39
etməyəcəyimə görə yoxsa bacıma özümü bağıĢladacağım
haqqında? Nərgiz görəsən onu bağıĢlayacaqdı? Hər Ģey
onun əlində idi. O bağıĢlasa allahda insafa gələrdi. Ya
bağıĢlamasa. BağıĢlamasada düz edir. Layiq idi.”
Fikrindən Nərgiz ayıldır.
-Bax sənə dedim ağaca iliĢdi. Görmədim dartanda
qırıldı.
-Heçnə olmaz. Təzəsin düzəldərəm. – çərpələngdən
ayrılmıĢ ipi əlində topladı.
-Artıq səni kitab oxu deyə yormayacam. Hərfləri bizə
öyrətdilər necə oxumalı olduğumuzu.
-Nə yaxĢı. Ancaq Mən yenə oxuyaram. Ġstəyərsənsə.
-Niyə istəmirəm. Oxuyarsan. Bizə kitabda verdilər.
Hərfləri öyrənmək üçün. Düzdü, biraz sıxılıram hələ tam
öyrəĢməmiĢəm deyə. Ancaq yenə də yaxĢıdı.
Nərgiz davam elədi:
-Sənin dərslərin necə gedir? – oxuya bilirsən?
-Həə. Alınsa universitetədə girəcəm. – RövĢən dedi.
-Yəqin oxumaq üçün Bakıya gedəcəksən, hə?
-Getməyimi istəməyirsən?
-Get. Ġstəyirəm oxuyasan. ancaq məni də unutmazsan
ki?
-Niyə unudum ki, hər tətildə yanına gələcəm. –
Nərgizin əlindən tutaraq sığalladı.
-UĢaqlar, hazırlaĢın. Sizi gəzməyə aparacam. –
uzaqdan səsi gələn Eyvaz idi.
-Hara gedirik bu vaxtı. Durub – durub hardan ağlına
gəldi? – həyəti təmizləməklə məĢğul olan Gülnaz deyindi.
– iĢim var mənim.
-Sən gəlmirsənsə gəlmə. Özümüz gedərik. – Eyvaz
gülərək Gülnaza cavab verdi.
-Mən də gəlirəm, ata?
Nərgizin bu sözü hər kəsdə bir yara qoydu. Təkcə bu
sözü deyil, hər cümləsində hamını özlərinində bilmədiyi
vəziyyətə salırdı.
-Əlbətdə qızım, sənsiz harasa gedərəm?
40
Gülnaz dedi:
-Hava çox istidi. Bu havada çölə çıxmaq qorxuludu.
-Heç nə olmaz. Ağaclıq yerə gedərik. Biraz dağa çıxaq,
çay kənarına falan. Nə qədər iĢləmək olar. Təkcə pulu
olan dincəlməyəcək ki?- bizimdə haqqımız var.
Eyvazın son dediyi sözdən sonra Gülnaz yemək üçün
hazırlıq görmək üçün mətbəxə keçdi. RövĢən isə Nərgizə
ayaqqabısını geyinməsi üçün yardım elədi. Hazırlığın
bitməsindən sonra isə hər kəs maĢına minib yola düĢdülər.
Nərgiz yol boyu pəncərə kənarında oturub xəyallar
dünyasına dalmıĢdı. DüĢünürdü. Əli ilə yoxlayanda
pəncərənin kənarında oluğun görür ancaq dəfələrlə
yanından keçdiyi bu uca dağları, ağaclıqları görə
bilməyirdi. Yanında ki, kim idi? – aha anası idi. Çantada
nəsə eĢələyirdi. RövĢəndə yəqin atasının yanında - Öndə
oturmuĢdu.
MaĢından düĢərək meĢənin içində ağaclıqların altında
oturmaq üçün süfrə açdılar. Çayın səsi buradan eĢidilirdi.
Nərgizin istəyi ilə RöĢən onu çay kənarına apardı.
Evlərinə uzaq olduğundan gec – gec gələrdilər, çay
kənarına. Nərgizin baĢına gələn qəzadan sonra isə gələ
bilməmiĢdilər.
RövĢən bacını çaya əyilməsi üçün yardım elədi. Əlini
suya vuraraq suyu hiss etməyə çalıĢardı. Əvvəllər bura
gələndə qardaĢı ilə çaya daĢ atardılar. Kim daha çox daĢı
çayda tulllandırardısa o da qazanardı. RövĢən Nərgizə
nisbətən güclü olduğundan atdığı daĢ həm çox atlayar
həm də çox uzağa gedərdi. RövĢən Nərgizin ürəyindən
yenə daĢ atmaq keçdiyini anlamıĢdı. Ona daĢı atması üçün
yardım elədi. DaĢ suya dəyərək düĢsə də RövĢən
yalanda,afərin üç dəfə atladı – dedi. Bunun belə
olmadığın bilsə də sevinərmiĢ kimi göstərdi. Gülnazın
çağırması ilə oynu yarımçıq kəsib yuxarı çıxdılar.
Günorta biĢirdiyi yeməkdən və yolda aldığı meyvələrdən
süfrəyə düzmüĢdü. Eyvaz isə kənarda ağacların altında
uzanmıĢdı. Yemək yedikdən sonra gəzməyə çıxdılar.
41
Gülnazda uĢaqlarla bərabər gəzməyə çıxdı. Onların ilk
dəfə bura gəlmələrindən bəhs elədi.
“RövĢənin bir yaĢı olardı. Yay fəsli idi yenə. O,
zamanlarda atanızın balaca bir maĢını var idi. Havada isti
idi, həm də nə isti. Dayanmaq olmayırdı. Atanız elə bu
gün ki, kimi dediki hazırlaĢın gedirik. Aaa kiĢi, hara
gedirik? – gəzməyə. HazırlaĢıb bura gəldik. RövĢən
balaca idi. Gəzə bilməyirdi hələ. Səni isə saxlaya
bilməyirdik. - əlini Nərgizin belinə aĢıraraq dedi. Gah ora
qaçırdın, gah yıxılırdın. Birdə gördüm ki, gülə - gülə
gəlirsən ki, yıxılmıĢam. Sən yıxılanda da ağlamazdın.
HəmiĢə güclü olmusan, mənim əziz qızım.”
Arxalarınca Eyvazın gəldiyin görürlər. – hara gedirsiz
mənsiz?
-Heç ana – bala gəzək dedik. Sən qalxırdın ki, səni də
çağıraq?
-HazırlaĢın qayıdaq istəyirsinizsə.
-Niyə belə tez. Birazda oturardıqda. – Gülnaz etiraz
edir.
Eyvaz dedi:
-BaĢın ağrıyır. Özümü yaxĢı hiss eləmirəm. Havadandı
nədi, halım dəyiĢdi. Gedək. Sonra yenə gələrik.
-YaxĢı – deyib maĢına mindilər.
Yol boyu isə hamı susmuĢdu. Diqqətlə Eyvaza
baxırdılar. Vəziyyəti doğrudanda yaxĢı deyildi. MaĢını
belə güclə idarə edirdi. Gözlərinin yumulduğun hiss
edirdi. Güclə evə gələrək uzanmaq üçün otağına keçdi.
Gülnazın həkimi çağırma təklifini isə rədd eləyirdi.
Dincələndən sonra yaxĢı olacağın dedi və yatdı. Bir neçə
saat keçmiĢdi ancaq Eyvaz hələ də qalxmamıĢdı. Gülnaz
onun yanına gedəndə Ģüursuzcasına ona baxdığını görüb
qorxmuĢ tez həkim çağırmıĢdı. UĢaqları qorxudan otağa
buraxmasa da RöĢən atasına nəsə olduğunu anlasa da
Nərgizə bildirməmək üçün səs çıxartmayırdı.
RövĢən həyətdə bacısını yanında oturmuĢdu. Həkimin
gəldiyin görsə də bacısının yanın tərk edə bilməyirdi.
Dostları ilə paylaş: |