1
(BFB-nin 27.06.2014-cü il tarixli 04 nömrəli Qərarının redaksiyasında)
BAKI FOND BİRJASINDA
Market-meyker fəaliyyətinə dair daxili qaydalar
«Təsdiq edilmişdir»
Bakı
Fond
Birjasının
Müşahidə şurası
Protokol N _______
«15» avqust 2012-ci il
Sədr _________ C. Hacıyev
Bakı şəhəri
2
1.
Ümumi müddəalar
1.1.
Bu Qaydalar Azərbaycan Respublikasının Qanunvericiliyinə, Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin normativ-hüquqi aktlarına uyğun olaraq, “Bakı Fond
Birjası” QSC-nin Nizamnaməsi və digər daxili sənədləri əsas götürülməklə
qəbul olunmuşdur.
1.2.
Bu Qaydalar Bakı Fond Birjasında qiymətli kağızlarla bağlı ticarət üzrə bu və
ya digər birja üzvünə müvafiq qiymətli kağız və ya qiymətli kağızların ticarəti
üzrə market meyker statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyir.
1.3.
Bakı Fond Birjası Üzvlərini bu Qaydaların qüvvəyə minməsi haqqında, habelə
bu Qaydalara edilən dəyişikliklər və əlavələr haqqında, onların qüvvəyə
minməsindən sonra 5 iş günü ərzində xəbərdar edir.
2. Anlayışlar
2.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənalarda
işlədiləcəkdir:
2.1.1. “Market-meyker” – Birjada mütəmadi olaraq öz hesabına və Birja ilə
razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özü tərəfindən müəyyənləşdirilmiş
qiymətlərlə öz vəsaitləri hesabına qiymətli kağızların alqı-satqısını həyata
keçirən, Birjanın İdarə Heyəti tərəfindən market meyker səlahiyyətləri verilmiş
Birja üzvü və ya Birja üzvü ilə müvafiq qaydada müqavilə bağlamış hüquqi
şəxsdir;
2.1.2. Ticarət sistemi – Bakı Fond Birjasının proqram təminatı, verilənlər bazası,
telekommunikasiya sistemləri və digər avadanlıqlarından ibarət olmaqla, həm
bilavasitə birjanın ticarət zalında, həm də ondan kənarda (daxil olmaq üçün
terminal vasitəsi ilə) birja əməliyyatları və əqdlərinin həyata keçirilməsi üçün
zəruri olan məlumatları təmin etmək, saxlamaq, işləmək və açıqlamaq imkanı
verən proqram təminatı və kompüter şəbəkə sistemidir;
3
2.1.3. Alış kotirovkası - Birjanın ticarət sistemində bu qaydaların şərtlərinə
uyğun market meyker tərəfindən qiymətli kağızların alışı üzrə verilmiş limit
qiymətli sifarişdir;
2.1.4. Satış kotirovkası - Birjanın ticarət sistemində bu qaydaların şərtlərinə
uyğun market meyker tərəfindən qiymətli kağızların satışı üzrə verilmiş limit
qiymətli sifarişdir;
2.1.5. Qiymət dəhlizi (spred) – Market meykerin alış və satış qiymətlərini
müəyyən edərkən əməl etməli olduğu, qiymətli kağızların cari qiymətinə nəzərən
aşağı və yuxarı qiymət dalğalanması arasındakı fərqdir;
2.1.6. Market-meyker əqdi – Birjanın daxili qaydalarına və ticarət reqlamentinə
uyğun olaraq market-meyker sessiyası daxilində, ən azı bir tərəfdən market-
meyker olmaqla bağlanan ticarət əqdləridir;
2.1.7. Güzəştlər – Bakı Fond Birjasının qaydalarına uyğun olaraq market meyker
əqdləri üzrə market meykerə tətbiq edilən güzəştlərdir;
2.1.8. Qaydalar – Qiymətli kağızlar bazarında fəaliyyəti tənzimləyən normativ
hüquqi aktlar, Bakı fond birjasının daxili qayda və təlimatları;
2.1.9. Minimal alış həcmi - market meykerin gün ərzində BFB-nin ticarət
sistemində market meyker sessiyası başlayan zaman təqdim etməli olduğu alış
sifarişinin minimal məbləğidir (alış qiyməti * qiymətli kağızların sayı > =
minimal alış həcmi). Market meyker ona ünvanlanmış satış sifarişlərinin yalnız
minimal alış həcmi qədərində olan hissəsinin alınmasına öhdəlik daşıyır.
3. Market meyker statusunun verilməsi üçün meyarlar
3.1. Aşağıdakı meyarlara cavab verən Birja üzvlərinə və ya Birja üzvü ilə
müvafiq qaydada müqavilə bağlamış hüquqi şəxslərə (bundan sonra – müraciətçi)
Birjanın İdarə Heyətinin qərarı ilə birjada ticarətə buraxılan və ya ilkin
yerləşdirməyə çıxarılmış qiymətli kağız üzrə market meyker statusu verilə bilər:
3.1.1. Birjaya müraciətindən əvvəlki 3 (üç) il ərzində fəaliyyət göstərməlidir;
3.1.2. Son maliyyə ilinin nəticələri üzrə mənfəətə malik olmalıdır;
4
3.1.3. Market meyker birja üzvü olduqda aşağıdakı sahələrdə təcrübəyə malik
olan azı iki işçiyə malik olmalıdır:
3.1.3.1. Qiymətli kağızların treyderi kimi ən azı bir il fəaliyyət göstərməlidir;
3.1.3.2. Dövlət qiymətli kağızları və ya digər bu tipli maliyyə alətləri sahəsində
treyder təcrübəsinə malik olmalıdır;
3.1.3.3. Market meykerlik etdiyi qiymətli kağızın emitentinin idarəetmə orqanının
üzvü olmamalıdır;
3.1.3.4. Birja tərəfindən müəyyən olunmuş digər tələblər.
3.1.4. Market meyker birja üzvü olmadıqda 3.1.3 bəndinin müddəaları onun
adından çıxış edən Birja üzvünə şamil edilir.
4. Market meyker statusunun verilməsi proseduru
4.1. Müraciətçi bu barədə ərizə ilə Birjanın İdarə Heyətinə müraciət edir. Ərizəyə
aşağıdakı sənədlər əlavə edilir:
4.1.1. Ərizəçinin bu qaydaların 3-cü bəndinin tələblərinə cavab verməsini təsdiq
edən sənədlər;
4.1.2. Market meyker fəliyyəti ilə məşğul olmaq üçün müraciət forması (Əlavə1);
4.1.3. Üzərinə götürdüyü gündəlik minimal alış həcmi öhdəliyinə bərabər
miqdarda pul vəsaitinin birjanın hesabına köçürülməsini təsdiq edən sənəd və ya
həmin həcmdə bank təminatı;
4.1.4. Market meykerin adından ticarətdə iştirak edəcək 3.1.3 bəndinin tələblərinə
cavab verən treyderi barədə məlumat;
4.1.5. Market meykerin klirinq təşkilatında (depozitarda) olan hesab nömrəsi;
4.1.6. Market meykerin öz əməliyytalarını müştəri hesablarından apardıqda,
market meykerin adından çıxış etdiyi müştərinin klirinq təşkilatında (depozitarda)
olan hesab nömrəsi;
4.1.7. Birjanın İdarə Heyəti tərəfindən tələb edilən digər sənədlər.
4.2. Market meyker statusunun əldə edilməsinə dair ərizəyə onun təqdim
edilməsindən keçən 5 (beş) iş günü ərzində Birjanın İdarə Heyəti tərəfindən
baxılır.
5
4.3. Birjanın İdarə Heyəti ərizəçinin müraciəti üzrə müsbət qərar qəbul etdikdə
onunla market meyker müqaviləsi bağlanılır. Müqavilədə aşağıdakı müddəalar
nəzərdə tutulur:
4.3.1. Market meyker öhdəliklərinin həcmi;
4.3.2. Qiymət dəhlizi (Birja tərəfindən hər bir alət üzrə təyin olunmuş minimal və
maksimal qiymət həddindən artıq olmamaq şərti ilə);
4.3.3. Market meykerin öhdəliklərindən azad olunması şərtləri, əgər müqavilə
üzrə belə şərtlər nəzərdə tutulmuşdursa;
4.3.4. Birja tərəfindən market meykerə tətbiq edilən güzəştlər və onların tətbiqi
şərtləri;
4.3.5. Market meykerin adından ticarətdə iştirak edəcək treyderi barədə məlumat;
4.3.6. Market meykerin fəaliyyətinin predmeti olan qiymətli kağızlar;
4.3.7. Market meykerin öz öhdəliklərinin icrasına başlaması müddəti;
4.3.8. Market meykerin öhdəliklərinin qüvvədə olması müddəti;
4.3.9. Müqaviləyə əlavə və düzəlişlərin edilməsi və onların qüvvəyə minməsi
şərtləri;
4.3.10. Market meykerin və ya onun adından çıxış edən birja üzvünün Birja
üzvlüyü dayandırıldıqda, onun öhdəliklərinin digər birja üzvləri vasitəsi ilə yerinə
yetirilməsi şərtləri.
4.4. Birjada ticarətə buraxılmış hər bir qiymətli kağız üzrə bir və ya bir neçə
market meyker təyin oluna bilər;
4.5. Hər bir market meyker statusunun verilməsi zamanı Birja bu barədə
məlumatı açıqlayır. Məlumatda aşağıdakılar nəzərdə tutulur:
Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi və ya ISIN kodu;
Market meykerin adı;
Market meykerin alış və satış öhdəliklərinin həcmi;
Qiymət dəhlizinin minimal və maksimal hədləri;
Birjanın İdarə Heyəti tərəfindən müyyən olunmuş digər müddəalar.
6
5. Market meykerin öhdəlikləri
5.1. Market meyker müqavilədə göstərilmiş qiymətli kağızlar üzrə gündəlik alış
və satış qiymətləri müəyyənləşdirir, bu qiymətləri gündəlik olaraq Birja vasitəsilə
elan edir. Qiymətlər bu Qaydalarla müəyyən edilmiş qiymət dəhlizi çərçivəsində
olmalıdır;
5.2. Market meyker gündəlik olaraq müqavilədə göstərilmiş qiymətli kağızlar
üzrə, bu Qaydaların və market meyker müqaviləsinin şərtlərinə uyğun olaraq
Birjanın ticarət sistemində öz adından, öz hesabına alış və satış kotirovkalarını
təqdim edir. Market meyker Birja üzvü olmadıqda, alış və satış kotirovkaları
müvafiq qaydada Birja üzvü tərəfindən təqdim edilir.
5.3. Market meyker müqavilədə göstərilmiş qiymətli kağızlar üzrə, bu
Qaydaların və market meyker müqaviləsinin şərtlərinə uyğun olaraq Birjanın
ticarət sistemində öz adından, öz hesabına məcburi qaydada alış və könüllü
qaydada satış kotirovkalarının icrasını təmin etməlidir. Market meyker Birja üzvü
olmadıqda, öhdəliklərin icrası müvafiq qaydada Birja üzvü tərəfindən təmin
edilir.
5.4. Alış kotirovkasının minimal həcmi Birjada ticarətə buraxılmış qiymətli
kağızlar və maliyyə alətləri üzrə Birja tərəfindən müəyyən edilir və açıqlanır.
5.5. Satış kotirovkasının minimal həcmi market meyker müqaviləsi ilə müəyyən
edilir;
5.6. Market meyker könüllü qaydada öz öhdəliklərindən artıq əqd bağlaya bilər.
5.7. Market meyker bu Qaydaların 4.1.4 bəndinə müvafiq olaraq hər bir qiymətli
kağız üzrə onun adından yalnız bir treyderin iştirakını təmin etməlidir;
5.8. Market meyker Birjanın ticarət qaydalarına, qiymətli kağızlar bazarının
tənzimlənməsinə dair qanunvericilik aktlarına əməl etməlidir.
5.9. Market meyker öz funksiyalarını yerinə yetirərkən aşağıda göstərilən
reqlamentə əməl edir:
5.9.1. Hər ticarət günü saat 10:00-dək market meyker öz sifarişlərini elektron
qaydada Birjaya təqdim edir və kütləvi açıqlayır;
7
5.9.2. Market meyker sessiyası birjada hər ticarət günü saat 10:00 – 16:00-dək
keçirilir (12:30-dan 14:15-dək ticarət üçün fasilə müddəti nəzərə alınmaqla);
5.9.3. Market meyker minimal alış və satış kotirovkalarını (müqavilədə nəzərdə
tutlduqda) market meyker sessiyası başlandıqdan 5 dəqiqə ərzində Birjanın ticarət
sisteminə daxil edir;
5.9.4. Market meyker market meyker sessiyası ərzində icra olunmamış
kotirovkalarını dəyişdirə bilər, lakin bu zaman kotirovkanın dəyişdirilməsi
müddəti 5 dəqiqədən artıq olmamalıdır;
5.9.5. Market meyker əqdləri nəticəsində yaranmış öhdəliklərin icrası market
meyker ilə Birja arasında bağlanılmış market meyker müqaviləsində başqa hal
nəzərdə tutulmadıqda, əqd bağlanıldıqdan sonra növbəti ticarət günü saat 16:15-
dək həyata keçirilir;
5.10. Market meyker müqavilədə nəzərdə tutulduqda aşağıdakı hallarda
öhdəliklərindən azad edilir:
5.10.1. Gündəlik nəzərdə tutulmuş öhdəlikləri təmin etdikdə;
5.10.2. Birjanın İdarə Heyətinin qərarı əsasında müəyyən olunmuş müddətə;
6. Qiymət dəhlizi
6.1. Market meyker öz öhdəliklərini yerinə yetirərkən və bu Qaydaların 5.1-ci
bəndinə uyğun olaraq qiymətlər müəyyən edərkən aşağıda göstərilən qaydada
hesablanmaqla qiymət dəhlizinə əməl etməlidir:
6.1.1. səhmlərin ticarəti üzrə:
QD = Q
yüksək
satış –
Q
aşağı
alış * 100%
Q
aşağı
alış
Burada, QD market meykerin səhmlər üzrə qiymət dəhlizi üçün hazırkı
mövqeyidir.
Q
yüksək
satış
müvafiq qiymətli kağızlara verilən ən yüksək satış qiymətidir.
Q
aşağı
alış
müvafiq qiymətli kağızlara verilən ən aşağı alış qiymətidir
6.1.2. korporativ istiqrazlar üzrə:
8
GD = G
yüksək
satış –
G
aşağı
alış * 100%
G
aşağı
alış
Burada, GD market meykerin korporativ istiqrazlar üzrə qiymət dəhlizi üçün
hazırkı mövqeyidir.
G
yüksək
satış
müvafiq qiymətli kağızlara verilən ən yüksək satış qiymətidir.
G
aşağı
alış
müvafiq qiymətli kağızlara verilən ən aşağı alış qiymətidir
6.2. Qiymət dəhlizinin maksimal və minimal hədləri Birja tərəfindən ticarətə
buraxılmış hər bir alət üzrə ayrılıqda müəyyən olunur və açıqlanır;
7. Market meykerin təqdim etdiyi hesabatlar
7.1. Market meyker aşağıdakılar barədə hesabatları birjaya təqdim etməlidir:
7.1.1. Səlahiyyətli treyderlərinin dəyişməsi barədə məlumat – dərhal;
7.1.2. Auditdən keçmiş illik maliyyə hesabatları – iyun ayının 30-dan gec
olmayaraq. Birja həmin məlumatları özünün məlumat yayımı vasitələri ilə
açıqlamaq hüququna malikdir;
7.1.3. Fəaliyyətin dayandırılması, əsas fəaliyyət növünün həyata keçirilməsi ilə
bağlı meydana çıxan mühüm dəyişikliklər – 1 iş günü ərzində;
7.1.4. Nəzərat orqanı tərəfindən verilmiş peşəkar fəaliyyət lisenziyaların
dayandırılması və ya ləğv olunması -1 iş günü ərzində;
7.1.5. Market meyker müqaviləsində nəzərdə tutulmuş digər müddəalar.
8. Market meykerin fəaliyyətinə nəzarət
8.1. Birjanın qüvvədə olan daxili qaydalarının və bu Qaydaların tələblərinə
uyğun olaraq Birja market meykerin öz öhdəliklərini yerinə yetirməsinə nəzarət
edir;
8.2. Market meykerin bu Qaydaların tələblərinə uyğun olaraq təqdim edilmiş
hesabatlardan əlavə, Birjanın İdarə Heyətinin bu barədə əsaslandırılmış qərarı ilə
market meykerin fəaliyyətinin yoxlanılması üçün əlavə tələblər müəyyən edilə
bilər.
9
9. Market meyker statusunun dayandırılması və ya ləğvi
9.1. Market meyker statusu aşağıdakı hallarda Birjanın İdarə Heyətinin qərarı ilə
dayandırıla və ya ləğv edilə bilər:
9.1.1. Market meyker özünün qanunvericilik, bu Qaydalar və onunla bağlanmış
müqavilədən irəli gələn öhdəliklərinə əməl etmədikdə, habelə qiymətlərlə
manipulyasiya və öz statusundan sui-istifadə halları aşkarlandıqda;
9.1.2. Bazar iştirakçılarının maraqlarının müdafiəsi və bazarın təhlükəsizliyinin
qurunması məqsədi ilə;
9.1.3. Market meyker bu statusu həyata keçirdiyi qiymətli kağızlar dövriyyədən
çıxarıldıqda;
9.1.4. Market-meykerin peşəkar fəaliyyət (diler) lisenziyası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə;
9.1.5. Birja üzvü olan market-meyker Birja üzvlüyündən çıxarıldıqda və ya
üzvlüyü müvəqqəti dayandırıldıqda;
9.1.6. Market meykerlə bağlanmış müqavilənin müddəti bitdikdə və onun
uzadılması barədə razılıq əldə edilmədikdə;
9.1.7. Könüllü şəkildə - market meykerlə bağlanmış müqavilənin vaxtından tez
ləğv olunması barədə 30 gün əvvəl müraciət olunduqda;
9.1.8. Market meyker statusunun dayandırılması və ya onun ləğvi zamanı Birja
ticarət iştirakçılarını və ictimaiyyəti məlumatlandırır (özünün rəsmi veb səhifəsi
vasitəsi ilə).
10. Qaydaların pozulmasına görə məsuliyyət
10.1. Bu Qaydaların tələbləri market meyker tərəfindən pozulduğu halda Birjanın
İdarə Heyəti ona qarşı aşağıdakı məsuliyyət tədbirləri tətbiq edə bilər:
10.1.1. xəbərdarlıq;
10.1.2. cərimə - öz öhdəliklərinin pozulmasına görə market meyker üzərinə
götürdüyü cəmi net öhdəliklərin (alış öhdəliyi + satış öhdəliyi ) həcmindən 0,1
faizindən 1 faizinədək miqdarda cərimə edilə bilər. Cərimənin məbləği
10
pozuntunun ciddiliyinə əsasən müəyyən edilir. Cərimənin ödənilməsi müvafiq
qərarın çıxarıldığı tarixdən 5 (beş) iş günü ərzində market meyker tərəfindən icra
edilməlidir.
10.1.3. statusun ləğv edilməsi - market meyker tərəfindən öz öhdəliklərinin
pozulması halları aradan qaldırılmadıqda və ya ay ərzində həmin pozuntular
yenidən təkrar edildikdə, Birjanın İdarə Heyətinin qərarı ilə market meykerlə
bağlanmış market meyker müqaviləsi ləğv edilə bilər.
10.2.Birja market meykerə qarşı tətbiq etdiyi sanklsiyalar barədə 1 iş günü ərzində
nəzərət orqanını məlumatlandırır.
10.3. Birja market meykerə qarşı tətbiq etdiyi sanklsiyalar barədə məlumatı
açıqlaya bilər.
11. Mübahisələrin həlli
11.1. Bu Qaydalardan irəli gələn və ya bu Qaydalarlə bağlı, o cümlədən Qaydaların
etibarlığına, qüvvədən düşməsinə, yerinə yetirilməməsi və pozulmasına dair yaranan
bütün mübahisələr Birjanın Münsiflər Məhkəməsində, iddia ərizəsinin təqdim
olunduğu zaman qüvvədə olan, Birjanın hüquqi statusunu müəyyən edən sənədlərə
əsasən həll olunur. Birjanın Münsiflər Məhkəməsinin qərarları tərəflər üçün
məcburidir.
11
Əlavə 1
MARKET MEYKER FƏALİYƏTİ İLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN
MÜRACİƏT FORMASI
A.
MARKET MEYKER BARƏDƏ MƏLUMAT
A1. Ümumi məlumat:
A2. Ünvan və əlaqə vasitələri:
A3. Sahib olduğu peşəkar fəaliyyət lisenziyaları:
A4. Market meyker birja üzvü olmadıqda adından çıxış edəcək birja üzvü barədə məlumat:
Sahib olduğu peşəkar fəaliyyət lisenziyaları
Tam adı
VÖEN
Hüquqi ünvanı
Faktiki ünvanı
Əlaqələndirici şəxs
Telefon
Faks
Digər
Peşəkar
fəaliyyət növü
Verilmə tarixi Qüvvədə olma tarixi
Kim tərəfindən verilib
Tam adı
VÖEN
Peşəkar
fəaliyyət növü
Verilmə tarixi Qüvvədə olma tarixi
Kim tərəfindən verilib
QEYD: Bu forma Market meyker fəaliyyətinin predmeti olan hər bir qiymətli kağız üzrə doldurulmalıdır.
Bu sənəd market meyker müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilir.
12
B. ÖHDƏLİKLƏR BARƏDƏ MƏLUMAT
B1. Market meyker fəaliyyətinin predmeti olan qiymətli kağızlar:
B2. Market meyker fəaliyyətinin predmeti olan qiymətli kağızlar üzrə ödəliklərin həcmi:
B3. Qiymət dəhlizi:
________%
Birja tərəfindən hər bir alət üzrə təyin olunmuş minimal və maksimal qiymət həddindən artıq olmamaq şərti ilə
B4. Market meyker fəaliyyəti zamanı istifadə ediləcək hesab nömrələri:
B5. Qiymətli kağızların emitenti ilə razılaşmanın olması:
Razılaşma vardır
Razılaşma yoxdur
C. SƏLAHİYYƏTLİ TREYDER
C1. Market meykerin adından iştirak edəcək səlahiyyətli treyderlər barədə məlumat:
Xahiş edirik müraciət formasını qəbul edəsiniz
Öhəliklərinin icrasına başlanma tarixi:_________________
Rəhbər:_________________
İmza:__________________
M.Y.
Dövlət
qeydiyyat
nömrəsi/ISIN
Emitent
Alış
________________ədəd
Satış
________________ədəd
İlkin hesab
Müştəri hesabı
(Əməliyytalar müştəri hesablarından aparıldıqda)
Adı,
Soyadı,
Atasının adı
Şəxsiyyəti
təsdiq
edən sənəd
Sahib olduğu peşəkar fəaliyyət şəhadətnamələri
Fəaliyyət
növü
Seriya,
Nömrə
Verilmə
tarixi
Qüvvədə olma
tarixi
Dostları ilə paylaş: |