178
yük və təkbaşına iqtisadi güc olmaq xülyasından qorxan
Avropa və ABŞ bu dönəmdə Türklərin yanında olacaq.
Onların da burda öz planları var. Yeni qurulmuş haki-
miyyətlərdə öz kadrlarını yerləşdirməklə yenə dünyanın
idarəçiliyini əllərində saxlamağı planlaşdırıblar. Bunu da
bölgəmizdə dini parçalanmalarla etməyi planlaşdırırlar.
Türkiyənin daxilində bunu qismən də olsa, bacarıblar.
Amma Türkiyənin dərin dövləti bu prosesi nəzarətdə sax-
layıb. Bu ilin sonunda Ulu Şaman ocağı yığılacaq, regio-
nun xəritəsini bir daha təsdiqləyəcək. Bütün Ulu Şaman-
çılar bizim başlatdığımız bu əməliyyatın yeni dünya ida-
rəçiliyinin türklərin əlinə aparıb çıxacağı ümidindədir.
Hər kəs bir bəhanə gözləyir. Bizim Avropanı və ABŞ-ı,
daha doğrusu, onların adı altında dünyanı idarə edən
qüvvələri yayındırmağımız vacibdir. Günü bu gün Gür-
cüstana getməli, milli qüvvələrlə görüş, ordan da Krım-
dakı toplantıya qatılıb partlayışın baş verdiyini müzakirə
et.
Bu dəm Dədənin özəl telefonuna gələn zəng onun sö-
zünü yarımçıq qoydu. – Birinci zəng edir, yəqin elə bu
mövzudadır, – deyib digər bir otağa keçdi. Bir neçə dəqi-
qədən sonra içəri qayıtdı.
– Artıq birincinin də bundan xəbəri var. Türkiyə pre-
zidenti zəng edib mətbuatda yayılan xəbərlər haqqında
soruşub. O, çox əsəbi idi. İşimizi düzgün görə bilməməyi-
miz onu çox əsəbiləşdirmişdir. Bu dəqiqə baxdığımız vi-
deo artıq “youtub”da yayımlanıb. Kimin etdiyindən isə
biz hələ də məlumatsızıq. Digər tərəfdən Ermənistan pre-
zidenti də zəng edib. Dediyinə görə Qarabağda bir çox er-
məni əsgəri öldürülüb. Bunu isə Azərbaycan kəşfiyyatı
edib. Bununla bağlı artıq təzyiqlər var. ABŞ tərəfi də bir
179
açıqlama gözləyir. Biz isə özümüz qurduğumuz planı ida-
rə edə bilmirik. Bu qədər hazırlıqdan sonra OdƏrlərin ta-
leyindən heç bir məlumatın olmaması qurumumuzun ha-
radasa səhv etdiyini göstərir. Mən getməliyəm. Siz isə bü-
tün imkanlarınızı işə salın və OdƏrlərin taleyini maraqla-
nın. Müharibənin elan edilməsinə az qalıb. Bu videonu
yayanlar kimlərdisə, bizə mesaj göndərmiş olurlar. Bizim
planımızı bizdən öncə həyata keçirməklə, “bizdən icazə-
siz heç nə edə bilməzsiniz” demək istəyirlər. Elə bu cür
halların baş verəcəyini bildiyimiz üçün Arslanın əməliy-
yatını tam məxfi saxlanılmasını istəmişdik. Uca Tanrı ona
yar olsun! Toplantı bitmişdir. Birinci ilə görüşdən sonra
bəzi məqamlara aydınlıq gətirərik. Amma mən digər
OdƏrlər haqqında məlumat gözləyirəm, Atilla bəy! Dədə
Əfəndi bunu deyib ona xas olmayan bir cəldliklə ayağa
qalxdı və otaqdan çıxdı.
21
Boqomilla Məhəmmədin bütün hərəkətlərini yerində
donaraq çəkirdi. Artıq aləm bir-birinə dəymişdi. Hərbi
maşınlar bütün binanı mühasirəyə almışdı. Ölmüş meyi-
tə belə yaxın gedə bilmirdilər. Çünki bombaya sarılmış ol-
duğunu düşünürdülər.
Birdən Boqomillaya çatdı ki, burdan uzaqlaşmaq la-
zımdır. O, telefonla çəkdiyi materalı təcili lazımi ünvana
çatdırmalı idi. Onun üçün də tez hotelə yollandı. Geniş
küçələrdən keçərək digər küçədə köhnə “06” markalı tak-
siyə mindi. Xankəndi stadionunun yanından şütüyən sı-
nıq-salxaq taksi bir neçə dəqiqədən sonra qondarma res-
publikanın Təhsil Nazirliyi ilə üzbəüz olan “Olimp” hote-
180
linə çatdı. Hotelin qarşısında maşından tələsik düşən Bo-
qomilla arxadan bir “Jip”in də dayandığını sezmişdi. O,
tələsməli idi. Müraciətdə oturan xanıma salam belə ver-
mədən liftə mindi. Lift tərpəndikdə onun pəncərəsindən
iki nəfərin onun ardınca hotelə girdiyini gördü. Boqomilla
Xankəndinə gələndən izlənildiyini hiss etmişdi. Amma bu
qədər də ciddi olduğunu düşünmürdü. Yerli hökumətin
turistləri nəzarətdə saxlaması təbii hal idi. Bu gün baş ve-
rən hadisə və onun orda olması, ardınca da bunların gəl-
məsi vəziyyətin ciddiliyindən xəbər verirdi. O, əvvəlcə
beşinci mərtəbənin düyməsini bassa da, birdən fikrini də-
yişdi. Cəld dördüncü mərtəbənin də düyməsini basdı. Lift
dayanar-dayanmaz o, özünü koridora atdı. Hara gedəcə-
yini dəqiq müəyyənləşdirməmişdi, lakin öz otağına get-
məyəcəyini bilirdi. Çünki otağı 5-ci mərtəbədə idi. Yaxın-
dakı otaqlardan birindən otağı təmizləyən xadimə çıxdı
və koridorla üzü yuxarı getdi. Çıxdığı otağın qapısı isə
hələ də açıq idi. Boqomilla özünü təcili həmin otağa atdı.
Girən kimi də qapını içəridən bağlayıb WiFi-ya qoşuldu.
Çəkdiyi videonu qeyd edərək Xankəndindəki internet
klubların birində yaratdığı elektron ünvanını açdı. Üç
elektron ünvan yazdı və “enter” sözünə toxundu. Video
faylın həcmi böyük idi. Yükləmə çox çəkəcəkdi. Bəlkə də
10-15 dəqiqə zaman tələb edəcəkdi. Telefonun əlindən
düşəcəyindən qorxaraq taxtın yanındakı masanın üstünə
qoydu və gözlədi. Artıq son 5% qalırdı. Koridorda isə
ayaq səsləri eşidilirdi. Uzun illər xüsusi təlimlər keçməsi-
nə baxmayaraq Boqomilla qorxurdu. Onun qorxusuna sə-
bəb materialı çatdıra bilməyəcəyi idi. Axı bunun üçün ne-
çə igid qurban getmişdi. Artıq hər şey bitmişdi... Fayllar
181
yüklənmişdi. O, sanki bir rahatlıq keçirdi... Tez otağın
tualetinə girərək telefonu unitaza atdı və suyu çəkdi.
Sonra isə çarpayıya uzandı. Bu zaman qapı yumruqla
döyülürdü. Bu, onu heç maraqlandırmırdı. Qapıya vuru-
lan zərbələrin get-gedə sürətləndiyini görən yaraşıqlı qız
barmağındakı üzüyün qaşını çıxardaraq həbi uddu. Və
sakitcə gülümsəyərək gözlərini yumdu.
Əlisilahlı bir neçə nəfər artıq qapını sındırıb içəriyə
girmişdilər. Onlar çarpayıda uzanmış gözəl bir qız gördü-
lər. Onun çantasını, üstünü xeyli axtardılar. Bütün otağı
bir-birinə vursalar da, axtardıqlarını tapmadılar. Boqomil-
la kimi onun əməlləri də susurdu. Sarsılmaz, yenilməz və
alınmaz qalalar kimi.... Bu susqunluq ən uca səslə düşmə-
nin gücsüzlüyünü göstərirdi. Özünü dünyanın idarəçisi
hesab edənlər bir türk qızının cəsarəti qarşısında acizləş-
miş və çılğına çevrilmişdi.
Həmin günün sabahı bütün qəzetlərdə belə bir xəbər
yaylıdı: Əslən türk olan bolqar əsilli jurnalist Boqomilla
Xankəndində istirahət edən iş adamı, azərbaycanlı maq-
nat Həsən İmamverdiyevin qaynı Akber Sofiyanın ota-
ğında intihar etmiş vəziyyətdə tapıldı.
Amma heç kim bilməyəcəkdi ki, yəhudi mafiyası Bo-
qomillanı sağ ələ keçirmək üçün çalışırdı. Çünki onlar ki-
tab haqqında hardansa informasiya almış, bütün vasitə-
lərdən istifadə edərək, kitabın türklərin əlinə keçməsinin
qarşısını almaq üçün səy göstərirdilər. Elə mətbuata da
məlumatı onlar sızdırmışdılar. Çünki bir neçə satqın azər-
baycanlı ilə illərlə iş görən ermənilərə sərf etmirdi ki, bu-
nu Azərbaycan ictimaiyyəti bilsin. Onlar digər maraqlara
xidmət edirdi. Axı Azərbaycanın inkişafı, güclənməsi təh-
lükəyə çevrilirdi. Bu, Türkiyə və Azərbaycanın güclü bir-
Dostları ilə paylaş: |