97
istedadlar,
təzə-tər
poetik
nəfəslər
ədəbiyyatımıza
gəlməkdədir. İnanıram ki, Elçin İsgəndərzadə “torpağı
göylərə sovrulan xalqın”, “dünyada təklənib, qovrulan
xalqın” ləyaqətli şair oğlu olacaq və elə bir gün gələcək ki,
Tanrı onu Şuşa adlı, Ağdam adlı, küllü Qarabağ adlı yurduna
yetirəcək. Onun şair duası müstəcəb olacaqdır.
Mən də sənin bu duana qoşuluram, Elçin!”
O gündən sonra qəlbində dolaşan Məmməd Araz nağılı
poetik sədası ilə hər gün könlünə sığal çəkdi.
Məmməd Araz qonaq idi Şuşada...
Aradan illər, sənələr ötüb
hələ də bu şairin gur səsi qalıb
qayaların, dağların qulağında.
Şairin köksündə ilham bulağı
qaynayırdı,
daşırdı.
Məmməd Araz o gecə
dağlarla pıçıldaşırdı.
Elçin İsgəndərin yaddaşında Məmməd Arazlı illər şirin
bir nağıl kimi özünə ölməzlik qazandı. O, şair zirvəsinə
ucaldığına görə hər zaman Məmməd Arazı şükranla anıb,
sağlığında adına, ölümündən sonra ruhuna dualar oxudu.
98
TÜRK DÜNYASININ DENKTAŞI
Kuzey Kıbrıs Türk Cümhuriyyəti... Bu ada dövlətini
düşünəndə, türkün əzəməti insanın gözləri önünə gəlir.
Metedən, Atilladan, Atatürkdən üzü bəriyə nə qədər türk
qəhrəmanları olub. O qəhrəmanlar ki, heç nədən dövlət
qurublar. O qəhrəmanlar ki, az qala bütün dünyanın düşmən
nəzəri altında öz atlarını dördnala çaparaq bu qəhrəman
etnosun
ölməzliyini
sübuta
yetiriblər.
Belə
azman
qəhrəmanlardan biri də Rauf Denktaş... Adada baş verən
dəhşətlərdən sarsılan və bir gecədə qərar qəbul edərək, adaya
qoşun yeridən baş bakan Bülənt Ecevitin elan etdiyi dövlətin
sükanı arxasına keçən böyük türk oğlu. Bütün dünyanın yad
baxışları altında bu sükanı saxlamaq heç də asan iş deyildi.
Bu sükanı saxlamaq üçün insandan böyük dözüm və iradə
tələb olunurdu. Bəlkə də bu yaranan dövlətin başında zəif bir
lider dayansaydı, düşmənin məkr və qəzəbi qarşısında əriyər,
yox olar, ən azı taxtını-tacını qoyub, sakitliyə, tənhalığa
çəkilərdi. Amma Rauf Denktaş çəkilmədi. Geriyə addım
atmadı. Hələ bir az da qabağa gedərək, bu dövlətin ayaq üstə
dayanmsına nail oldu. Çünki o, məğrur və yenilməz başçı idi.
Elçin İsgəndər həmişə türkün əzəmət və yenilməzliyini
düşünəndə, bu əzəmət və yenilməzliyin fonunda Rauf
Denktaşın da surətini görürdü. Və hər zaman onu hörmətlə
anıb, bir zaman onunla görüşmək həvəsi və həsrətiylə
yaşayırdı. Tale elə gətirdi ki... Deyir, insan ən ağılagəlməz
bir arzunun həyata keçmək şövqü ilə yaşayırsa, bir gün o
99
arzusu həyata keçir. Bəlkə elə o görüşün tarixçəsi də o dəruni
istəyin şövqündən yaranmışdı!.. Hər nə isə, olan olmuş,
böyük arzusu həyata keçmişdi.
Kıbrıs Türk Cümhuriyyətində bir vəqf fəaliyyət
göstərirdi. KIBATEK, yəni, Kıbrıs, Balkanlar, Avroasiya
Türk Edebiyyatları Kurumu adı alan bu qurum çox böyük
işlərlə məşğul olurdu. İlk növbədə Kıbrısı bir cümhuriyyət
kimi dünyaya təqdim etmək, tanıtmaq vəqfin əsas
məramlarından biri idi. Bu vəqfdə çox görkəmli simalar
toplanmışdılar. O simalardan biri də İsmayıl Bozkurt idi.
Vəqfə rəhbərlik edən İsmayıl Bozkurt Rauf Denktaşın ən
yaxın silahdaşlarından biri kimi tanınmışdı. İyirmi il Kıbrıs
parlamentinin deputatı olan, sonra uzun illər Kıbrıs
Cümhuriyyətinin mədəniyyət naziri kimi çalışan bu adam,
sözün həqiqi mənasında, başdan-ayağa türk idi və bütün
həyatını Kıbrısın istiqlalına həsr eləmişdi.
KIBATEK-in
nəzdində
“Turnalar”
dərgisi
nəşr
olunurdu. Bu dərginin sayəsində türk xalqları arasında
ictimai-siyasi, mədəni əlaqələr genişlənirdi. Elə İsmayıl
Bozkurtla Elçin İsgəndərin görüşü də bu əlaqələrin sayəsində
mümkün olmuşdu. Onlar Ankarada, KIBATEK-in bir
toplantısında görüşmüşdülər. Və bu görüşdən onların böyük
dostluğu başlanmışdı. Bir az sonra “Vektor”un nəşri olan
“Bayatı” dərgisi ilə “Turnalar”ın əməkdaşlığı da bu iki
insanın yaxın münasibətindən bəhrələnərək, qardaş dərgilər
kimi fəaliyyət göstərdilər. Bundan sonra bizim yazarların
əsərləri “Turnalar”da dərc olunur, Kıbrıs yazarlarının əsərləri
isə “Bayatı”da yayımlanaraq oxuculara çatdırılırdı.
“Vektor” nəşrlər evi bir çox türk yazarının kitablarını
nəşr eləmişdi. Halid Fədai, Şövket Öznur, Orhun Bozkurt,
Mahmut İslamoğlu, Mustafa Çəlik və onlarla başqaları... O
vaxta qədər isə İsmayıl Bozkurtun bir neçə romanı dilimizə
100
uyğunlaşdırılaraq çap edilmişdi. O romanlardan biri də
“Bəlkə də bir gün...” romanı idi. Bu romanda türk oğlu ilə
rum qızının məhəbbətindən bəhs edilirdi. Bu əsər oxucular
arasında çox böyük rezonans doğurmuşdu. İnsanlar bir daha
sevginin
qüdrətinə
inanmış,
bütün
düşmənçiliklərə
baxmayaraq, sevginin bütün sədləri aşmaq gücündə olduğuna
əmin olmuşdular.
İsmayıl
Bozkurtla
Elçin
İsgəndərin
sıcaq
münasibətindən yaranan bu ədəbi əlaqələrin səsi-sorağı
sonralar gedib sayın cümhurbaşkanı Rauf Denktaşa da
çatmışdı. Olduqca duyğusal insan olan Rauf bəy Elçin
İsgəndərin kimliyi ilə maraqlanmış, sonda onu Lefkoşaya
dəvət eləmişdi.
KıBrısın baş kəndi Lefkoşa Elçin İsgəndərin xəyallarının
şəhəri idi. Hələ yeniyetmə olarkən, bu şəhər haqqında çox
düşünmüşdü. Hətta öz poetik düşüncəsində də bu şəhəri vəsf
eləmişdi. Hardan Lefkoşa haqqında yazılan məqalələr,
şəkillər tapırdısa, acgözlüklə oxuyur, gördüklərini gözlərinin
yaddaşına yığırdı. Nəyə görəsə bu şəhəri türkün tənhalıq və
qəriblik şəhəri hesab edirdi. Bir də hər zaman düşmən
nəzərindən çəkilməyən bir yurd yeri sanırdı. Düşünürdü ki,
türk bir anlıq sayıqlığını itirsə, bu yerlərə dişlərini qıcımış
düşmən bu başkəndə soxular, tari-mar edər, gücü çatsa, türkü
qovub, bu yerlərə sahib çıxar.
Elə buna görə Rauf Denktaşın şəxsi dəvətini alanda
sevincinin həddi-hüdudu olmadı. Bir yandan qəhrəman Rauf
bəyi görəcəkdi, onun qonağı olacaqdı. O biri yandan
xəyallarının şəhərində bir neçə gün mehman qalacaq,
oxuduğu, şəklini gördüyü yerləri gəzib dolanacaq, sonsuz
mənəvi ruh və həvəslə, bir də buralardan yazmaq ehtirası ilə
geri dönəcəkdi.
Dostları ilə paylaş: |