25
- Möhtərəm sinyorlar, qələbə əldə etmək üçün biz
ekspedisiya müşavirinin verdiyi hər bir məsləhətinə diqqət-
lə qulaq asmalıyıq. Araukaniyada hərbi əməliyyat keçirilən
zaman qocalara, qadınlara və azyaşlı uşaqlara heç bir xətər
toxunmamalıdır. Bu mənim şəxsi əmrim sayılır. Biz
həqiqətən də mülki əhali yanında etimad qazanmalı və
onları elə əmin etməliyik ki, guya araukanlar heç vaxt
bizim tərəfdən pislik görməyəcəklər. İlk növbədə xəstəliyə
düçar olan hər bir hindu bizim təbiblər tərəfindən müalicə
olunmalıdır. Müharibənin ilkin mərhələsində heç bir hindu
zorla xristianlığa qəbul edilməsin. Bu barədə bütün
məsuliyyəti mən özüm daşıyıram. İndidən sizin hamınızı
xəbərdar edirəm, heç bir zabit əməliyyat zamanı öz
komandirinin sözündən çıxmamalıdır. Hər bir əmr, sözsüz
halda içra olunmalıdır. Ekspedisiyada hökm sürən dəmir
nizam-intizam pozulmamalı və heç bir özbaşınalığa yol
verilməməlidir. Özbaşınalığa yol verən hər bir adam mənim
tərəfimdən sərt üsullarla cəzalandırılacaq.
- Don Alonso, birdən mülki əhali, bizim gəlişimizə öz
narazılığını bildirdi, onda necə olsun? - deyə qraf Xuan
hamını maraqlandıran suallardan birini polkovnikə verdi. -
Söz yox ki, araukanlar öz yerlərində rahat qalmayacaqlar.
- Biz onlara xoş üz göstərsək, onlar bizim gəlişimizdən
narazı olmayacaqlar. - deyə polkovnik qətiyyətlə dilləndi. -
26
Biz elə etməliyik ki, döyüşən hindu mülki əhalidən təcrid
olunsun. Araukanlar ərzaqdan məhrum olandan sonra uzun
müddətli müqavimət göstərə bilməyəcəklər.
- Don Alonso, biz əsas mətləbə keçsəydik pis olmazdı, -
deyə qoca səyyah burda gedən müzakirənin başa çatdırıl-
masını istədi. - İndi Araukaniyada gedəcək hərbi əməliyyat-
ların necə aparılması müzakirə edilməlidir.
- Nə deyirəm ki, keçək əsas mətləbə. - deyə polkovnik
hamıya ötəri nəzər salaraq təqdiredici tərzdə dilləndi. - 50
nəfərdən ibarət olan süvari dəstəsi kapitan Alonso
Murilyonun başçılığı altında nəzərdə tutulan marşrut ilə
istehkam tikilən kəndə yollanacaq. Yerdə qalan iki at
sahildə qurulan düşərgənin ixtiyarına verilir. Bundan əlavə
ekspedisiyanın tərkibində muşket və arkebuzla silahlanan
80 nəfər əsgər, 60 nəfər arbalyotçu və ox atanlar, 74 nəfər
hücumçu piyada var. Əsirlikdən yenicə azad edilən
silahdaşlarımız ehtiyat qüvvəsi kimi duşərgədə qalacaq. 72
nəfərdən ibarət olan dənizçilər həm fortun tikintisi, həm də
gəmilərin mühafizəsi ilə məşğul olacaq. Həm notarius,
hüquqşünas və keşiş, həm də çoğrafiyaşünas əlavə
göstərişlər gələnə qədər düşərgədə qalacaqlar.
Görürəm ki, bəzi zabitlər bu bölgüdən narazıdır.
Polkovnik bu iradı tutmaqda haqlı idi. 22 nəfərin ehtiyat
qüvvəsi elan edilən kimi Morelos qardaşları narazı halda
27
biri-birilərinə nə isə deməyə başladılar. Elə fürsət tapan
kimi qraf Filipp ayağa qalxıb narazı halda dedi:
- Don Alonso, şəxsən mən təcrübəli və peşəkar bir zabit
kimi bu bölgüdən narazıyam. Azdan-çoxdan mən lənətə
gəlmiş bu ölkənin bəzi yerlərinə bələdəm və ehtiyatda
qalmaqdansa, mən döyüş əməliyyatlarında xeyli xeyir verə
bilərəm. Ümumiyyətlə, mənim qardaşım və sizin ovladları-
nız da düşmənə qarşı gedəcək döyüşlərdə fədakarlıqla
döyüşərək, bir çoxlarından fərqlənə bilərlər. Bir zabit və bir
ispan idalqosu kimi sizdən artıq dərəcədə xahiş edirəm, bizi
qabaqcıl dəstələrin birinə təhkim edəsiniz.
- Don Filipp, uzun müddətli əsirlikdən sonra, sizin
düşərgədə qalıb istirahət etməyiniz məsləhətdir. - deyə
polkovnik qrafa ötəri nəzər salaraq təşəxxüslə dilləndi.
- Mən ispan zabitiyəm və düşərgədə qalıb istirahət
etmək, mənim vicdanıma sığmaz. - deyə qraf Filipp başını
dik tutaraq qürurla dilləndi.
- Bizim də burada qalmağımız yersizdir. - deyə pol-
kovnikin böyük oğlu narazı halda dilləndi. - Ata, bizi
döyüşçülər qarşısında gülünc vəziyyətdə qoyma. Ola bilsin
ki, biz müəyyən günahlar işlətmişik, lakin bu o demək deyil
ki, həmin günahlara görə biz müharibə başa çatana qədər
düşərgədə qalıb istirahət etməliyik.
28
- Mən istəyirəm ki, siz əzablı günlərdən sonra düşərgədə
qalıb güc toplayasınız. - deyə polkovnik ciddi halda
dilləndi. - Siz hamınız bilməlisiniz ki, döyüş əməliyyatları
başlayanda biz ardı-arası kəsilmədən dağ keçidlərindən
keçməli olacağıq. Bunun üçün isə möhkəm iradə və çoxlu
qüvvə lazımdır.
- O qüvvə bizdə var! - deyə Karlos həvəslə dilləndi.
- Silahdaşlarım düşmənlə döyüşən bir zamanda mən arxa
cəbhədə qala bilmərəm. - qraf Xuan qətiyyətlə dilləndi.
- Don Alonso, həqiqətən də bizim vicdanımız qəbul
etməz ki, silahdaşlarımız düşmənlə döyüşən bir zamanda
biz düşərgədə qalıb istirahət edək. - deyə qraf Filipp öz
qardaşının sözlərini təsdiq etdi. - Ön cəbhədə döyüşmək
üçün bizə imkan yaradın.
Burada inadkarlıq etməyin heç bir xeyri yox idi. Polkov-
nik zabitlərin xahişini nəzərə alaraq onları avanqard
dəstəsinə keçirməli idi. Bir tərəfdən isə həmin zabitlərin
polkovnikin gözünün qabağında olmaları vacib idi.
Hərəkətlərindən hiss olunurdu ki, onlar hərbi əməliyyatlar
zamanı polkovnikdən başqa digər zabitlərin verdikləri əmri
ciddi qəbul etməyəcəklər.
Təəssüf hissilə başını tərpədən polkovnik bir az fikrə
gedəndən sonra ciddi halda dedi:
Dostları ilə paylaş: |