51
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
daha böyük önəm təşkil edir. Sonra Məhkəmə milli Ali Məhkəmənin hakimlərinin tərkibinin
ölkədaxili qanunvericiliyə uyğun olaraq müəyyən edilib‐edilmədiyini araşdırır.
Lakin milli Ali Məhkəmə mahiyyəti üzrə qərar qəbul etmək üçün faktiki əsasların olmaması səbəbi
ilə aşağı məhkəmənin qərarını ləğv etmişdir. Belə olan halda, hakimin obyektiv qərəzsizliyi yalnız
o zaman sarsıla bilər ki, həmin hakim həmin işə aşağı (və ya yuxarı) məhkəmədə baxılması zamanı
iştirak etsin. Beləliklə, hakimlərin obyektiv qərəzsizliyini qorumaq məqsədi daşıyan təhlükəsizlik
tədbirləri elə bir qaydada yaradılmalıdır ki, həmin hakimin özü üzərində nəzarəti həyata keçirə
bilməməsi təmin olunsun və bununla da maraqlar münaqişəsi aradan qaldırılsın. İşin materialından
göründüyü kimi, müvafiq hakim iki dəfə işə eyni qisimdə baxmışdır.
Məhkəmə bu cür maraqlar münaqişəsinin qarşısını almağa yönəlmiş ölkədaxili qanunvericiliyi təfsir
etməyə meylsiz olmuşdur. Halbuki, onun bunu etməsinin qarşısını heç nə almamışdır, belə ki, Cinayət
Prosessual Məcəlləsinin 109.1.6‐cı maddəsinin mətni (qərarın 12‐ci bəndinə bax) çox geniş şəkildə
müəyyən edilmişdir. Belə formal yanaşma Razılığa Gələn Dövlətlərin milli məhkəmə sistemlərinin
fəaliyyətinə mənfi təsir göstərə və heç bir ağlabatan və proporsional əsas olmadan çətinliklər yarada
bilər.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
52
Yerli mətbuat səhifələrindən
“Bəs hakimlər kimdir və yaxud saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə bilər?!”
Son günlər ölkə vətəndaşı kimi hər birimizi narahat edən və təbii olaraq müzakirə olunan əsas
mövzulardan biri də Xankəndində qondarma məhkəmə qarşısına çıxarılan həmyerlilərimiz ilə
bağlı məsələdir. Bu məsələ ilə bağlı ölkə ictimaiyyətindən müxtəlif fikirlər səsləndirilir, təkliflər
verilir və təşəbbüslər irəli sürülür. Xüsusilə, bu həssas məsələyə hüquqi aspektdən yanaşma,
problemin həllinin hüquqi mexanizmləri hamıda böyük maraq doğurur.
“Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri, Vəkillər Kollegiyası Rəyasət
Heyətinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırov son günlər ən çox müzakirə
olunan mövzu ilə bağlı öz fikirlərini bölüşüb.
Bu yaxınlarda həmyerlilərimizin iştirakı ilə Xankəndində səhnəyə qoyulmuş “məhkəmə teatrı”
bir azərbaycanlı kimi
məni də çox narahat edir.
Lakin bir hüquqşünas
kimi məni narahat edən daha
bir
nüans da
bu
problemin
həllinin,
s o y d a ş l a r ı m ı z ı n
müdafiəsinin düzgün hüquqi
m e x a n i z m l ə r i n i n
tapılmasıdır.
Son
günlər
mətbuatda
bəzi
h ü q u q ş ü n a s l a r ı m ı z ı n
qondarma məhkəmə
qarşısına
çıxarılan
g i r o v l a r ı m ı z ı n
hüquqlarının qorunması üçün
Xankəndinə getmək
təşəbbüsü ilə çıxış etmələrinə
rast gəldim. Onların bu
təşəbbüslərində olan xeyirxah
niyyətlərini
təqdir
edirəm, lakin hesab edirəm ki,
bu yanlış hüquqi mexanizmdir. Qoy bəzi həmkarlarım inciməsinlər, onlara sualım var. Bəs
hakimlər kimdir və yaxud saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə bilər?! Bu, dolayısı
yolla qondarma Dağlıq Qarabağ rejimini qəbul etmək, düşmən dəyirmanına su tökməkdir” – deyə
A.Bağırov bildirib.
“Bizə aydındır ki, vətəndaşlarımız ölkəmizin ərazisində sərbəst hərəkət etmək hüquqlarından xoş
məramla istifadə etmişlər. Lakin ermənilər bu hadisəyə saxta don geyindirmiş, həmvətənlərimizi
diversant kimi qələmə vermişlər. Bu hadisə bir daha sübut edir ki, azərbaycanlılardan heç biri, o
cümlədən hüquqşünaslarımız ora gedəcəkləri təqdirdə analoji hallardan siğortalanmayıb. Dağlıq
Qarabağda olan “bespredel” rejimdən hər şey gözləmək mümkündür” – deyə vəkil bildirib.
Hüquqşünas daha bir önəmli məqama diqqət yetirib. Belə ki, vəkilin sözlərinə görə, Avropa İnsan
Hüquqları Konvensiyasının 5‐ci və 6‐cı maddələrində göstərilmişdir ki, hər bir şəxs yalnız
səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra qanuni həbs oluna bilər, eyni
zamanda hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış
müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Burada isə qanun əsasında yaradılmış və səlahiyyətli məhkəmədən söhbət gedə bilməz. Hətta
qorxaq qondarma Dağlıq Qarabağ rejimi tərəfindən bu “məhkəmədə” “hakimlik” edən şəxsin
kimliyi gizlədilir. Bununla aşkarlıq prinsipi də pozulmuşdur. A.Bağırov bildirir ki, həmin qondarma
məhkəmə qanunsuz olduğu üçün təbii olaraq onun qəbul edəcəyi istənilən qərar heç bir hüquqi
qüvvəyə malik ola bilməz. Ona görə, soydaşlarımız nəinki azad olunmalı, əksinə bu biabırçı
“məhkəmə”ni quranlar, onda iştirak edənlər (hakim və s.) qanun qarşısında ciddi cavab verməli,
məsuliyyətə cəlb olunmalıdırlar.
“Fikrimcə həmyerlilərimizin müdafiəsi üçün ən optimal yol Ermənistan barəsində Avropa İnsan
Hüquqları Məhkəməsinə şikayət ərizəsi təqdim etməkdir. Belə ki, Şahbaz Quliyev və Dilqəm
Əhmədovun qanunsuz olaraq tutulması ilə bağlı məsələyə Avropa İnsan Hüquqları
Konvensiyasının norma və prinsiplərinin pozulması nöqteyi‐nəzərindən baxılması zəruridir.
53
Məhz bu baxımdan Ermənistanın adı çəkilən şəxslərin qanunsuz tutulması və Avropa Konvensiyası
ilə tanınmış hüquq və azadlıqlarının pozulması ilə nəticələnmiş hərəkətlərə görə məsuliyyəti
meydana çıxa bilər. Çünki “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq hüququn subyekti
sayılmaması mübahisəsizdir. Eyni zamanda nəzərə almalıyıq ki, Dağlıq Qarabağ və ətraf rayonlar
üzərində nəzarət etmək kimi bir hüquqa malik olmasa belə, Ermənistan öz işğalçı siyasəti
nəticəsində həmin ərazi üzərində hərbi və iqtisadi baxımdan effektiv nəzarəti həyata keçirir.
Qısacası, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Beləliklə də,
münaqişə Azərbaycan Respublikasının daxili məsələsidir. Bu baxımdan hər hansı kənar dövlət
tərəfindən bu məsələyə müdaxilə edilməsi beynəlxalq hüquq baxımından tamamilə yolverilməzdir”
– deyə tanınmış hüquqşünas qeyd edib.
Anar Bağırov: Bunları nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, soydaşlarımızın Avropa
Konvensiyasının 3‐cü (“İşgəncələrin qadağan olunması”), 5ci (Azadlıq və toxunulmazlıq hüququ”),
6‐cı (“Ədalətli məhkəmə araşdırması hüququ”) və 8‐ci (“Şəxsi həyata və ailə həyatına hörmət
hüququ”) maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulmuşdur və Ermənistan dövləti
buna görə məsuliyyət daşımalıdır. Avropa Məhkəməsinin buna bənzər işlər üzrə müxtəlif dövlətlərə
qarşı kifayət qədər qərarları da vardır (“İlaşku və digərləri Moldova və Rusiyaya qarşı”, “Katan və
digərləri Moldova və Rusiyaya qarşı”, “Drozd və Yanoçek Fransa və İspaniyaya qarşı” işlər və s. )”.
“Sonda bildirmək istəyirəm ki, hal‐hazırda “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin vəkil üzvləri
tərəfindən Xankəndində girov saxlanılan həmyerlilərimizin hüquqlarının effektiv müdafiəsi üçün
populizmdən çox‐çox uzaq olan lazımi hüquqi tədbirlər görülməkdədir və yaxın zamanlarda
ictimaiyyətə bu barədə dolğun məlumat veriləcəkdir” – deyə hüquqşünas qeyd edib.
Mənbə: http://www.qafqazinfo.az/xeberazrbaycanhuququnaslarhrktkecdit101497.html
Vergi cinayətləri nə zaman, necə və kimlər tərəfindən törədilir?
Təcrübə göstərir ki, bazar münasibətlərinin
formalaşması və sürətli inkişaf müasir
Azərbaycanda müsbət amillərlə yanaşı,
həm də çətin, ziddiyyətli və mürəkkəb
proseslərin yaranmasına təkan verir. Belə
ki, ölkəmiz müstəqillik qazandıqdan sonra,
bazar münasibətlərinin inkişafının ilk
illərindən etibarən dövlət çox saylı vergi
ödəyicilərinin vergi ödəməkdən yayınması
halları ilə qarşılaşır. Şübhəsiz ki, bu hal
büdcənin gəlir hissəsindən əhəmiyyətli
dərəcədə itkilərin müşahidə olunması ilə
nəticələnir. Bununla əlaqədar, hüquq‐mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla
mübarizə kimi məsul bir vəzifə durur. Çünki, statistika göstərir ki, vergi cinayətləri ilbəil artır.
Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi İsrafil Əlili vergi cinayətləri, onların istintaqı,
bu cür cinayətlərin törədilməsinə şərait yaradan amillər, vergi cinayətlərinin subyektləri və s.
barədə qısa məlumat verib.
Hüquqşünas: “Ölkəmizin vergi sistemində cinayətlərin ibtidai araşdırılmasını və əməliyyat‐axtarış
tədbirlərini həyata keçirən struktur kimi Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Departamenti fəaliyyət göstərir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin
İbtidai Araşdırılması Departamenti vergi ödəməkdən yayınma və vergi orqanlarının
səlahiyyətlərinə aid edilmiş digər cinayətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada
yoxlayır, təhqiqat və istintaq aparır, əməliyyat‐axtarış fəaliyyətini həyata keçirir, daha sonra vergi
ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər cinayətlərə qarşı
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə