Proqram Avropa İttifaqı
t
ərəfindən maliyyələşdirilir
AZƏRBAYCANDA FİLM
SEKTORUNUN İNKİŞAF
ETDİRİLMƏSİ
Zora Jaurova
O, Moldova Soros fondu, Polşa Milli Mə də niyyə t Mə rkəzi və Göte İnstitutu ilə tərə fdaşlıq şə raitində British
Council-in başçılıq etdiyi konsorsium tə rə fində n hə yata keçirilir.
2
Hesabat Avropa İttifaqının Ş ərq Tərəfdaşlığ ı Mədəniyyət və
Yaradıcılıq Proqramının dəstəyi ilə tərtib olunur.
Sözügedən hesabatın məzmunu Avropa İttifaqının rəsmi
nöqteyi-nəzərini əks etdirmir. Hesabatda əksini tapmış
məlumatlara və fikirlərə görə məsuliyyət tamamilə müəllifin
üzərinə düşür.
Hesabat 2017-ci ilin oktyabrında də rc edilib.
3
MÜNDƏRICAT
1.GİRİŞ
4
2. QANUNVERİCİLİK VƏ STRATEGİYALAR
5
2.1. Mədəniyyət haqqında Qanun (2012-ci il)
5
2.2. Kinematoqrafiya haqqında Qanun (1998-ci il, yeni versiya hazırlanır)
5
2.3. Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı
6
2.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun (1996-cı il)
7
3. FİLM SEKTORUNA QISA NƏZƏR
8
3.1. Film istehsalı sahəsinin strukturu
8
3.2. Sektorun əsas iştirakçıları
8
3.2.1. Azərbaycanfilm
9
3.2.2. Özəl kommersiya studiyaları
9
3.2.3. Müstəqil film prodüserləri
10
3.2.4. Televiziya bazarı
10
3.2.5. Sektordakı başqa təşkilatlar
11
3.3. Kino sahəsində təhsil
11
3.4. Film İnfrastrukturu və Yayım
12
3.5. Festivallar
14
3.6. Beynəlxalq kontekst
14
3.7. SWOT (GZİT) Təhlil
15
4. TÖVSİYƏLƏR
17
4.1. Ümumi şərtlərin yaradılması
17
4.1.1. Uğurlu siyasətlər effektiv məlumatlar əsasında tərtib olunur
17
4.1.2. Dövlət və özəl film sahələrində tarazlığın yaradılması
17
4.1.3. Maliyyələşdirmə islahatı
18
4.1.4. İnfrastruktur
19
4.2. Film sahəsinin dəstəklənməsi
20
4.2.1. Düzgün şəkildə təşkil olunmuş güclü və müstəqil film sahəsinin yaranması
20
4.2.2. Təhsil – uzunmüddətli müvəffəqiyyətin açarıdır
20
4.2.3. Beynəlmiləlləşmə
21
4.2.4. Əsas diqqətin rəqəmsal inkişafa yönəldilməsi
22
5. YEKUN
23
Qeyd
24
4
1.GİRİŞ
Azərbaycan uzun tarixi olan kinematoqrafiyası ilə öyünə bilər. Bakıda fransız
Aleksandr
Mişonun
çəkdiyi
ilk
film
Lümyer
qardaşlarının
Parisdə
"kinematoqrafiya"nın əsasını qoymasından cəmi üç il sonraya – 1898-ci ilə təsadüf
edirdi. İlk filmlərin çəkilişi XX əsrin ilk onilliyində kino ilə əlaqədar başqa tədbirlərin
də görülməsi ilə müşayiət olundu. Bu dövrdə artıq ölkədə kinematoqrafiya
infrastrukturları və səyyar kinoteatrlar inkişaf edirdi. Sovet dövründə
“Azərbaycanfilm” Dövlət Kinostudiyası kinematoqrafiyanın dövlət səviyyəsində
planlaşdırılmış inkişaf proqramı çərçivəsində yaradılmışdı. Lakin o, üzərində sərt
ideoloji nəzarətin olmasına rəğmən, ölkədə peşəkar kinonun inkişafının bünövrəsini
qoydu.
"Sovet dövrünün sonlarına doğru ölkənin yeganə kinostudiyası olan "Azərbaycanfilm"
Dövlət Kino və SSRİ Mərkəzi Televiziyanın sifarişi ilə ildə 7, ya 8 film buraxırdı. İl
ərzində studiya eyni zamanda 20-25 sənədli film və 2-3 animasiya filmi çəkirdi.
Studiyanın əsasının qoyulduğu ilk günlərdən başlayaraq ölkəmizdə təxminən 240
tammetrajlı film, 50-dən çox qısametrajlı film, 1200-dən çox sənədli film və təxminən
100 animasiya filmi istehsal edilib."
1
Sənaye sahəsinin mərkəzləşdirilmiş strukturu yalnız filmlərin istehsalına deyil,
onların yayımına, xarici filmlərin satınalınmasına, kinematoqrafiya infrastrukturunun
saxlanmasına və kinonun bütün digər sənaye tsikllərinə toxunurdu. Bu səbəbdən də,
SSRİ-nin süqut etməsindən sonra ölkənin digər sektorları kimi bu sənaye sahəsi də
demokratiya və bazar iqtisadiyyatına keçidin çətinlikləri ilə başa çıxmalı oldu. Çox
çətin keçən ilk illərdə mədəniyyət və yaradıcılıq sahələri prioritetdə olan sahələr
deyildi, bu isə film istehsalının sürətlə azalmasına, film sənayesinin geri düşməsinə
səbəb oldu.
Azərbaycanın film sektoru digər Aİ ölkələri ilə müqayisədə mərkəzlənmişdir. Bu isə
sektorun bütün tsikllərinə – yaradıcılıq prosesinə, istehsal tsiklinə, filmlərin yayımı və
satışına təsir edir. Siyasət və qanunvericilik səviyyəsində film sektoru yaradıcılıq
sahələrinin tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Ölkədə film sahəsinin bədii
yaradıcılıq elementinin kommersiya və biznes aspektləri ilə birləşdirəcək ekosistemə
ehtiyac var. Bu ekosistemdə dövlətin (Mədəniyyət Nazirliyi vasitəsilə) rolu daha çox
bədii özünüifadə azadlığı üçün şərait yaratmaq və məzmunun təşkil edilməsi və
istehsalında mümkün qədər az iştirak etmək ola bilər. Göründüyü kimi, cəmiyyətin
dəyişməsi prosesi bir çox çətinliklərə yol açır – problem yalnız mədəniyyət və
yaradıcılıq siyasətlərinin demokratik dövlətdə oynadığı rolla deyil, mədəniyyət və
yaradıcılıq sahələrinin cəmiyyətin iqtisadi inkişafında oynadığı rolla əlaqədardır.
Mədəniyyət siyasətləri və iqtisadiyyat, yaradıcılıq və sənaye, xüsusilə də film
sektorunda kiçik və orta müəssisələr üçün əlverişli şəraitin yaradılması və yaradıcılıq
sahələrinin çiçəklənməsi arasındakı əlaqə bütün səviyyələrdə möhkəmləndirilməlidir.
Hazırkı dəyişikliklər bütün dünyanın rəqəmsal cəmiyyətə doğru addımladığı dövrdə
baş verir. Bu, cəmiyyətin həyatının bütün aspektlərinə təsir etsə də, film sənayesinə
xüsusilə nüfuz edir. Film istehsalı texnologiyalarının və filmlərin yayımının tamamilə
1
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova regional təşkilatının mədəniyyət siyasəti haqqında məlumat
rəsədxanası, www.observatory-guam.org/content.php?page=14