- 32 -
Məhz bu xəttin nümayəndəsi olan F.Əttar isə «Şeyx
Sənan» əsərində belə deyir: «Həqiqi aşiq heç bir dini tanıya
bilməz, belə ki, onun imanı məhəbbət özüdür. Onu cəmiy-
yətdə tutduğu mövqe də maraqlandırmır, çünki aşiqlikdən
daha yüksək mövqe yoxdur».
1
Bu ideya neçə əsrlər boyu Şərq poeziyasının aparıcı
motivlərindən biri olmuşdur. Onun ən gözəl ifadə formala-
rından birinə biz H.Cavid poeziyasında rast gəlirik:
Mənim tanrım gözəllikdir, sevgidir.
2
Yaxud:
Məhəbbətdir ən böyük din.
3
Düzdür, Hüseyn Cavid də Nizami kimi ilahi eşqi in-
sani eşqdən ayırır. Bir sıra şeirlərində, «Afət»də adi insani
duyğuları, qadın gözəlliyini, hətta erotik eşqi tərənnüm
edən Cavid başqa əsərlərində, xüsusən «Peyğəmbər»də ila-
hi eşqin parlaq nümunəsini yaradır. Peyğəmbərin füsunkar
Şəmsanın məhəbbətinə biganəliyinin səbəbi də qızın Tanrı
sevgisindən məhrum olması, bütlərə tapınmasıdır.
Xayır, istəməm gözəl qız,
эениш шярщляр йазмышдыр. (А.Д.Кныш. Введение к книге «Ибн
ал-Араби. Мекканские откровения.», стр. 21)
1
Ф. Аттар. Шейх Санан // Суфии: Восхождение к истине, М.,
Изд-во Эксмо, 2003, с. 89.
2
Щ.Жавид.
Ясярляри 4 жилддя, Ы жилд, Бакы, «Йазычы»,
1982, с.55 .
3
Щ. Жавид.
Ясярляри 5 жилддя, ЫЫЫ жилд, Бакы, «Лидер»,
2005, с.193 .
- 33 -
Sevgilim Tanrıdır yalnız..
1
Burada gözəl qızdan imtina edilməsinin səbəbi onun
Tanrıya qarşı qoyulmasıdır. Cavid də, onun qəhrəmanları
da qadın gözəlliyini ümumiyyətlə inkar etmir, lakin bu gö-
zəlliyin Tanrıya alternativ olmasını qəbul edə bilmir. Təsa-
düfi deyil ki, islam dini kafirlərlə evlənməyi qadağan edir.
Belə çıxır ki, ancaq Tanrıya doğru can atan, əqidəsi
uyğun olan, eyni yolun yolçusu olanlar həqiqi mənada sev-
giyə layiqdirlər. Başqa sözlə insani məhəbbət də ilahi mə-
həbbət kontekstində nəzərdən keçirilir, lakin qarışıq salın-
mır. Cavid yaradıcılığında ancaq «Şeyx Sənan» pyesi bu
mənada istisnadır. Görünür, pyesin təhkiyəsi sufi mənbələ-
rindən götürüldüyünə görə, burada qadına olan eşqlə ilahi
eşq sinkretik şəkildə götürülmüşdür.
Fəridəddin Əttarın versiyasında Şeyxin ilahiyə doğru
yüksəliş yolu mənəvi böhran və geriyə qayıdış məqamlarını
da əhatə edir. Bu, əslində dialektik bir yanaşmadır. Yəni
dinlərin fövqündə duran ilahi vəhdət ideyasına yüksəlmək
və Allahı bilavasitə duymaq üçün konkret dinlərin təfər-
rüatından, mərasimçilikdən, ayinçilikdən imtina etmək tələb
olunurmuş. Başqa sözlə, mühüm olan islamın, yaxud xris-
tianlığın ehkamları yox, hissi dünyanın bütün cazibələrin-
dən yaxa qurtararaq birbaşa Allaha yüksəlməkdir. Lakin
F.Əttar bütün cazibələrdən xilas olmağın ən gözəl yolu kimi
bu cazibələrin ən güclüsünü vasitə kimi seçir. Yemək-iç-
mək, var-dövlət, rəyasət, ictimai nüfuz, şöhrət və s.-dən an-
1
Йеня орада, с.198 .
- 34 -
caq eşq qanadlarında uzaqlaşmaq mümkündür. Lakin qadı-
na olan eşq son məqam deyil, əksinə, ali mərtəbəyə aparan
yolda bir pillə, vəsilədir.
Hüseyn Cavid sufi poeziyasında yaxşı məlum olan bu
mövzunu öz fəlsəfi konsepsiyasının tələblərinə uyğun ola-
raq yenidən işləmiş, məlum rəvayətə bəzi əlavələr etmiş,
fərqli tərəflərin mövqeyini daha aydın ifadə edə bilmək
üçün yeni obrazlar daxil etmişdir.
Əvvəla, Cavidin Şeyx Sənanı qocalığında eşqə düş-
mür, yəni onun eşqi qarşılıqlı olmaq şansına malikdir. Bu-
rada romantizm realizmlə çulğalaşır. Gürcü qızı Xumarın
da Şeyx Sənanı sevə bilməsi üçün yer qoyulur. F.Əttarda
ancaq Şeyxin sevgisindən söhbət gedir, qız ona olsa-olsa
pul, var-dövlət müqabilində qarşılıq verə biləcəyini deyir.
Əttarın mavi gözlü gözəli hadisələrin başlanğıcında məbəd-
də çalışmasına baxmayaraq, mənəviyyat bataqlığından çıx-
mamışdır. O, böyük eşqdən xəbərsizdir. Onda var-dövlət-
dən və şəhvətdən yüksəkdə duran bu qeyri-adi duyğunun
yaranması üçün hələ çox möcüzələr göstərilməli, eşqin gü-
cünün isbat olunması üçün çox əzab-əziyyətlər çəkilməlidir.
Və ancaq bu cür təmənnasız eşq ilahi eşqə aparan yolun
başlanğıcına çevrilir. Şeyx Sənanın öz sevgisində göstərdiyi
əzm, imtina qüdrəti, qəhrəmanlıq qızın qəlbinin lap dərin-
liklərində olan ilahi duyğuların üzə çıxarılmasına xidmət
edir. Və nəhayət, onun Sənan vasitəsi ilə Haqq işığına can
atması üçün yol açılır. F.Əttarda sevginin qüdrəti özünü an-
caq Şeyx Sənanın öz dini ayinlərinə daha sərbəst yanaşması
- 35 -
bahasına eşq yolunda əzm göstərməsi ilə deyil, daha çox
dərəcədə əcnəbi qızın bu uca duyğunun təsiri ilə dəyişərək
böyük eşq, ilahi sevgi və əslində Haqq yolunu tutması ilə
təsbit olunur.
F.Əttarda tərsa qızı hələ ilahi eşq qığılcımı ilə işıqlan-
madığı ilkin mərhələdə Şeyx Sənanın eşqinə qarşı çıxır,
maneələr yaradır, şərtlər qoyur.
H.Caviddə isə müqavimət göstərən, Sənana qarşı ağır
şərtlər qoyan, onun eşqini sınağa çəkən və eşqindən döndər-
məyə çalışan qız deyil, onun atası və hətta atasından daha
çox keşişdir. Xumarın burada Sənana olan münasibəti islam
dininə olan münasibətdən qaynaqlanır, bir xristian ehkamçı-
sının islama qarşı kin-küdurətini ifadə edir. Cavid dini mə-
rasimçilikdən, dinin mahiyyətindən deyil, formasından, gö-
rüntülərdən çıxış edənlərin düşmənçiliyi fövqündə həqiqi
dindarlar üçün bütün dinlərin eyniyyət məqamını, vahid Al-
laha inamın hər şeydən uca tutulmasını, yəni Haqqa qovuş-
maq idealını önə çəkir və dini vəhdət konsepsiyasını irəli
sürür.
Bu baxımdan, H.Cavidin Şeyx Sənanı F.Əttarın eyni
adlı obrazından fərqli olaraq qarşısına ancaq eşqin qüdrəti
ilə tərsa qızına ilahi eşq təlqin etmək, bir vücudun zahiri gö-
zəlliyini daxili işıqla tamamlamaq deyil, bütövlükdə eşq
duyğusunu ilahi eşq səviyyəsində təqdim etmək və dini
duyğuları da təfərrüatlardan, mərasimçilikdən, zahirilikdən
təmizləyərək ilahi eşq məqamına yüksəltmək və bütün din-
ləri bu yüksək məqamda birləşdirmək məqsədi qoyur.
Dostları ilə paylaş: |