23
Belə bir inancın səmərəsidir ki, əxlaq, dəvət və cihad
məsələlərinin, dünya işlərinin bir sıra məqamlarında ortaq
məxrəcə gələ bilirik.
Amma dində o da deyilir ki, Allah gecənin son üçdə bir
hissəsində yer səmasına enir, məğfirət
∗
diləyənləri bağışlayır,
əl açanların diləklərini qəbul edir
1
...
Hamılıqda deyirik: “Allahın enməyi fiziki olaraq baş ver-
mir; məkan anlayışı Ona yaddır və O, məkanın fövqündədir.
Onu da hamılıqda qəbul edirik ki, Allah hər şeyi görəndir,
hər şeyə qadirdir və s. və i.a.”.
Ancaq bu məsələ ilə əlaqədar olaraq, bəzilərimiz iddia
edir ki, enmə dedikdə təcəlli (ilahi qüdrətin təzahürü) başa
düşülür. Başqaları isə əksinə düşünür: xeyr, Allah enməyinə
enib, amma onun enməyi bizim enməyimiz kimi deyildir və
biz bu enmənin necə baş verdiyindən xəbərsizik...
Görəsən, bütün bunlar bir məsələni fərqli şəkildə başa
düşməkdir, yoxsa eyni fikrin müxtəlif ifadə formalarıdır? Bu
hala yuxarıdakı misalda olduğu kimi digər oxşar mövzular-
da da rast gəlirik. Belə bir dağınıq yanaşma ümməti müx-
təlif qruplara parçalamışdır. Bu qruplar bir-birinə düşmən
kəsiliblər, bir-birinin ətini yeyirlər. Bəli, bir-birlərinin ətini
yeyirlər ki, Allahı inkar edənlərin, təkliyi və böyüklüyünə
nifrət bəsləyənlərin qabağında zəif və süst düşüb əl-qolları
bağlansın!
∗
Bağışlanma
1
Buxari. “Came əs-Səhih” kitabı, “Təhəccüd” bölümü, 14, “Dualar” bölümü,
14; Müslim. “Səhihi-Müslim” kitabı, “Yolçular” bölümü, 168.
24
Mən bu vəziyyət və nəticələri haqda düşünür, peyğəm-
bərimizin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sözünü xatırlayıram:
“Doğru yolda olanlar mübahisələrə girişmədikcə zəlalətə
düşməzlər”
1
.
Öz-özümə soruşuram: “Hər növ mübahisəli mövzuya alu-
də olub, müqabil tərəf üzərində qələbə çalmaq üçün bütün
qayğı və diqqətini səfərbər edənlər, müxalifləri məğlub ol-
duqda sevinib-fərəhlənənlər, görəsən, bütün müsəlmanların
həmrəyliklə təsdiqlədiyi mövzulara səmimi yanaşırlarmı?”
Axı nə üçün bizi birləşdirən “vahə”lərdən üz çevirir, ara-
mıza nifaq salıb səflərimizi parçalayan “dərə”lərdə şadya-
nalıqla gəzirik?!
Əslində, ixtilaflı (mübahisəli) mövzularla maraqlanmaq
naşı (xam) uşaqlara xas cılız davranışdır, haqqın meydanın-
dan – öhdəliyi çox, yükü ağır meydandan başqa meydana
yönəlib qaçmaqdır. Elə bir meydana ki, məşəqqətsizdir, əziy-
yətsizdir və burada toplaşanlar məsuliyyət yükü altında in-
ləməkdən uzaqdırlar.
Keçmişi və tarixin ağrı-acılı xatirələrini bir kənara qoya-
raq, indiki halımızı düşünürəm...
Müsəlmanlar dünya əhalisinin beşdə birini təşkil edirlər.
Amma bilik meydanlarında onlara rast gəlmirik; qurub-ya-
ratma işində də onlardan kimsə gözə dəymir. Onlar nə əx-
laqda nümunədirlər, nə bir-biri ilə ciddi əməkdaşlıq içə-
risindədirlər, nə də hüquq və azadlıqlara riayət edirlər. Biz
Müsəlman dünyasına “səyahət”imizdən əliboş geri qayıdırıq!
1
Hədisi Tirmizi, Əhməd ibn Hənbəl və İbn Macə rəvayət etmişlər.
25
Axı ümmət öz başını nə ilə qatıb? Nə ilə olacaq – üzücü
nəzəri mübahisələrlə, zəhlətökən xırda-xuruş problemlərlə, za-
hiri – din, batini nəfsi istək olan parçalanmalarla!
Bütün bunlar ümməti yeyib-tükəndirdi. Dinin ali məqsəd-
lərinə əhəmiyyət verilmədi, bu istiqamətdə zəhmət çəkilmə-
di və heysiyyətimiz kütləşdi... Bunun acı nəticəsidir ki, insan-
lığın tərəqqi nərdivanında mədəniyyət, əxlaq və ictimailik sa-
rıdan ən aşağı pillədə qərar tapdıq.
Fironçu-feodal rejimlər... Yemək axtaran qara camaat...
Eyş-işrət və lüks həyatı təbliğ edən incəsənət... Boş-boş şey-
lərdə ixtisaslaşıb, “zir-zibil” ideyalarla başlarını qatan dindar-
lar...
İnkişaf etmiş dünyaya – Qərbə gəlincə, özünü ağa kimi
aparır, geridə qalmış xalqları, xüsusən də müsəlmanları kölə
vəziyyətinə salmağa can atır. Bu dünyada düşünürlər ki, ge-
ridə qalmış xalqların əraziləri onlar üçün xammal poliqonu-
dur və həmin xalqlar istehsalçı deyil, istehlakçı olmalıdırlar...
Habelə, gözdən iraq israiloğulları Süleyman məbədini inşa
etmək üçün min-bir oyundan çıxırlar. Güman edirlər ki, mə-
bəd inşa olunduqdan sonra Allah orada “təcəlli” edib, onların
əli ilə dünyanı idarə edəcək.
Kardinallar və digər xristian din adamları da İsa Məsih qa-
yıtsın deyə Tanrı krallığının qurulması üçün gecə-gündüz
yorulmaq bilmədən “işləyirlər”...
Özümə gəlincə, mən bir müsəlmanam. Allahın lütfü sa-
yəsində ali vəhyi dərindən araşdırıb, dinimi öyrənmişəm. Və
əsaslandığım prinsipləri açıqlamaqda bir qəbahət görmürəm.
Dostları ilə paylaş: |