Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
TƏBRİZ DÖVLƏT FİLARMONİYASI 
 
1325-
ci il (1946) İran Azərbaycanının sənaye nəfisə tari-
xin
də  çox  mühüm  bir  il  kimi  qeyd  olunacaqdır.  Bu  ilin  mars 
(mart)  ayında  Təbrizdə  Azərbaycan  Dövlət  Teatrı  şəhrivər 
(sentyabr)  ayında  isə  dövlət  filarmoniyası  (milli  orkestr)  açıl-
mışdır. Hər iki sənaye nəfisə ocağının yaradılması yalnız İran 
Azərbaycanı deyil, bütün İran sənaye nəfisəsi tarixində çox bö-
yük bir nailiyyətdir. 
Azərbaycan maarifi və mədəniyyəti İranın başqa şəhərlə-
rində, hətta Tehranda sənaye nəfisənin sahibsiz olduğu, artistlə-
rin, sazəndələrin heç bir təşkilat tərəfindən himayə edilmədiyi 
halda, birinci dəfə Azərbaycanda – Təbrizdə dövlət teatrı, döv-
lət filarmoniyası kimi mədəni müəssisələrin yaranması ilə fəxr 
etməyə haqlıdır. 
Filarmoniyanın  açılışı  Azərbaycan  Demokrat  Firqəsinin 
birinci ildönümü bayramı ərəfəsində olduğundan xalq tərəfin-
dən daha sevinclə qarşılanmış və İran Azərbaycanında bu firqə-
nin  rəhbərliyi  altında  xalqın  milli  mədəniyyət  sahəsində  əldə 
et
diyi  böyük  tərəqqini  nümayiş  etdirən  parlaq  bir  dəlil 
olmuşdur. 
Azərbaycan  filarmoniyası  təxminən  bir  il  bundan  əvvəl 
Sovet İttifaqı ilə mədəni rabitə saxlayan İran cəmiyyəti Təbriz 
şöbəsinin və Təbrizdəki Sovet mədəniyyət evinin təşəbbüsi ilə 
yaranan  xalq  çalğı  alətləri  orkestri  əsasında  düzəlmişdir. Or-
kestrin  az  zamanda  qazandığı  böyük  müvəffəqiyyət  Təbrizdə 
müs
təqil  bir  filarmoniya  təşkil  etmək  məsələsini  irəli 
sürmüşdür.  Əyalət  əncüməni  Təbrizin  baş  küçəsi  Səttar  xan 
xiyabanında Firdovsi məktəbinə məxsus olan səhnə və tamaşa 
salonunu bu filar
moniyanın  ixtiyarına  vermişdir.  Filarmoniya 
öz ətrafına daha yeni yaradıcı qüvvələri toplayaraq bir neçə ay 
hazırlıqdan sonra rəsmən işə başlamışlar.  
 
 
185 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Filarmoniyanın  ən  böyük  dəstəsi  söz  yox  ki,  xalq  çalğı 
alətləri  dəstəsidir.  Bu  dəstə  Təbrizdə  olan  qırx  nəfərə  qədər 
mahir çalğıçını bir yerə toplamışdır. Bunlar tar (həm İran həm 
də  Azərbaycan  tarı),  kamança,  klarnet,  tütək,  qara  zurna, 
nağara, qarmon, qaval, balaban çalanlardan ibarətdir. Orkestrın 
heyəti içərisində Qulamhüseyn xan Bəycə xanı, Mahmud ağa, 
İsmayıl  Tiğ,  Rza  Rzazadə,  Yəqub  Nəvapərəst,  Səfəryan, 
İsmayıl Məhəmməd Əlizadə, Ara Kəl, Bəhlul Zövqi və başqa 
böyük şöhrət sahibi olan sənətkarlar vardır. Orkestrın heyətinə 
daxil edilməsi böyük bir bilikdir. Cavan məharətli çalması ilə 
Təbriz  tamaşaçıları  arasında  böyük  hörmət  və  şöhrət 
qazanmışdır.  
Orkestr  az  zamanda  bir  çox  havaları  mükəmməl  ifa 
etməyə  müvəffəq  olmuşdur.  Bu  havalar  dəşti,  bayatı  İsfəhan, 
hümayun 
kimi 
muğamlarla 
bərabər 
Azərbaycan 
kompozitorlarının ən mürəkkəb əsrlərindən (“Koroğlu” və Şah 
İsmayıl”) marşlar, xalq mahnılarından ibarətdir.  
Filarmoniyada böyük müvəffəq qazanan dəstələrdən biri 
xalq  aşıqları  dəstəsidir.  Xalq  artisti  aşıq  hissinin  (cavan)  rəh-
bərliyinə təşkil edilmiş bu dəstəyə aşıq Ələsgər, aşıq Qulu kimi 
sənətkar aşıqlar daxildir. Onlar bir neçə gözəl aşıq havasını sə-
dəfli  sazlarını  çala-çala  xorlar  oxuyurlar  və  onların  hər  bir 
çıxışı tamaşaçıların böyük sevincinə səbəb olur.  
Təbriz filarmoniyasının böyük xidmətlərdən biri qızların 
səhnəyə  cəlb  edilməsidir.  Məlum  olduğu  üzrə,  yaxın  keçmişə 
qədər Təbriz səhnəsində Azərbaycan qızları görünməzdi. İki il 
bun
dan əvvəl Sovet İttifaqı ilə mədəni rabitə saxlayan İran cə-
miy
yəti Təbriz şöbəsinin teatr dəstəsi yaranarkən bir neçə hüm-
mətli  qız:  Leyla  xanım  Möhsünpur,  Sara  xanım  Çidan,  Aliyə 
Cəfərdai, Fatimə Zərgəri, Aliyə Ravənd, Qəmər xanım Nikpur, 
Böyük  xanım,  Safura  xanım  Sanbərani  və  başqaları  ilk  dəfə 
səhnəyə  qədəm  qoymuşdular.  Bunlar  ilk  qaranquşlardı.  Bu 
qızlardan təşkil edilmiş qaval çalan qızlar dəstəsi o zaman çox 
 
 
186 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
böyük mü
vəffəqiyyət  qazanmışdı.  Bu  qızlar  indi  dövlət 
teatrının  müqtədir  (qüdrətli-P.M.)  aktrisalarıdır.  Filarmoniya 
qızların  yeni  dəstəsini  cəlb  edərək  sazçı  qızlar  dəstəsi  təşkil 
etməyə  müvəffəq  olmuşdur.  Qızlardan  eyni  zamanda  rəqs 
dəstəsi  də  yaranmışdır.  Bu  dəstələrdə  yeni  cəlb  olunmuş 
qızlardan  Purran  xanım,  Rəfiqə  xanım,  Pərnu,  Nina  (Naidə) 
xanım,  Həbibə  xanım,  Hökümə  xanım,  Məryəm  xanım  və 
başqaları az zamanda böyük hörmət qazanmışlar.  
Yeni yaradılmış rəqs dəstəsində yalnış qızlar deyil, oğlan-
lar da iştirak edirlər. Bəhmən Heydərzadənin rəhbərliyi ilə bir 
yerdə  və  ya  ayrı-ayrı  çıxış  edən  oğlanların  və  qızların  rəqs 
dəstəsi “Qazağı,” “Muleyli”, “Ceyran bala”, “Qaytağı”, “Ləzgi 
rəqsi”,  “Dəstmalı”  və  bir  çox  başqa  rəqsləri  çox  gözəl  ifa 
edirlər.  
Təbriz filarmoniyası yanlız Təbrizdə deyil, hətta uzaq şə-
hərlərdə olan məlahətli səsə malik solistləri öz ətrafına yığmış-
dır.  Tamaşaçılar  içərisində  böyük  şöhrəti  olan  solistlərdən 
Ələsgər Rizvan, Səməd Dəbaqzadə, Sahib Ruhi, Səid Zaman, 
Hida
yət  Məhəmmədzadə,  Yədulla,  Fatimə  xanım  Zərgəri, 
Purran xa
nım  və  başqalarını  göstərmək  olar.  Bunlar 
Azərbaycan  muğamatını,  el  havalarını,  Azərbaycan 
kompozitorlarının əsərlərini böyük müvəffəqiyyətlə oxuyurlar.  
Təbriz filarmoniyasının təşkil və yaradılmasında filarmo-
niyanın  bədii  rəhbəri  Həsən  Əzarinin  böyük  zəhmət  çəkdiyi, 
ey
ni  zamanda  Təbrizdəki  Sovet  mədəniyyət  evinin  işçiləri 
kompo
zitor  Hacı  xan  Məhəmmədovun  və  musiqişünas  Əsgər 
Pirimo
vun  bu  işə  yaxından  yardım  etdikləri  də  qeyd 
olunmalıdır.  
Təbriz filarmoniyası dəstələrinin az zamanda çox böyük 
fəaliyyət  göstərdikləri  və  dəstələrdə  çalışmağa  olan  qızğın 
həvəs  filarmoniyanın  gələçəkdə  daha  böyük  müvəffəqiyyətlər 
əldə edib ona bəslənən ümidləri doğrudacağına və Azərbaycan 
 
 
187 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə