Risklərin İdarə Edilməsi Standartı Azərbaycan Mərkəzi Bankı
11
Zəmanətlərin davamlılığının ardıcıl surətdə giymətləndirilməsi və girovun dəyərinin
qiymətləndirilməsi üçün mexanizmlərə;
Borc məbləğlərinin bir hissəsinin və ya hamısının (əsas və faiz məbləği) kredit
müqaviləsinin şərtlərinə əsasən yığılmaması zamanı, borcun qiymətdən düşmüş kimi
müəyyən edilməsi prosedurlarına;
Xalis satış dəyərini əks etdirmək üçün girovun qiymətləndirilməsi prosedurlarına.
Risklərin İdarə Edilməsi Komitəsi mümkün qədər ayrıca bir Kredit Komitəsi vasitəsilə
müştərinin və əks-tərəfin kredit etimadının qiymətləndirilməsində, ayrı-ayrı kredit
limitlərinin müəyyən edilməsində maraqlı olmalıdır.
2.2.3.
Kredit risklərinin idarə edilməsi
Kredit risklərinin səmərəli idarə edilməsinə nail olmaq üçün, idarə edilmənin bütün
səviyyələrində aydın olan kredit risklərinin qiymətləndirilməsi və hesabat vermə üçün
aydın təyin olunmuş metodologiya yaradılmalıdır.
Kreditlər təsdiqləndikdən sonra, Risklərin İdarə Edilməsi Departamenti kredit riskinə
nəzarət etmək üçün məsuliyyəti üzərinə götürür. Yaxşı olardı ki, bu prosedur iki cür olsun:
ənənəvi kredit risklərinin idarə edilməsi və riyazi baxımdan.
“Ənənəvi” strukturda Risklərin İdarə Edilməsi Departamenti kredit risklərinin idarə
edilməsində aşağıdakı funksiyaları yerinə yetirməlidir:
Əks tərəfin kredit sazişinin şərtlərinə riayət etməsinə nəzarət etmək;
Mütəmadi olaraq müştərinin fəaliyyətindəki dəyişiklikləri qiymətləndirmək üçün
onunla görüşlər təşkil etmək;
Davamlı olaraq kreditin yalnız kredit sazişində göstərilən məqsədlər üçün istifadə
olunmasını yoxlamaq;
Mövcud olan bütün məlumatlar (kütləvi informasiya vasitələrinin nəşrləri daxil
olmaqla) vasitəsilə müştərinin, eləcə də onun zəmanətçilərinin maliyyə vəziyyətinə nəzarət
etmək;
Lazım gəldikdə vaxtı ötmüş kreditlərlə əlaqədar müvafiq prosedurlardan istifadə
etmək.
Daha təkmilləşdirilmiş səviyyədə kredit risklərinin idarə edilməsi üçün “ənənəvi” metodla
yanaşı daxili və xarici kredit dərəcəsi (reytinq) sistemlərinə, kreditin ödənilməməsi
ehtimalına və yığılma dərəcəsinə əsaslanan “riyazi” metodlardan istifadə etmək olar. Bu
metod fəaliyyət nəticələrinin və kapital bölgüsünün hesablanması üçün imkan yaradır.
2.2.4.
Kredit riskinin qiymətləndirilməsi
Kredit risklərinin kəmiyyətinin təyin olunması sadəcə olaraq ayrı-ayrı müştəri üçün
kreditin ödənilməməsi ehtimalının hesablanması deyildir. O, həmçinin risklərin spesifik
müştəriyə və ya sənayeyə doğru konsentrasiyasını və girovun dəyərindəki dəyişiklikləri
əks etdirməlidir. Bu cür məlumatlar bütün kredit portfeli və yaxud ayrı-ayrı kreditlər üzrə
risklərin hesablanması məqsədi ilə təhlil edilməlıdır.
Kredit risklərini müəyyən etmək üçün aşağıdakı ölçülər hesablana bilər:
Qabaqcadan ödənilmə riski: bu risk müştərinin və ya əks tərəfin krediti ödəyə
bilməməsi nəticəsində yaranan zərər riskidir. Bu zaman zərərin ölçüsü qüvvədə olan bazar
dərəcələrindən asılı olur. Qabaqcadan ödənilmə riski, kredit ekvivalentliyi prinsipinə görə
ölçülməlidir və riskin vəziyyətinin cari bərpa dəyərinin bazardakı dəyişikliklərin nəticəsi
Risklərin İdarə Edilməsi Standartı Azərbaycan Mərkəzi Bankı
12
kimi müəssisənin gələcək potensial risk təhlükəsinin bəzi çoxsaylı təxminlərinin cəmini
əks etdirməlidir.
Cari təhlükə: bu əks tərəfin bu gün krediti ödəyə bilmədiyi və vəziyyətin cari bazar
şəraitində yenidənqiymətləndirilməsinə ekvivalent olduqda yaranan zərər növüdür.
Potensial risk təhlükəsi: əks tərəf gələcəkdə müəyyən olunmuş müddət ərzində
krediti ödəyə bilmədikdə nəyin itiriləcəyini əks etdirən əməliyyatın, gələcək cari bərpa
dəyərinin qiymətləndirilməsidir. Mükəmməl təcrübəyə əsasən, bu dəyər simulyasiya
vasitəsilə əldə olunmalıdır və bazarın dəyişkənliyi, portfelin təsiri, əvəzləşdirmə
müqavilələri, girov və digər kredit vasitələrini (zəmanətlər, akkreditivlər və s.) nəzərə
almaqla, Riskə məruz Dəyərə görə bazar riski simulyasiyasına analoji olmalıdır. Nisbətən
mürəkkəbləşdirilmiş alternativ təcrübəyə görə, potensial risk təhlükəsini hesablamaq üçün
qiymətləndirmələrdən etibarlı istifadə oluna bilər.
Gözlənilən zərər, mövcud məlumata əsasən bankın üzləşəcəyi ehtimal edilən
zərərlərin səviyyəsini əks etdirir.Bu, gələcək potensial təhlükənin əks tərəfin krediti ödəyə
bilməməsi ehtimalı və nəzərə alınmış yığılma dərəcələri ilə riyazi ehtimaldır. Gəlirlərə
tətbiq edilən kredit riski dəyəri kimi istifadə edilən gözlənilən kredit itkisi ölçüləri, bankı
uzun müddətli istifadə olunan kredit zərərlərindən qorumaq üçün bir vasitədir.
Gözlənilməyən zərər, faktiki zərərin gözlənilən zərərdən yuxarı və ya aşağı olacağı
ehtimalını əks etdirir. Gözlənilməyən zərərin səviyyəsi, müəyyən edilmiş etibarlılıq
səviyyəsi çərçivəsində ən pis kredit zərərini ölçməklə qiymətləndirilir. Müəyyən edilmiş
etibarlılıq səviyyəsi çərçivəsində gözlənilməyən zərərləri hasil etmək üçün kifayət risk
kapitalının bölüşdürülməsi ilə gözlənilməyən zərər ölçüləri, bankı gözlənilən kredit
zərərindən xeyli yüksək olan qısamüddətli zərərlərdən qoruyan vasitədir.
Hesablaşma riski: əks tərəfdən gözlənilən ödənilməmiş məbləğlərdir ki, burada dəyər
artıq bank tərəfindən əks tərəfə göndərilmişdir. Məsələn, hesablaşma riski xarici valyuta
əməliyyatları ilə və ya qiymətli kağızların sərbəst təchiz edilməsı zamanı (ödəniş qəbul
edilməzdən əvvəlki təchizat) yarana bilər. Spot xarici valyuta əməliyyatları baş verdiyi
halda, bu riskin saat qurşağındakı fərqlər, valyutanın ödənilməsi və onun benefisiarının
hesabına göndərilməsi zamanı yaranan vaxt fərqlərinə görə meydana çıxması ehtimal
edilir.
2.2.5.
Monitorinq
Risklərin İdarə Edilməsi Departamenti, yuxarıda qeyd olunan bütün risk ölçülərinə ayrı-
ayrılıqda və ya ümumilikdə nəzarət etməli və müntəzəm olaraq müvafiq qarşı tərəf limitləri
ilə müqayisə etməlidir.
Əlavə olaraq, Risklərin İdarə Edilməsi Departamenti bankın kredit riski təhlükəsi olan
sənaye sahələri üzrə daima tədqiqat aparmalı, eləcə də gələcəkdə kredit problemlərinin
yaranmasına gətirib çıxara bilən problemlərin ilkin əlamətlərini aşkar etmək məqsədi ilə,
borc alan müəssisələrin fəaliyət vəziyyətini tədqiq etməlidir. Bu səbəbdən, həmin sənaye
sahələri və ya borcalanlar üzrə mövcud və gələcək kredit riski təhlükəsinin
yenidənqiymətləndirməsi tələb olunur.
2.3.
Likvidlik riski
2.3.1
Anlayış
Likvidlik riski, bankın aktivlərində olan artımı maliyyələşdirə bilməməsi və öz
öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirə bilməməsi riskidir.
Banklara təsir göstərə biləcək üç növ likvidlik riski vardır: