10
Qeyri-funksional sektor isə kapillyar sisteminin qalan 90%-də yerləşir və
qanın depolaşmış hissəsini təşkil eir. Qanın bu depolaşmış hissəsi heç bir funksiya
həyata keçirmir və kəskin qanaitirmələr zamanı orqanizmin ekstremal
vəziyyətlərində təcili kompensasiya üçün istifadə edilir (Чижевский А.Л., 1959).
Orqanizdə DQH-nin bölüşdürülməsi. Müxtəlif müəlliflərin verdikləri
məlumatlara görə orqanizmdə dövredən qan bədən kütləsinin orta hesabla 1/13
hissəsini və ya 7%-ni təşkil edir. Deməli, bu həcm bədənin kütləsindən və bədən
səthindən asılı olaraq böyük diapazonda
tərəddüd edərək, təxminən 5-6 litrə bərabər
olur. bundan başqa DQH-nə bir çox amillər də təsir göstərir: məsələn, fərdin cinsi,
yaşı, sənəti, idmanla məşğuliyyəti, həyat tərzi, ətraf mühitin temperaturası, atmosfer
təzyiqi və s.
Orqanizmdə dövredən qan parenximatoz orqanlar və ürək-damar sistemi
arasında bərabər bölünməmişdir. Belə ki, DQH-nin 20%-ə qədəri parenximatoz
orqanlarda, 80%-i ürək-damar sistemində yerləşir. Orqanlarda qanın yerləşməsi
belə nisbətdədir: 7% skelet əzələlərində, 5% qara ciyərdə, qalan 12%-i isə ürək, ağ
ciyərlər, dalaq, böyrəklər və s arasında bölüşdürülmüşdür. Orqanlar arasında qanın
qeyri-bərabər yerləşməsi orqanın funksional fəallığı və buna müvafiq olaraq
orqanda qan cərəyanının perfuziyasının intensivlik dərəcəsi ilə əlaqədardır. Həm də
orqanizmin funksional vəziyyətindən asılı olub böyük dəyişkənliklərə məruz
qalaraq qanın yenidənbölüşdürülməsi baş verir.
Qan dövranı sestemində də qan qeyri-bərabər yerləşir. Belə ki, DQH-nin 75-
80% böyük qan dövranında, 20-25% kişik qan dövranında yerləşir. Bunun 65-70%
venoz sistemdə, 15-20% arterial sistemdə, az bir hissəsi (5-8%) isə kapillyar
sistemdə dövr edir. Ürək-damar sistemində DQH-nin bölüşdürülməsi aşağıdakı
şəkildə verilmişdir (Şəkil 1).
DQH-nin tənzimlənməsi. Volemik göstəricilərin səviyyələri daimi sabit
deyildir. Müxtəlif təsirlərdən qanın depolaşmasından və əksdepolaşmasından,
transkapillyar mübadilədən (yəni qan plazmasının artmasından və ya azalmasından)
və digər amillərdən asılı olaraq, bu həcm dəyişkənliklərə məruz qalır.
Qeyd edildiyi kimi, orqanizmdə qanın müəyyən hissəsi ümumi dövretmədə
iştirak etmir (qeyri-funksional hissə), depolarda qeyri-funksional kapillyarlarda
“durğunluq vəziyyətində” qalır. Qeyri-funksional kapillyarların xüsusi çəkisi
ümumi kapillyarların böyük hissəsini – 90%-ni təşkil edir. Onlarım ümumi
köndələn kəsiklərinin səthi aortanın köndələn kəsiyindən 600-800 dəfə böyükdür
(Чернух А.М. və başq., 1975) və ümumi uzunluğu 100.00 km-ə bərabərdir
(ekvatorun uzunluğundan 2,5 dəfə uzundur).