350
Erkən müsəlmanlar sağlam fitrətə sahib olub, insan tə-
biətli idilər. Biz isə qadını alçaldan, ona yuxarıdan aşağı ba-
xan adətlər girdabında boğuluruq...
Atikə ərinin ölümünü unutmamağa and içən ilk kəs de-
yildi. Ondan qabaq Düreyd ibn əs-Simmət demişdi:
Allaha and olsun ki, Qusi
1
yaxınlığında itirdiyim kəsi
Dünya durduqca, bu can yaşadıqca unutmayacağam!
Sonralar şair başa düşür ki, həyat təsəvvür etdiyi kimi
deyilmiş
∗
, odur ki, deyir:
Əksinə, dünya yaraları unutdurarmış
Gedən hər nə qədər böyük olsa da,
Dünyanın iradəsinə tabeyik naçar.
Bəzən “zu” (sahib olan) sözü “hansı ki” mənasında işlə-
dilir. Bu, “Təyyi`” qəbiləsinin dilində mövcuddur. Bu mə-
nada, qonaq olduğu evdə müəyyən hallarla qarşılaşan şair öz
iffəti haqda deyir:
Ey ev əhli, həcvimə qonaqpərvərliyə görə son qoydum,
Verdikləri yemək məni hey ağladır və ağladır.
Ya onları əliaçıqlıqda imkanlı görürəm və mənə –
1
Yer adı.
∗
Yəni, unutmamaq mümkün deyil; zaman insana hər şeyi unutdurur –
tərcüməçinin qeydi.
351
Onların sahib olduqları şeylərdən kifayətlənməyim bəsdir.
Ya da onları səxavətdə imkansız görür və üzrlü sayıram.
Ya da ki onlar xəsisdirlər, amma mən həyamı qoruyuram
∗
.
“İnnə”nin (“doğrudan” ədatı) xəbərdən qabaqkı həmcins
isminin (mübtədasının) adlıq halda işlədilməsinə misal ola-
raq, aşağıdakı beytə nəzər salaq:
Kimin karvanı Mədinədə axşamlasa da,
Mən və “Qəyyar”
1
, doğrudan da, orada qəribik!
∗∗
Bəzi nadanlar bunun səhv olduğunu iddia etmişlər. Onlar
Quranın “Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sa-
biilərdən
və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb
yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-
qüssə də görməzlər!” ayəsinə
2
hücum çəkmiş və bildirmişlər
∗
Yəni, bunu aləmə car çəkmirəm, onları buna görə alçaltmıram, hə-
yamı qoruyub-saxlayıram – tərcüməçinin qeydi.
1
At adı.
∗∗
Ərəb dilində təsirlik hal ifadə edən “innə”dən sonrakı həmcins
mübtədalardan birinin təsirlik, digərinin adlıq halda işlədilməsi incə
semantik-sintaktik funksiya daşıyır. Yuxarıdakı beytdə “qəyyar” sözü
“mən” sözü ilə qrammatik həmcinslik əmələ gətirmir. Əslində, şair belə
demək istəyir: “Doğrudan da, mən burada qəribəm. Və Qəyyar da,
həmçinin!” Göründüyü kimi, həmcins görünən ikinci mübtəda, əslində
yeni cümlənin mübtədasıdır. Odur ki, bu cür qrammatik incəliklərə vaqif
olmayanların Quranda “səhv” tapdıqlarını iddia etmələri təbii qarşı-
lanmalıdır – tərcüməçinin qeydi.
2
“əl-Maidə” surəsi, 69-cu ayə.
352
ki, ayədəki “sabiunə” sözü təsirlik halda, yəni “sabiinə” olmalı
idi.
Bu elə geniş meydandır ki, gəzməklə qurtarmır. Oxucuya
onu demək istəyirəm ki, biz ərəb dilini məhz bu yolla öy-
rənmişik...
Müəlliflər hər bir qrammatik qaydanı zəngin dil və ədə-
biyyat materiallarından misallar gətirməklə isbatlayırlar!
Sual yaranır: Görəsən, qrammatik qaydaların isbatında əla-
qədar materiallardan misalların gətirilməsi Qiyamətədək la-
zımdırmı?
Dil ona görə öyrədilir ki, indi və gələcəkdə düzgün danış-
mağı bacaraq. Görünür, müəllimlərimiz bu cəhətə lazımınca
diqqət yetirməyiblər... Qrammatika və bəlağət dərslərində mi-
sal və nümunələr ümumi xarakter daşıyırdı; halbuki bu
cür misalların, iqtibasların sayı çox olmalıdır. Lazımi sayda
misal gətirmədən qrammatik qaydaları izah etmək, əslində
dilə və işləkliyinə ağır zərbə vurmaq deməkdir...
Düzdür, bu problemin aradan qaldırılmasında Carim
məktəbinin böyük xidmətləri olmuşdur. Nəticədə, ərəb di-
linin tədrisi, işləkliyi və gücləndirilməsi üçün ciddi işlər gö-
rüldü... Amma bu məktəb mədəni qəsbkarlığın təzyiqlərinə
davam gətirməyib tənəzzülə uğradı...
Müşahidə etmişəm ki, “sözdüzəltmə” (nəht) və “söz-
formaların yaranması” (iştiqaq) qaydaları bizə maddi və
mənəvi cəhətdən hakim kəsilmiş müasir mədəniyyətin təsiri
altında, demək olar ki, tətbiq edilmir. Diqqətimdən o da ya-
yınmayıb ki, ərəblərə və qeyri-ərəblərə ərəb dilinin tədrisi
metodikaları arasında fərq qoyulmur...
353
“Sınıq” cəm formalarının tədrisində, “qiyasi” (morf) və
“simai” (amorf) məsdərlərin, keçmiş və indiki-gələcək zaman
aralıqlı fel formalarının düzəldilməsində özbaşınalıq hökm
sürür...
İngilislər dillərini böyük qayğı ilə qoruyur və yayırlar.
İngilis dilinin ən bariz cəhəti bır sıra müasir elmlərin dili
olmağındadır. Heç cürə başa düşə bilmirəm ki, ərəbləri nə
kor edib? Bəli, kor olmasaydılar, Quranın dilini yaymaq
üçün bütün yolları araşdırar, dünyaya da Ali Vəhyin xü-
susiyyətləri pəncərəsindən nəzər salardılar.
Missiyası cahanşümul bir ümmətə vacibdir ki, ərəb dilini
öyrənsin. Bu işdə laqeydlik açıq-aşkar xəyanətdir! Dövrümüz-
də elə ərəb liderləri vardır ki, ağızlarını açdılarmı, dilləri
topuq vuran uşaqları xatırladırlar. Onlar məzhəkəçilikdə us-
tadırlar, ciddiyyətdən də binəsibdirlər!
Nə vaxt ki ərəb dilinin qollarımız üstündə ölməyinə şərait
yaradırıq, nə vaxt ki onu öyrənməyi gözləri sulanan qoca-
ların peşəsi hesab edirik, deməli, həyasız bir xəyanətə imza
atmışıq. Bu, haqqı danmaqdır!
Dostları ilə paylaş: |