58
vergi qoyulması yollarını axtarmağı, xutorları ləğv edib kənd əhalisini
mərkəzləşdirməyi, kolxoz sahələrindən kolxozçuların şəxsi mal-qarası üçün yem
yığılmanı qadağan etməyi qərara alır. Göründüyü kimi, kəndli siyasətində növbəti
yanlış addım atılır...
54
.
Beləliklə 1930-cu il hərəkatının obyektiv səbəbləri haqqında:
1. Kəndlini həyatının başlıca şərti olan torpaqdan və əməyinin nəticələri
üzərində sahiblik hüququndan məhrum edilməsi.
2. İnsan mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş dini
dəyərlərin, yüz illərin sınağından çıxmış adət-ənənələrin dövlət səviyyəsində təqibə
məruz qalması.
3. Xüsusi mülkiyyətə daxil olan hətta kustar istehsal sahələrinin ləğv
edilməsi hesabına istehsal vasitələri üzərində dövlət inhisarının yaradılması.
4. Dövlətin inzibati metodlara, ağır vergi sisteminə əsaslanan iqtisadi
siyasəti nəticəsində fərdi kəndli təsərrüfatlarının; azad sənətkarlığın və
manufaktura istehsalının iflasa uğraması.
5. Bütün bunların nəticəsində xalq kütlələrinin sosial-iqtisadi vəziyyətinin
ağırlaşması.
6. Sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji zülmün, xalqa edilən
sitəmlərin dövlət müstəqilliyinin itirilməsindən irəli gəldiyinin dərk olunması və
xilas yolunun Milli dövlətin bərpa edilməsində axtarılması.
Hakimiyyət nümayəndələrinin üsyana rəvac verən səbəblər haqqında tərtib
etdikləri sənədlərdə öz əksini tapmış fikirlər bəsit, yarımçıq xarakter daşıyır və o
dövrün reallıqlarını təhrif etməyə xidmət göstərir.
Elliklə kollektivləşmə və bu zəmində qolçomaqların bir sinif kimi ləğv
edilməsi haqqında kommunist partiyasının qəbul etdiyi qərarların ayrı-ayrı yerlərdə
pozulması halları üsyanın başlıca səbəbi kimi göstərilir. Həm də bu pozuntu
hallarının baş verməsinə görə partiya və hakimiyyət orqanlarına soxulmuş düşmən
ünsürlər günahlandırılır.
İttihad partiyasının istiqamət verdiyi din xadimlərinin apardığı təbliğat
üsyanın geniş miqyas almasını şərtləndirən əsas amil kimi göstərilir.
Eyni zamanda kollektivləşməni həyata keçirərkən hakimiyyət orqanlarının
tələskənliyə yol verdikləri və əyintilərin olduğu etiraf edilir. Gözləmədikləri halda
üsyanda iştirak edən ortabab və yoxsul kəndlilərin çoxluq təşkil etməsini üsyan
rəhbərlərinin həmin əyintilərdən istifadə etmələri ilə izah edilir.
Bəli, bu sənədləri tərtib edənlər üçün insanlar sanki düşüncə və hisslərdən
məhrum olan cansız mexanizmlərdir. Elə bil ki, üsyançıların bütün hərəkətləri
kənardan idarə olunmuşdur. Sanki insanlar daşdan yonulduqlarından on illik
mənəvi-psixoloji sıxıntıları yaşamamışlar. Baş verən üsyanın səbəbi nədə desən
54
Cəmil Həsənov. Ağ ləkələrin qara kölgəsi, Bakı, Gənclik, 1991, s. 122-123
59
axtarılır, lakin üzərində illərdən bəri sosial-iqtisadi və mənəvi-psixoloji
eksperiment aparılan xalqın əzmi, iradəsi nəzərə alınmır.
Kollektivləşməni həyata keçirənlər başa düşmək istəmirdilər ki,
kolxozlaşma zamanı yol verilən nöqsanlar deyil, bu aqrar siyasətin özü xalq
tərəfindən qəbul edilmir.
Yuxarıda qeyd etmişdik ki, üsyan iştirakçılarının sayı bolşevik rəhbərliyini
təəccübləndirmişdir.
Ümumiyyətlə Şimal Qərbi Azərbaycanın Qax, Balakən, Əliabad
rayonlarında üsyançıların sayı, sosial mənşəyi, ictimai təbəqələrin hər birinin,
üsyanda neçə faizlə təmsil olunmaları barədə rəsmi məlumat olduğu halda Şəki
üsyançıları barədə bu qəbildən məlumat yoxdur.
MTN-nin arxiv materiallarına istinad edən C.Qasımov «Yaddaşın bərpası»
kitabında bu faktorları ictimaiyyətin nəzərinə çatdırır. Həmin kitabdan: «Qax,
Balakən, Car, Əliabad rayonlarında baş vermiş üsyanda 5 kənddən 244 nəfər
iştirak etmişdir. Nuxa və Vartaşen rayonları üzrə məlumat yoxdur.
Qabaqçöl-Balakən üsyanının 139 nəfər fəal iştirakçısı aşağıdakı kateqoriya
və təbəqələrə bölünür:
1 Komsomolçular - 8 nəfər, onlardan 1 nəfər AK(b)P-namizəd.
2. Keçmiş komsomolçular - 2 nəfər.
3. Kənd sovetinin üzvləri - 10 nəfər.
4. Ordudan tərxis olunmuş qızıl əsgər - 11 nəfər.
5. Nuxa-Zaqatala BSİ-nin zərbəçiləri - 7 nəfər.
6. Qulluqçular - 5 nəfər.
7. Molla - 5 nəfər.
Sinfi təbəqələr üzrə:
1. Qolçomaqlar - 25 nəfər və ya 17,98%
2. Ortabab kəndlilər - 91 nəfər və ya 65,47%
3. Kasıblar - 23 nəfər və ya 16,65%
Üsyan yatırıldıqdan sonra Car-Əliabad, Nuxa-Vartaşen, Balakən və Qax
rayonlarının üsyançılarından 2755 silah-sursat götürülmüşdür.
55
Bolşevik rejiminin üsyan hərəkatından çıxardığı nəticələr, yeritdiyi yanlış
sosial-iqtisadi siyasətə münasibəti, vəziyyəti düzəltmək üçün həyata keçirmək
istədiyi tədbirlər və nəhayət üsyançı zümrənin taleyinə dair düşüncə tərzi maraq
doğurur.
Bu baxımdan AK(b)P Zaqatala-Nuxa dairə komitəsinin AK(b)P MK-ya
verdiyi geniş hesabat səciyyəvidir. Hesabatda dairə partiya komitəsinin özünə
55
C. Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim», 1999, s. 120
60
bəraət qazandırmaq və üsyanın səbəblərini təhrif etmək cəhdləri açıq aydın hiss
olunur.
...Üsyan hərəkatına yoxsulların cəlb edilməsi aşağı partiya orqanlarının
onların arasında zəif iş aparması ilə izah olunur. Kəndlilərin üsyana qoşulması
Sovet orqanlarının onların ehtiyaclarına lazımı səviyyədə diqqət yetirilməməsi də
mühüm rol oynamışdır.
Partiya təşkilatları üsyandan xəbərdar ola bilməmiş və üsyan ehtimalını
nəzərə almamışlar. Nuxa partiya və komsomol təşkilatları biabırçı qorxaqlıq
göstərmişlər. Zaqatala kommunistləri, həmçinin komsomolçuları isə ön sırada
olmuş və mübarizənin ağırlığını öz çiyinlərində daşımışlar.
...Aydınlaşdırılıb ki, partiya bileti gəzdirənlər içərisində üsyançıların
tərəfinə keçənlər olub.
Təbliğat işi aparmaq və hərəkatın səbəblərini aydınlaşdırmaq üçün
Zaqatala-Nuxa mahalına 30 nəfər məsul partiya işçisi göndərilib.
Partiya, təsərrüfat, sovet, həmkarlar aparatlarının möhkəmləndirilməsi və
istehlak, kredit kooperasiyaların işinin yaxşılaşdırılması haqqında qərar qəbul
olunub.
Qax, Balakən, Nuxa və Əliabad partiya aparatları bərpa edilib.
Əhali qarşısında silahların təhvil verilməsi və insanları üsyana təhrik
edənlərin təslim edilməsi tələbi qoyulub.
56
Dövlət siyasi idarəsi isə təklif edir ki, bu idarənin Nuxa-Zaqatala şöbəsinin
bütün aparatı təzələnməlidir. Az DSİ-nin mərkəzi aparatının seçilmiş
əməkdaşlarından ibarət iki mahal şöbəsinin - Nuxa və Zaqatala şöbələrinin
yaradılması üçün dərhal təşkilati tədbirlər görülməlidir.
Ayrı-ayrı partiyaçıların və hətta bütöv özəklərin, xüsusən Nuxa-Vartaşen
rayonunda üsyançılara qarşı müqavimət göstərilməsi, bəzi hallarda quldurlarla
birlikdə üsyanda iştirak etməsi ayrı-ayrı özəklərin, hətta rayon partiya
təşkilatlarının buraxılması üçün təşkilati işlər görülməsini zəruri edir.
57
Üsyandan sonra bolşevik üsul idarəsi yalnız zorakı metodlarla deyil, həm
də təbliğatla, ideoloji vasitələrlə özünün aqrar siyasətini həyata keçirməyə çalışırdı.
Buna bariz nümunə «Məhsul və kollektivləşmə günü»(?) münasibəti ilə 1930-cu
ilin noyabrında Qəzənfər Musabəyovun imzası ilə Şəkiyə göndərilən direktiv
xarakterli sənəd də sübut edir. Orada qeyd olunmuşdur ki, «Məhsul və
kollektivləşmə günü» kollektiv təsərrüfatın xırda dağınıq təsərrüfatlardan
üstünlüyünü və bu yolda qazanılan uğurları nümayiş etdirən gün olmalıdır. Həmin
gün şərqilər oxunmalı, istehsalat ekskursiyaları təşkil olunmalıdır. Kolxozçularla
fərdi təsərrüfatçıların, işçilərlə kəndlilərin görüşləri keçirilməlidir. Qabaqcıl
kolxozçular və fərdiyyətçilər aşkara çıxarmalı, onlara mükafat verilməlidir. Yeni
56
Baş Arxivlər İdarasi. f. 255, s. 1, iş 56. v, 38-47
57
C. Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim», 1999, səh. 123
Dostları ilə paylaş: |