55
Muğan və Salyan düzlərində tikilmiş drenlərin əsaslı yuma aparılan sahələrdən və əkin
sahələrindən kənarlaşdırdığı duzlu sular 1953-cü ilə kimi ərazidəki digər qonşu sahələrə axı-
dılırdı. bu proses Muğan-Salyan sutullayıcının istismara verilməsinə kimi davam etdi.
ərazidə mövcud olan təsərrüfatlararası kollektorların drenlərdən qəbul etdiyi su, 1953-cü
ildən başlamaqla istismara verilmiş Muğan-Salyan sutullayıcısı ilə Xəzər dənizinə axıdıldı.
Muğan-Salyan sutullayıcısı 1950-1953-cü illərdə tikilmişdir. Sutullayıcının istismara
verilməsi ilə Kür-Araz düzənliyində ilk dəfə dren suları Xəzər dənizinə axıdıldı. Sutullayıcı-
nın təsir zonasında 172 min hektar sahə olmuşdur. Sutullayıcı Şimali Muğandan başlayıb
Ağçala gölünün qərb sahili boyunca uzadılaraq cənubi-şərqə doğru dönmüşdür. Salyan
düzündə Orta Akuşin yaylasını kəsərək, Neftçala rayonu ərazisində, Sarıqamışlı kəndinin
yaxınlığında Xəzər dənizinə birləşdirilmişdir. Sutullayıcının mənsəbinə yaxın olan 56 km
uzunluğundakı hissəsi yarım qazmada, damba düzəldilməklə tikilmişdir. İstismar müddətində
sutullayıcının bu hissəsində ərazilərin təkrar şorlaşması və dambanın bəzi yerlərdə uçması
halları da müşahidə olunmuşdur.
Muğan-Salyan sutullayıcısının əsas texniki göstəriciləri aşağıdakı kimi idi: uzunluğu 87,5
km; hesabat sərfi başlanğıcda saniyədə 21 kub m; sonda saniyədə 36 kub m; dibdən eni baş-
lanğıcda 4,5 m; sonda 21,0 m; yamaclığı 1,5; suyun orta sürəti saniyədə 0,47 m; dib mailliyi
0,0005; suyun orta dərinliyi 2,96 m; inşaat dərinliyi 3÷5,4 m; dambanın üstdən eni 5 m; dren
modulu saniyədə 0,055÷0,445 litr/hektar arasında dəyişmişdir. Üzərində qoyulmuş nasos
stansiyalarının sayı 1 ədəd, dəmir yolu ilə kəsişmədə körpülərin sayı 1 ədəd, suvarma kanalı
ilə kəsişən yerlərdə qurğuların sayı 10 ədəd olmuşdur. Dren modulunun maksimum
qiymətlərinə Şimali Muğan ərazisində rast gəlinmişdir.
Muğan-Salyan sutullayıcısının istismar olunan müddətdə müəyyən illərdə apardığı sərf,
yuma suyunun artıq verilməsi və basqılı yeraltı suların az da olsa təsiri nəticəsində, layihə
göstəricisindən nəzərəçarpacaq dərəcədə artıq olmuşdur. Kollektorun üzərində qoyulmuş na-
sos stansiyasının saniyədə 21 kub m sərfə hesablanmasına baxmayaraq, nasos stansiyasından
bəzi vaxtlarda saniyədə 32 kub m su sərfi vurulmuşdur. Mütəxəssislərin verdiyi məlumatlara
görə, Muğan-Salyan sutullayıcısı vasitəsi ilə meliorasiya tikinti işlərinin geniş vüsət aldığı
1975-1980-ci illərdə Xəzər dənizinə hər il 930-2383 mln. kub m həcmində minerallaşmış su
axıdılmışdır. Suyun minerallıq dərəcəsi 18,2÷20,5 q/l arasında dəyişmişdir.
Layihə sənədləri 1950-1954-cü illərdə hazırlanmış və Muğan düzündə tikilmiş əsas
təsərrüfatlararası kollektorlar aşağıdakılar idi:
Cəfərxan kollektoru – 1950-ci ildə istismara verilmişdir, sərfi saniyədə 3 kub m, uzunlu-
ğu 22 km, təsir zonasında ərazinin sahəsi 8
min hektar;
I Kürətrafı kollektor – 1952-ci ildə istismara verilmişdir, sərfi saniyədə 3-5 kub m, uzun-
luğu 29 km, təsir zonasında ərazinin sahəsi 15 min hektar;
II Kürətrafı kollektor – 1953-cü ildə istismara verilmişdir, sərfi saniyədə 2-4 kub m,
uzunluğu 18 km, təsir zonasında ərazinin sahəsi 11 min hektar;
Sabir adına kollektor – 1953-ci ildə istismara verilmişdir, sərfi saniyədə 4-6 kub m,
uzunluğu 18 km, təsir zonasında ərazinin sahəsi 17 min hektar;
Əzizbəyov adına kollektor – 1954-cü ildə istismara verilmişdir, sərfi saniyədə 2,0-4,0
kub m, uzunluğu 72 km, təsir zonasında ərazinin sahəsi 18 min hektar;
Mansur kollektoru – 1954-ci ildə istismara verilmişdir, sərfi saniyədə 4-7 kub m, uzun-
luğu 21 km, təsir zonasında ərazinin sahəsi 15 min hektar;
Solsahil kollektoru – 1954-ci ildə istismara verilmişdir, sərfi saniyədə 2-3 kub m, uzun-
luğu 18 km, təsir zonasında ərazinin sahəsi 11 min hektar;