Xınalıq kəndi -
Quba şəhərindən 57 km cənub-qərbdə,
paytaxtdan 225 km aralıda yerləşən bu kənd etnoqrafik
bənzərsizliyi ilə seçilir. O, Qafqaz dağlarının uca zirvəsində
amfiteatrı xatırladır. Kəndin
Xınalıq adı da elə onun
təbiətinin
füsunkarlığından
yaranıb.
Bu
ad
Günəş
çıxdıqdan sonra dağın boyan-
dığı rəngi ifadə edir. Dəniz
səviyyəsindən
2350
metr
yüksəklikdə, 5000 illik tarixə
malik Qızıl Qaya, Şah, Tufan və Xınalıq dağlarının əhatəsində
qərarlaşan bu kənd dünyanın ən yüksək yaşayış məntəqələrindən
biridir. Kənd sakinləri mürəkkəb morfoloji struktura malik
Xınalıq dilində danışırlar. Dünyada bu dildə danışan ikinci bir
tayfa və ya xalq yoxdur. 2007-ci ildən Xınalıq Dövlət Tarixi
Memarlıq Etnoqrafiya Qoruğu elan edilib.
Dostları ilə paylaş: |