Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə10/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

Bu m araq,  hər  şeydən  əvvəl, ziyalı  borcu X X   əsrin əvvəllərındə 

artm ışdır.  Hələ  1891-ci  ildə  S.Vəlibəyov  tərəfindən  tərtib  edilmiş 

«Xəzineyi-əxbar:  tarix  və  coğrafıya  və  ədəbiyyat  və  tərcümeyi-əh- 

valə m ütəlliq lüğət» iki cilddə, 240 səhifə həcmində çap edilmişdi.

G örkəm li  m aa rif  xadim i  S.M .Q ənizadənin  xidməti  xüsusilə 

əhəmiyyətlidir.  O,  «İstilahi-A zərbaycan»,  «Kilidi-ədəbiyyat»  adlı 

dərsliklər və  «R usca-A zərbaycanca  lüğət»  tərtib  etmişdir.  S.M .Qə- 

nizadənin  «İstilahi-A zərbaycan»  və  rusca  «rio;iHciıujHH  caMoyMH- 

■rejıt 

x a r a p c K o r o   K3MKa  K aB K a3 C K o ro -a3 ep 6 aH fl* aH C K o ro   HapeHH a» 



adlı  dərsliyi  öz  mükəmməlliyinə,  m əzm ununun  zənginliyinə  görə 

diqqəti  cəlb  edir  və  o  dövrki  sam ouçitel  və  dam şıq  kitablarm dan 

əsaslı  şəkildə  fərqlənirdi.  Dərslik  dörd  hissədən  ibarət  olub  və 

1890-cı  ildə  Bakıda  çap  edilmişdir.  «İstilahi-A zərbaycan»  dərsliyi- 

nin  birinci  hissəsində  A zərbaycan  dilinin  oxu  və  yazı  qaydaların- 

dan,  ərəb  əlifbasm dan  danışılır,  ikinci  hissəsi  isə  dilimizin  m orfo- 

logiyası  və  sintaksisinə  həsr  edilmişdir.  Azərbaycan  dilinin  foneti- 

kası  və  qram m atikası  haqqında  ilk  o lara q   mükəmməl  məlumat 

verilmişdir.  Dərsliyin  üçüncü  hissəsi  «Lüğəti-rusi və türki»  adlanır. 

Bu  hissə  1890-cı  ilin  sonunda  Tiflisdə  «Kəşkül»  mətbəəsində  çap 

edilmişdir.  İlk nəşrində S050  söz verilm işdir [1 3 0 ,106\.

S.M .Q ənizadənin  lüğətində  sözlər  rus  əlil'bası  ilə  sıralanmışdır. 

Rus  sözlərinin  azərbaycanca  qarşılığı  canlı  danışıq  dilindətı  götü- 

rülmüşdür,  onların  qarşılığı  olan  sözlorin  rus  hərfləri  ilə  transkrip- 

siyası  d a  verilmişdir.  Lüğət  praktik  səciyyəyə  malikdir.  Buna  görə 

də  müəllif lüğətdə  elmi  term inlərdən,  qəliz  ərəb-fars  sözlərindən  az 

istifadə etm işdir,  geniş xalq  kütləsinin  işlətdiyi sözlərə üstünlük  vcr- 

mişdir.  S.M .Q ənizadə lüğətinin  rusca müqəddiməsində onun nisbə- 

tən  yığcam  olmasım   düzəltmə  sözlərə az yer  verməsilə,  ərəb və  fars 

sözlərinin  çox  işlədilməsini  isə  A zərbaycan  dilində  həmin  sözlərin 

qarşılığm m   olm am ası  ilə  izah  ctmişdir.  M üəllif  rus  dilinə  məxsus 

term inlərin  çoxunun  qarşılığının  ərəb-fars  sözləri  ilə  verilməsini 

A zərbaycan  dilinin  kasıblığı  ilə  izah  etmişdir.  O  yazırdı  ki,  mən 

ta ta r dilinin  term inologiya cəhətdən  kasıb  və  zəif olduğunu  nəzərə 

alaraq  elmi  və m ücərrəd  anlayışları  ərəb  və  fars  sözləri  ilə  verməyə 

m əcbur  oldum ,  bu  sözlərin  daxil  edilməsini  lüzumsuz hesab  etdim. 

çünki  m ənim   «CaMoy4Hrrejib  TarapcKoro  »3biKa»  adlı  kitabım ın 

ikinci  hissəsi,  məncə,  o  qədər  müfəssəldir  ki,  şagirdlər  (oxucular) 

ona baxaraq müstəqil surotdə hər cür törəmə sözlər düzəldə bilərlər.

S.M .Qənizadəniıv;«Rusca-türkcə  lüğət»i  Azərbaycan  lüğətçi- 

liyində  ilk  tərcümə  lüğəti  olmasına  görə  yox,  həm   də  elmi  səvıyyə- 

sinə görə dəyərlidir.  Bu  lüğətin  rus  və  A zərbaycan  sözlərinin  Azər- 

baycan  dilində  vətəndaşlıq  hüququ  qazanm asm da  rolu  böyükdürv 

[130,  106].

S.M .Qənizadənin  «Rusca-türkcə  lüğət>^_6  dəfə  -   beşi  Böyük 

O ktyabr  sosialist  inqılabm dan  əvvəl,  biri  isə  sovet  hakım iyyətinin 

ilk  illərində  (1922)  nəşr  edilmişdir.  Lüğət  nəşrdən-nəşrə  təkmilləş- 

dirilm iş,  həcmcə  genişləndirilmişdir.  M əsələn,  lüğətin  üçüncü  nəşri 

1902-cı  ildə  206  səhifə,  1909-cu  ildə  nəşr  edilmiş  beşinci  nəşrinin 

həcm i  isə 416 səhifə olm uşdur.^

S.M .Qənizadənin  lüğəti  tarixi  leksikologiya  və  semasiologiya, 

a lınm a sözlərin qarşılığını axtarm aq baxım ından dəyərli m ənbədir.

«İstilahi-Azərbaycan»  dərsliyinin  dördüncü  hissəsi  «Rusi  və 

türki  dilmancı»dır.  Bu  mühüm vəsait  1894-cü ildə  çıxmışdır.  «Rusi 

və  türki  dilmancı»  55  bölmədən  ibarətdir.  B urada  2800  m ətləb  ve- 

rilmişdir.  Əsərin  məqsədi  Azərbaycan  sözü və cümlələrinin  oxunu- 

şunu və mənimsənilməsini  ruslar üçün  asanlaşdırm aqdan ibarət  ol- 

muşdur.  S.M .Qənizadənin «Rusi və türki  dilm ancı» yeni və orijinal 

əsəri  ilə  Azərbaycan  lüğətçilik  ədəbiyyatı  zənginləşmiş  və  inkişaf 

etmişdirA,

A zərbaycanda  Sovet  hakim iyyətindən  əvvəlki  illərdə  lüğətçilik 

sahəsində çalışmış  ziyalılarım ızdan  biri  də  milli  operam ızın  banisi, 

görkəm li  publisist  Üzeyir  H acıbəyovdur.'jpörkəm li  səııətkar  mət- 

b u a t  və  ədobiyyat  aləmindo  xalqın  m ədəniyyət  və  m aarilə  böyük 

ehtiyacı  olduğu  bir  dövrdo  fəaliyyətə  başlam ışdır.  Azadlıq  hərəka- 

tı,  ] 905-ci  il  inqilabı  çarizm  üsul-idarəsini  laxlatm aqla  bərabər 

m ətbuatın,  kitab  nəşrinin  genişlənməsinə  də  təkan  vcrdi.  M üxtəlif 

növlü  və  tipli  nəşrlər,  qozet  və ju rn allar  buraxıldı,  tərcümə  əsərləri 

m eydana  gəldi  və  nəşr  cdildi.  Bu  vəziyyət  istər-istəməz  öz  təsirini 

dildə,  lüğotçilikdə də  özünü göstərdi.  M üxtəlıf sahələrə aid  yeni  söz 

və  term in,  habelə  ifadələr  yaranırdı.  D illərin  öyrənilməsi,  tərcümə 

əsəılərinin  hoyata  keçirilməsi  lüğətçilik  əsərlərinə  toləbatı  artırırdı^ 

M ə tb u a t  səhifələrində  əcnəbi  sözlərin  artm ası,  əcnəbi  sözlərin  mə- 

nasını  bilmok,  zəruri  yerlərdə  həmin  sözləri  işlətmək,  ana  dilinin 

incəliklarinə yiyələnmək və s.  problem lər bu  prosesi  d ah a gücləndi- 

rirdi.  Başqa  sözlə,  belə  bir şərait  m üxtəlif m əzm unlu,  növlü  və  tipli 

soraq-m olum at  kitablarının,  o  cümlədən  lüğətçiliyin  yeni-yenı 

osərlərlo  zənginləşdirilməsini  irəli  sürürdü.  Ü.H acıbəyov  əcnəbi




Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə