46
gözlərindən oxumağa çalışdım. Bir qədər aralıda peraşki satan
qadından ikisini aldım, doğrayıb itə tulladım. İt tikələri göydə
qapırdı. Şəhərin ələngə iti də maraqlı gəlmişdi mənə.
Bir azdan hardansa bir qız və bir oğlan peyda olub skam‐
yamın o biri ucunda oturdular. Oturan kimi də girişsiz‐filansız
bir‐birinə sarılıb dodaqları ilə birləşdilər. Gah oğlan qızın köy‐
nəyinin üstündən əlini döşlərində gəzdirir, gah da qız həyasız‐
casına əli ilə oğlanın qabağını sıxırdı. Bu səhnə mənim beynimi
dağıdır, üstəgəl, axşamkı səhnələri yadıma salıb məni haldan‐
hala salırdı. Parkda başqa boş skamya yox idi, yoxsa bu tərbi‐
yəsizlərə baxmaqdan ətim ürpənirdi. Ətrafı isə tanımadığım
üçün uzağa gedə bilmirdim – qorxurdum ki, azam, uşaqlar
məni tapmasınlar. Kitabı yenidən götürdüm. Gözlərimi yalan‐
dan kitaba zilləyib gah yanımdakıların mazaqlaşmalarına göz‐
ucu baxır, gah da axşamkı sevişmələrimizin şirin səhnələrini
düşünürdüm. Lenanın yanımda olmasını, onunla bax bu cavan‐
lar kimi ətrafdakılardan utanıb‐çəkinmədən qucaqlaşıb bir‐biri‐
mizə sarılmağımızı ağlımdan keçirdim. Amma yüz il də qalsa,
mən açıq‐aşkar, adamların gözləri qarşısında belə qələti, tərbi‐
yəsizliyi etməzdim. Bu, mənim fikrimcə tərbiyəsizlik, vəhşilik,
atasının üzünə qayıtmağa bərabər bir şərəfsizlikdir. İnsanın bu
qədər saymazyana, ətrafına, ətrafındakıların onlar barədə nə
düşündüklərinə biganə olmağa heç bir haqqı yoxdur. Buna nə
onun şüuru, nə də qanacağı imkan verməməlidir. Axı bu dü‐
düklərin məni görməməyə, görürsə, adam yerinə qoymamağa
nə haqları var!? Bəlkə bu park atalarınındı, bəlkə ətrafda do‐
laşan insanlar bunların atasının xidmətçisi, ya heyvan yerinə iş‐
lətdiyi qullarıdır? Bu səhnəni görməyə vərdiş etmiş, mənzərəyə
təbii və adi bir şey kimi baxan insanların münasibətsizliyi, sus‐
ması isə məncə, bu sürtük gədə və fahişəliyə meylli qızcığazın
onlara laqeydliyindən yüzqat artıq günahdır və ən ağır cəzaya
layiqdir. Özüm‐özümü qızışdırırdım. Hirs təpəmə vuranda,
47
sanki bunu öz qulaqlarımla eşidirdim, – “Biz nəyiksə, siz də
onu gözüylə görənlərsiniz. Biz cəmiyyətin aynası, arzuladığınız
avropa mədəniyyətinin ilk qaranquşlarıyıq! Xoşunuza gəlmirik‐
sə, siz öz ana‐bacınızdan, arvad‐uşağınızdan gözqulaq olun”.
“Sizin kimi qaranquşları gülləboran etmək lazımdır, it uşağı,
it!” – içimdə dəli təlatüm püskürürdü.
Sevgi və məhrəm hisslər gizli qaldıqca müqəddəs olur. Faş
olduqca iyrəncləşir, nifrət doğurur, – yanımdakı cütlüyün gö‐
rüntüləri kimi. Tərəflərdən biri tam çılpaqlığı ilə bütün sahib ol‐
duqlarını göstərirsə, ikinci dəfə bu, qarşı tərəf üçün adi bir şey
olacaq və ikrah doğuracaq, – ətrafdakı adamların laqeydliyi
kimi... İnsan gizli şeyləri görməyə meyllidir. Düşündüm, –
“Yaxşı ki, dünən qaranlıqda çox şey görmədim, yoxsa gələn
dəfə mənim üçün bunu görmək maraqsız olardı. Heç olmazsa
Lenada görməyə bir şey qalıb”...
Təngnəfəs olurdum. Fikrimi yayındırmaq üçün axşamkı
sevgi oyunlarımızı xatırlamağa çalışdım. Gecəyarısı Lenaya, – “
Mən yenə istəyirəm” deyəndə, o, – “Manyak!” – deyə üstümə
çığırmışdı. Sən demə bu fikirlərimə aludə olduğum vaxt özüm
də bilmədən gülümsəyirmişəm. Yanımdakı cütlük də nəyəsə
qəşş edirdilər – bəlkə də qız oğlanı qıdıqlamışdı, ya da mənə
gülürdülər... Qeyri‐ixtiyari onlara boylandım. Oğlan mənə tərəf
qıcanıb dedi:
– Qoyun təzə darvazaya baxan kimi nə gözlərivi bərəltmi‐
sən, ə! Nöşün gülürsən, maygülü. Kitabıvı oxu də. Чушка
вонючий!
27
Onsuz da bayaqdan kifayət qədər nifrətlə dolmuşdum.
“Çuşka” sözünün izahını bilirdim, bircə “maygülü”nün məğzini
başa düşmədim. Odur ki, hiddətimi boğmadan, astadan, lakin
adama mırıldayan quduz itlər kimi dişlərimi qıcıyaraq dedim:
27
İy verən “çuşka”
48
– Maygülü sənin yanındakı, çuşka isə sənin atandı! Səni
yanındakına, yanındakınısa sənə dürtərəm. Səsini kəs və qan‐
cığını yala!
Oğlan ayağa qalxıb üstümə yeridi. Özündəndeməklik ol‐
masın, heç tüküm də qımıldamadı. Heyvərə oğlunun deyəsən
heç şalvarının qabağından xəbəri də yoxdu – mən olsaydım, ən
azından əlimi cibimə soxardım...
Köynəyimin yaxasını qamarlayıb məni ayağa qaldırmağa
cəhd elədi. Köynəyim carhacurla düymə yerlərindən cırıldı.
Ucuz olsa da, kəndimizin mağazasında ən gözəgəlimli və rəng‐
bərəng köynək idi. Atam, inadıma dayana bilməyib on dəfə ba‐
şıma qaxandan sonra almışdı. Məncə pis də yaraşmırdı mənə.
Bəs indi mən köynəksiz necə gəzəcəyəm bu qoca şəhərdə...
Biləyindən yapışıb barmağımın ucları ilə venasını sıxdım.
İkiqat əyilib başını az qala paçamın arasına soxdu. Dizimlə əyil‐
miş sinəsinə, – çəkisinə uyğun, dözə biləcəyi bir zərbə vur‐dum.
Yazıq buna da dözmədi, – uşağın səsi batdı, demək istədikləri
ağzında ilişib qaldı. Qız yerindən qalxıb oğlanın digər biləyin‐
dən tutub dartdı. Mənə yalvarırdı:
– Burax, vurma. Elə bildik ki, bizə gülürsən. Bağışla. Рус‐
ланчик, не ругайся, замолчи!
28
Qız gədəni əlimdən alıb apardı. “Ruslançik” geriyə dönüb
söyüşlər yağdırmaqda davam edirdi: – “Kişisənsə, harda qal‐
dığını de! Səni yortmasam, anamı bütün burdakılar...”
– Tərbiyəsizin oğlu, ağzını təmiz saxla, camaat eşidir! – eşi‐
dən olub‐olmadığını yoxlamaq üçün ətrafa baxdım. Heç kimin
vecinə deyildi. Bura şəhər imiş, şəhər belə olurmuş...
Dil, fikirlərini ifadə etmək üçündür. “Lal dili” də var – Le‐
nayla axşam “danışdığımız” kimi, arifi qandıran işarə kimi, lap
qarşımda bayaqdan məlul‐məlul baxan itin ifadəli baxışları ki‐
28
Ruslan, söyüş söymə, sus!
Dostları ilə paylaş: |