7
əlaqədar yeni inkişaf pilləsinə yüksəlir. Həqiqətən də,
həm bazar subyektlərinin, həm də, sadəcə olaraq insan
fərdlərinin iqtisadi bazisinin və ünsiyyət vasitələrinin
təkmilləşdirilməsi
onların
beynəlxalq
qarşılıqlı
münasibətlərinin güclənməsinə təsir göstərir. Buna görə
də qloballaşma müxtəlif ölkələrin iqtisadiyyatının
qarşılıqlı asılılıq səviyyəsinin misilsiz artırılmasını, bütün
planet miqyasında əmtəələrin,
xidmətlərin, kapitalların və
informasiyaların
mübadiləsinin
keyfiyyətcə
sürətlənməsini, xarici iqtisadi əlaqələrin ticarət və
kommersiya formalarının hərtərəfli genişlənməsini
nəzərdə tutur. Bir sözlə kommersiya fəaliyyəti təkcə
ticarət sferasını deyil, həm də digər bazar subyektlərini
də əhatə edən beynəlxalq
fəaliyyətə çevrilir
Çox illər ticarət prosesinin əsas fiqurları ali və
orta ixtissalı əmtəəşünaslar hesab olunurdu. Bazar
iqtisadiyyatına keçid bu ənənəvi ixtisas sahiblərinə olan
tələbi kəskin dəyişdi. Belə ki, sənaye və ərzaq malları
üzrə yüksək ixtisaslı əmtəəşünaslara olan tələb nəzərə
çarpacaq dərəcədə azaldı. Ticarət müəssisələri universal
çeşidli mallar satırlar, onların keyfiyyəti isə sertifikatla
təsdiq
olunur.
Müasir
dövrmüzdə
artıq xarici
terminologiyaya aid olan menecer, marketoloq, auditor
və baçqa yeni ixtisaslar vardır. Ticarət müəssisəsinin ştat
cədvəlində satış üzrə menecer –əmtəə alışı üzrə menecer,
təchizat üzrə menecer, reklam üzrə menecer və s. bu kimi
vəzifələr mövcuddur.
Bazar iqtisadiyyatı şəraitində yeni universal tipli
kommersantların hazırlanmasını tələb edir.
Bu gün ki, kommersant öz tərəfdaşları ilə
kommersiya danışıqları aparmaq məharətinə malik
olmalı, malgöndərənlərlə alıcılar arasında qarşılıqlı
təsərrüfat əlaqələrinin tənzimlənməsi metodları və
üsullarını, malların istehlak xassələrini, keyfiyyətin
10
MÖVZU 1.
KOMMERSİYA ANLAYIŞI, MAHİYYƏTİ,
MƏZMUNU, MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ.
Açar sözlərı
Kommersiya, rəqabət, ticarət, ticarət dövriyyəsi,
sahibkarlıq, kommersiya işi, ofenya, (səyahətçi), tacir,
dəyər, ticarət prosesləri, konsepsiya, texnoloji proseslər,
əmək
vasitəsi, əmək predmeti və s.
Mövzunun proqram sualları
Kommersiya anlayışı, mahiyyəti, məzmunu və
nəzəri əsasları. Kommersiya biznesin tərkib hihissəsi
kimi. Kommersiya maddi dəyərlərin mübadiləsinə
xidmət
edən fəaliyyət
növü kimi.
Kommersiya
fəaliyyətinin yaranması və formalaşmasını şərtləndirən
sosial-iqtisadi mühit. Sahibkarlıq. Kommersiya ticarət.
Satış və kommersiya səyləri. Kommersiya və rəqabət
şəraiti.
Kommersiya-müəssisə
fəaliyyətinin
idarə
edilməsi
və
təşkilinin
kompleks sistemi kimi.
Kommersiya fəaliyyətinin əsas məqsədləri.Kommersiya
konsepsiyaları haqqında müasir fikirlər. Fənnin xalq
təsərrüfatı
kompleksində
və
sahə
kadrlarının
hazırlanmasında rolu. Əmtəə bazarının təşkilati – texniki
bazasının inkişaf istiqamətləri, fənnin predmeti, tədqiqat
obyektləri, tərkib ünsürləri. Fənnin elmi, nəzəri –
metodoloji əsasları, digər fənlərlə əlaqəsi, mütəxəssis
kadrların formallaşmasında rolu. Fənnin qarşısında
qoyulmuş məsəllələrin həllinə məqsədli yanaşma.