üçün əsasdır. Mülkiyyət formalarından və sosial-iqtisadi inkişaf səviyyəsindən
9
BAKI-2021
asılı olmayaraq dövlət öz rol və funksiyalarından iqtisadiyyatda istifadə etməli,
milli iqtisadiyyatın formalaşması üçün müvafiq şərait yaratmalıdır. Həmçinin
sahibkarlıq fəaliyyətinə təsir edən hər cür bürokratik əngəllərin aradan
qaldırılması, onların fəaliyyətinə təsirlərin heçə endirilməsi bu sahədə dövlət
tənzimlənməsinin qarşısında duran ən vacib məsələlərdən biridir.
Sahibkarlıq fəaliyyətinin inkişafı sivil bazar münasibətləri mexanizminin
tətbiqi ilə sıx bağlıdır. Belə vasitələrin formalaşmasında və inkişafında
sahibkarlıq subyektlərinin də rolu danılmazdır. İlk növbədə, sahibkarlıq
fəaliyyəti üzrə
etik-hüquqi
normaların formalaşması azad və sivil bazar
rəqabəti
formalarının inkişafına, haqsız rəqabət meyillərinin aradan
qaldırılmasına müsbət təsir göstərir.
Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsində normativ-hüquqi
bazanın təkminləşdirilməsi istiqamətlərinin bir-biriylə əlaqəliliyinə də diqqət
yetirilməlidir. Sahibkarlığın təşkilati-hüquqi əsaslarının təmin edilməsi və
tədricən genişləndirilməsi bu istiqamətdə atılan ilkin addımlardan sayıla bilər.
Fəaliyyətinin hüquqi və qanunvericilik əsaslarının təmin edilməsi və
genişləndirilməsi ilə bağlı aşağıdakı istiqamətlər xüsusi əhəmiyyət kəsb edir:
Dostları ilə paylaş: