaq bəlkə də mümkündür. Ancaq bütün ali və-

zifələrin bu seçmə orduya mənsub insanların əlində olması hərbçi bir qövm 

olan türklər arasında geniş etirazlar doğurmuşdur. Bu etirazlar səlcuqlu döv-

lətinin zəifləməsində və yıxılmasında mühüm bir amil təşkil etdiyi kimi, os-

manlı imperiyasının gücunü itirməsinə, türk xalqının böyük fəlakətlərə uğ-

ramasına və Anadoluda böyük dağıntıların meydana çıxmasına da səbəb ol-

muşdur. Digər tərəfdən,  səltənət  varisliyi  işinin dəyişməz bir qaydaya  bağ-

lanmamış  olması  da  daxili  müharibələrin  baş  verməsinə,  türk  dövlətlərinin 

zəifləməsinə  və  süqutuna  səbəb  olan  başqa  mühüm  bir  amil  idi.  Bunlarla 

yanaşı,  əmirlərin  və  bəylərin  öz  hökmdarlarından  inciyərək  itaətsizlik  gös-

tərmələri və üsyan etmələri də tez-tez müşahidə edilən hadisələrdəndir. Bəs 

bütün bunlara baxmayaraq necə olmuşdur ki, türklər bu qədər uzun müddət 




OĞUZLAR (TÜRKMƏNLƏR) 

23 


 

siyasi  hakimiyyətlərini  davam  etdirə  bilmişlər?  Şübhəsiz  ki,  bu  hal  onların 

yalnız hərbi qabiliyyətləri və ana yurddan müntəzəm surətdə canlı qüvvə al-

maları ilə izah edilə bilməz. Monqol istilası qədim türk aləmini tamamilə or-

tadan qaldırmaqla, Türküstan və Orta Şərqdə qorxunc qırğınlar və dağıntılar 

törətməklə qalmamış, abad və varlı Anadolunun da iztirablı bir dövr keçir-

məsinə səbəb olmuşdur. Bununla bərabər, monqol istilasının və haknmiyyə-

tinin Qərb türklüyü baxımından bir çox müsbət, mühüm nəticələri də olmuş-

dur. Əvvəlcə də göstərildiyi kimi, oğuz, yaxud türkmən qövmünün Türküs-

tanda  və  İranda  yaşayan  elatlarının  çoxusu  bu istila  nəticəsində  Anadoluya 

gəlmişdi. Bu minvalla Anadolu maddən və mənən qüvvətli bir şəkildə oğuz 

türklüyünün yurdu vəsfini qazanmışdır. Digər tərəfdən, monqollar özləri ilə 

birlikdə başqa türk qövmlərinə mənsub çoxlu adam gətirmişdilər ki, onlar da 

Yaxın  Şərq  türklüyünü  qüvvətləndirmişlər.  Üçüncüsü,  Yaxın  Şərqdə  türk 

mədəniyyətinin ərəb və fars mədəniyyətləri yanında üçüncü bir mədəniyyət 

olaraq qüvvətlə  yer tutması  monqol hakimiyyəti  dövründə  müşahidə  edilir. 

Bu arada İrandakı monqol sarayında qüvvətli bir türklük şüuru doğmuş və 

bunun  nəticəsində  yaranan  əsərlər  Qərb  türklərində,  yəni  türkmənlərdə  də 

qövmi  duyğuların  daha  şüurlu,  daha  yayğın  səciyyə  qazanmasında  mühüm 

amil olmuşdur.  

Səlcuqlular və osmanlılar arasındakı dövr bəyliklər dövrüdür. Bu dövrün 

başlıca məziyyəti səlcuqlular zamanında alınmamış torpaqların fəth edilməsi, 

türk əhalisinin və mədəniyyətinin şəhərlər başda olmaq üzrə çox qüvvətli bir 

mövqe qazanması, türkcənin ədəbi və rəsmi dil kimi fars dilinə qarşı rəqib-

siz  bir  mərtəbəyə  yüksələcək  dərəcədə  inkişaf  etməsidir.  Digər  tərəfdən, 

Anadolunun böyük bir qismi əcnəbilərin qibtə edəcəyi bolluq içindəydi. Hər 

biri bir vilayətin sahibi olan bəylərin ölkələrini abad etmək üçün əllərindən 

gələni əsirgəmədikləri müşahidə olunur.  

Xalis  oğuz-türkmən  olan  osmanlı  xanədanının  Anadoluda  gördüyü  iş 

Bursadan Boğaziçinə qədər olan Mərmərə bölgəsini fəth etməsidir. Osmanlı 

xanədanı tarix səhnəsinə çıxdığı zaman Anadoludakı türk cəmiyyəti çoxdan 

formalaşmışdı.  Bu xanədan  türk  cəmiyyətinin  başçısı  olanda  hər  şeyi  hazır 

şəkildə  qəbul  etdi.  Osmanlılar  qərbdə,  Rumeli  tərəfdə  fütuhatlarla  məşğul 

ikən, qaraqoyunlular da şərqdə Teymurun istilası səbəbilə İran istiqamətində 

gecikən fəthlərini  XV  əsrin əvvəllərindən  etibarən həyata keçirməyə  başla-

dılar.  Beləliklə,  Anadoluda  hər  iki  tərəfdə  fəth  etmə  yolu  ilə  yayılma  hə-

rəkatı başlandı. Qərb yönündəki yayılmanı Qərbi Anadolu, Mərmərə bölgəsi 

və qismən də Orta Anadoludakı türk oymaqları və oturaq türklər, İran istiqa-

mətindəki yayılmanı isə  Şərqi və Cənub-Şərqi Anadoludakı türk oymaqları 

canlı qüvvə ilə bəsləyirdi. Bu yayılmaların əhali artıqlığı və iqtisadi sıxıntı-

larla əlaqədar olmadığı aydındır. Çünki Anadolunun XVI əsrdəki əhalisinin 

4-5  milyondan  çox  olmadığı  məlumdur.  İran  istiqamətindəki  köç  hərəkatı 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə